Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda həyata keçiriləcək abadlıq-quruculuq işləri ilə bağlı yeni layihələr hazırlanır

09 oktyabr 2015 | 15:00

 

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işləri və sosial layihələr paytaxtımız Bakı şəhərinin mərkəzi rayonu olan, bir çox hallarda paytaxtın paytaxtı adlandırılan Səbail rayonunda da öz əksini tapmaqdadır.

         Səbail rayon İcra Hakimiyyətindən əldə etdiyimiz məlumatlara görə yaxın günlərdə Sovetlər dönəmində nizamsız, heç bir layihəyə uyğun olmadan özütikili evlərin çoxluq təşkil etdiyi, rayonun digər ərazilərindən fərqli olaraq bir sıra kommunal problemlərin mövcud olduğu Bayıl-20-ci yaşayış sahəsinin sosial-iqtisadi inkişafı ilə bağlı genişmiqyaslı işlərə başlanacaqdır.

Bakı şəhərindən respublikamızın cənub-qərb istiqamətindəki əsas çıxış yolunun məhz buradan keçməsi ilə əlaqədar burada əsaslı yenidənqurma tələb olunurdu. Bunula əlaqədar artıq  respublikanın tanınmış memarlarından təşkil olunmuş 2 qrup tərəfindən Bayıl-20-ci yaşayış sahəsində, buradan keçən Bibiheybət və Salyan şossesi boyunca ən müasir standartlar səviyyəsində  aparılacaq  yenidənqurma-abadlıq və quruculuq işlərinin layihələndirməsi aparılır və işlər başa çatan kimi onların həyata keçirilməsinə başlanacaqdır. 

Nəzərdə tutulan işlər çərçivəsində həmçinin bu ərazilərdə ən çox ehtiyac duyulan içməli su və kanalizasiya şəbəkəsinin yenidənqurulması, məhəllədaxili yoların təmiri və işıqlandırılması, burada tam yeni infrastukturun yaradılması da  nəzərdə tutulmuşdur.  

 

 

 

 

 

 

 

 

Keçidlər