Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 2012-ci ilin doqquz ayının yekunları müzakirə olunmuşdur

16 oktyabr 2012 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
İclasda geniş məruzə ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, ölkədə 9 ay ərzində ümumi daxili məhsul 1,1 %, qeyri-neft sektoru 10,3 % artmış, inflyasiya cəmi 1,5 %, əhalinin pul gəlirləri təxminən 12% olmuşdur. Kənd təsərrüfatı 6,3 %, qeyri-neft sənayesi isə 7,7 % artmışdır. Ölkənin strateci valyuta ehtiyatları artaraq 45 milyard dollar təşkil edir ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov bildirmişdir ki, 2012-ci ilin doqquz ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən 18.463.6 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, nəqliyyat müəssisələri tərəfindən 443,2 milyon manatlıq, rabitə müəssisələri tərəfindən 660,9 milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 15,1 % çox rabitə xidmətləri göstərilmişdir.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2.182.5 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 34,6 % artmışdır.
İlin əvvəlindən əhaliyə 289,6 milyon manatlıq istehlak malları satılmış və ya pullu xidmət göstərilmiş, bu da ötən illə müqayisədə 47,7 % çoxdur.
Səbail rayonunda çalışan işçilərin sayı 98891 nəfər, orta aylıq əmək haqqının məbləği isə 935.7 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 3,7 % çoxdur.
2012-ci ilin 9 ayı ərzində Səbail rayonu ərazisində 1801 yeni iş yeri açılmışdır ki, bunlardan hamısı daimi iş yerləridir. Ümumiyyətlə 2009-cu ilin yanvarından 2012-ci ilin sentyabr ayınadək rayonda 7311 daimi iş yeri açılmışdır.
Cari ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmişdir. Bu ilin üçünsü rübü ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Səbail rayonu ərazisində Səadət sarayının, beşulduzlu «Four Seasons Hotel Baku» mehmanxanasının, Badamdar qəsəbəsində yeni inşa olunan 329 saylı tam orta məktəb və uşaq bağçasının binalarının açılış mərasimləri keçirilmiş, ölkə başçısı Bayıldakı 49 saylı “İntellekt” məktəb-liseyin binasının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Ha¬zır¬da rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, «Alov qüllələri» kompleksinin, MTN-nin yeni Hospitalının və Oksford məktəbi üçün yeni tədris korpusunun, «Azadlıq» Meydanında yeraltı və Fəvvarələr Meydanında yerüstü qarajların, Badamdar qəsəbəsində yeni su anbarlarının, mərkəzdə «Cənub» mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon şöbəsinin yeni inzibati binası və deponun tikintisi işləri aparılır. «Yeni Bayıl» və «Bayraq Meydanı» yarımstansiyaları istifadəyə verilmiş, Arif İsmayılov və Əhəd Yaqubov küçələrində 2 yeni yarımstansiya tikintisi davam edir. Mikayıl Müşviq küçəsində Botanika bağının hasarları yenidən tikilib üzlənmiş, Badamdar şossesi boyunca yeni istinad divarı çəkilmiş, Qurban Abbasov küçəsinin başlanğısındakı divarlar üzlənmişdir.
20-ci yaşayış sahəsində AFFA tərəfindən 3200 yerlik «Bayıl» stadionu istifadəyə verilmiş, Neftçilər prospektində təmir işləri, Üz.Hacıbəyov küçəsində 4 mərtəbəli, 200 avtomobil yerlik yeni parkinqin tikintisi, Dövlət Filarmoniyasının binasındakı təmir, Səməd Vurğunun ev-muzeyinin və Badamdar qəsəbəsində «Könül» körpələr evinin əsaslı təmiri başa çatdırılmış, Dövlət Musiqili Komediya Teatrının, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 146 mənzilli yeni binanın, 1200 şagird yerlik Müasir İstedadlar Məktəbinin inşası, mərkəzdə və Bayıl dairəsində yaşayış binalarının fasadlarının üzlənməsi və təmiri, Bayıl dairəsindən Əhəd Yaqubov küçəsi istiqamətində yeni yolun çəkilişi, Dağüstü parkın bir hissəsində əsaslı təmir-yenidənqurma işləri, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və kitabxananın əsaslı təmiri, Səbail rayonunun rəmzi olan «Qız qalası»nda bərpa və konservasiya həyata keçirilir.
RİH tərəfindən Dağüstü parkda veteranlar təşkilatı və təsərrüfat xidmətləri işçiləri üçün bina və Badamdar qəsəbəsində xidməti yaşayış binasının tikintisi aparılır. «Abad həyət» layihəsi əasında Badamdar qəsəbəsi S.İbrahmxədilov 1 və Neftçilər döngəsi 7 ünvanlardakı həyətlər əsaslı təmir olunmuş, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Bu ilin sentyabr ayında 7 saylı orta məktəb üçün yeni korpus, mart ayında 49 saylı orta məktəb üçün yeni 660 şagird yerlik yeni korpus istifadəyə verilmiş, 50 və 203 saylı orta məktəblərin binalarında əsaslı təmir başa çatmışdır.
Həmçinin 3 saylı Uşaq Musiqi məktəbinin sökülərək yenidən tikintisi davam edir, 44 saylı uşaq bağçasında, 1 saylı şəhər poliklinikası və 3 saylı Vərəm Əleyhinə dispanserdə, Bibiheybət Mədəniyyət evində əsaslı-təmir işləri aparılır. Səbail RİH-nin və Bakı şəhər Prokurorluğunun binalarının və eləjə də F.Əmirov küçəsi 1 və 2 ünvanlardakı 16 mərtəbələi yaşayış binalarının fasadlarının təmir-yenidənqurulmasına başlanmışdır.
Ümumilikdə - 9 ay ərzində rayondakı respublika və yerli əhəmiyyətli yollara 267.100 kv.m. asfalt çəkilmişdir.
May ayında Bakı şəhərində ilk dəfə olaraq 42 ölkənin təmsilçiləri və çoxsaylı qonaqların iştirakı ilə «Avroviziya-2012» mahnı müsabiqəsi keçirilmişdir. Dövlət rəhbərliyinin daimi diqqət mərkəzində olan bu müsabiqə çox böyk müvəfəqiyyətlə başa çatmış, iştirakçı dövlətlərin nümayəndə heyətləri, çoxsaylı qonaqlar ölkəmizdən xoş təəssüratla ayrılmış və bu müsabiqə Azərbaycanın dünyadakı nüfuzunun daha da artmasında bir vasitə olmuşdur.
Ölkə başçısı cənab İlham Əliyevin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın Əlavə Tədbirlər Planı təsdiq olunmuş və bu plana uyğun olaraq Səbail rayonunda təhsil sahəsi üzrə 6 bənd, Əhalinin təhlükəsizliyi tədbirləri üzrə isə 5 əlavə bənd Dövlət Proqramına salınmışdır ki, artıq həmin işlərin icrası ilə bağlı tədbirlər görülür.
Hesabat dövründə Səbail rayonunun Təsərrüfat xidmətləri, Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enercisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması, mənzil fondunun qorunması və meydana çıxan problemlərin həlli üçün bir sıra tədbirlər həyata keçilmiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.
2012-ci ilin ilk 9 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 401 ailə (1668 ailə üzvü) müraciət etmiş, onların sənədlərinə müavfiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 116,10 manat sosial yardım təyin olunmuşdur.
Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13153 nəfər təqaüdçülərə ilin 9 ayı ərzində 25.045.496,39 manat təqaüd və müavinət ödənilmiş, ödənişlərdə gecikmələrə yol verilməmişdir.
Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən 9 ay ərzində 674 nəfər daimi işlə təmin olunmuşdur, «Ərazi Məşğulluq Proqramı»na əsasən cari ilin doqquz ayı ərzində 60 nəfər iş axtaran vətəndaş üçün Mərkəzdə «İngilis dili», 24 nəfər üçün «Ofisiant», 12 nəfər üçün «Katibə-referent», 16 nəfər üçün «Kompyuter istifadəçisi» kursları açılmış, «Əmək yarmarkasında» 80 nəfən daimi işlər təmin olunmuşdur.
Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilmişdir. RİH və qəsəbələrin 2011-ci ilin yekunlarına həsr olunan hesabat yığıncaqları, RİH-də rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri, Xocalıdan və Şuşa şəhərindən köçkün düşmüş ailələrin üzvləri, Çernobılçılarla, II Dünya Müharibəsi veteranları ilə, Ahıllar gününda ahıl vətəndaşlarla, qabaqjıl təhsil işçiləri və yüksək bal toplamış məzunlarla görüşlər keçirilərək onlara yardımlar, hədiyyələr təqdim olunmuşdur.
Gənclər günü ərəfəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Səbailli 2 gəncə toy mərasimi keçirilmiş, 8 Mart Beynəlxalq Qadınlar günü təntənəli qeyd olunmuş, Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbirləri çərçivəsində Almaniyalı ictimai xadim Rolf Kunşun ilk dəfə olaraq alman dilində yazdığı «Xocalı» kitabının təqdimat mərasimi keçirilmiş, Novruz bayramı və Silahlı Qüvvələr günü ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırmış, incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti verilmişdir. Rayonumuzun nümayəndələri həm də Daxili Qoşunların Bərdə şəhərində yerləşən hərbi hissəsində və Badamdar qəsəbəsindəki hərbi hissədə də görüşlər və konsertlər təşkil etmişlər. 31 Mart-Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki «Sinema-klub»da «Xoca» filminə ictimai baxış keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ənənəvi «Gül Bayramı» təşkil olunmuş, Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı silsilə tədbirlər keçirilmişdir. iyulda KİV nümayəndələr ilə tədbir keçirilərək rayonla sıx əməkdaşlıq edən 30-dan çox mətbuat işçisinə hədiyyələr təqdim olunmuş, iyun ayında Azərbaycan Dövlət İqtisad Uniyersitetində rayondakı aztəminatlı ailələrdən olan 100 nəfər uşağq üçün pulsuz xarici dil və kompyuter kursları, avqust ayında isə 250 nəfər yeniyetmə üçün Quba rayonunda «Şahinlər» yay istirahət düşərgəsi təşkil olunmuşdur. Ramazan ayı ərzində rayonun bir çox yerlərində aztəminatlı ailələr üçün iftar süfrələri təşkil olunmuş, 2 nəfərin Həcc ziyarətinə göndərilməsinə köməklik olunmuşdur.
Müxtəlif bayramlarla əlaqədar rayondakı aztəminatlı ailələrə bayram payları verilmiş, ümumilikdə isə 9 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 10638 olmuşdur.
Təhsil sahəsində əldə olunan nailiyyətlərlə əlaqədar Ölkə Prezidentinin sərənsamı ilə Müəllim günü ərəfəsində rayon orta məktəblərinin 5 nəfər müəllimi «Əməkdar müəllim» fəxri adına layiq görülmüşlər.
İclasda əldə olunmuş nailiyyətlələ yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.
Toplantıda Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları Mülki Müdafiə İdarəsinın rəisi, polkovnik Mirzə Əsgərov, Dövlət Sosial Müdafiə Fondu səbail rayon şöbəsinin müdiri Güləhməd Bağırov, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, Səbail rayon Sukanal Departamentinin rəisi Rauf Abaslı, Səbail rayon Enerci Təchizatı və Satış İdarəsinin rəisi Səbuhi Zeynalov çıxış etmişlər.

 

Keçidlər