Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 2015-ci ilin 9 ayının yekunları müzakirə olunmuşdur

21 oktyabr 2015 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail  rayonunun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən hesabat yığınjağında ətraflı müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına   həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, ötən 9 ayda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirib. Bu dövrdə iqtisadiyyat 3,7 %, sənaye istehsalı 2,1 %, qeyri-neft sənayesi 10 %-dən çox, kənd təsərrüfatı istehsalı 6,7 % artıb. İlin 9 ayında inflyasiya 3,7 % təşkil edib, əhalinin pul gəlirləri 5,8 % artıb, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub.
Bütün bunlar əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən tərəqqi və inkişaf siyasətinin bariz nəticəsidir.
Ölkəmizin iqtisadi qüdrətinin artması, Azərbaycanın hər bir yerində müşahidə olunan dinamik inkişaf paytaxtımızın paytaxtı sayılan Səbail rayonunda da öz əksini bariz şəkildə tapmış və cari ilin 9 ayında rayon həyatının bütün sahələrini əhatə edən əhəmiyyətli infrastruktur və sosial layihələr həyata keçirilmiş, abadlıq və quruculuq işləri geniş vüsət almış, bütün istiqamətlərdə böyük uğurlar əldə olunmuş, insanların rifah halı daha da yaxşılaşmışdır.
Həmçinin cavabdeh şəxslərin məsuliyyət məsəsələsinə toxunan icra başçısı onlara daha  məsuliyyətli olmağı, vətəndaşların müraciətlərinə həssas yanaşmağı, rayon ərazisində hər hansı qanunsuz əməllərin qarşısının dərhal alınması ilə bağlı tapşırıqlar vermişdir. Neqativ hallara yol verənlərə qarşı isə kimliyindən asılı olmayaraq ciddi tədbirlər görüləcəkdir.
Toplantıda Eldar Əzizov rayonda həyata keçirilən sosial layihələr, əldə olunan uğurlarla yanaşı 20-ci yaşayış sahəsinin gələcək inkişaf planlarından, burada yaradılacaq yeni infrastruktur layihələrindən və bu istiqamətdə cənab prezidentin tapşırıq və tövsiyələri barədə məlumat vermişdir.
Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev 9 ayda rayonda görülən işlərdən danışaraq bildirmişdir ki, hesabat dövründə Səbail rayonu üzrə iri sənaye  müəssisələri tərəfindən 10 milyard 393,2  milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % çox sənaye məhsulu istehsal edilmişdir və xidmətlər göstərilmişdir.
Nəqliyyat müəssisələri tərəfindən 316.1 milyon manatlıq və ya  keçən ilin müvafiq dövrünə nisbətən 3.3 % çox nəqliyyat xidmətləri, rabitə müəssisələri tərəfindən isə   99.2 milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 6,8 % çox rabitə xidmətləri göstərilmişdir.
9 ayda bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 5 milyard 548.9  milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 40.6 % çoxdur. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 3 milyard 537.4  milyon manat olmuş, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 80.0 % çoxdur .
9 ayda rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə  345.3 milyon manat məbləğində  və ya ötən ilin eyni dövründən 29.9 % çox istehlak malları satılmış,  xidmət müəssisələri tərəfindən əhaliyə 228.3 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3.0 % çoxdur.
2015-ci ilin əvvəlində Səbail rayonu ərazisində 2177  yeni iş yeri açılmış ki, bunlardan hamısı daimi iş yerləridir. Ümumilikdə isə 2003-cü ilin 01 oktyabr tarixindən 01.10.2015-ci il tarixinə kimi  44485  yeni iş yerləri acilmişdir ki, bunun da 43617–i daimi iş yerləridir.
2015-ci ilin yanvar-avqust ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 111016  nəfər, orta aylıq əmək haqqının məbləği isə 1124.9 manat olmuşdur ki, bu da keçən illə müqayisədə  16.3  % çoxdur.
Hesabat dövrü ərzində Bakı Su İdmanı Sarayının, “İnturist” otelinin, Veloparkın, Avropa Oyunları Parkının, Dövlət Bayrağı Meydanı ərazisində YARAT Müasir İncəsənət Mərkəzinin, yeni Daş salnamə muzeyinin, Azərbaycan Evinin, Bayıl bulvarının, Avropa Oyunları Parkının qarşısında yaradılmış parkın, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun 4-6 kilometrlik hissəsində bağlantı yollarının və Bayıl bulvarında inşa olunmuş piyada keçidinin, “Sülh ağacı” abidəsinin, “Kiçik Venesiya şəhərciyi”ndə Avropa Qonaqpərvərlik Klubunun Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni baş ofisinin binasının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail rayonu üzrə 10 saylı Tibbi-Sosial Ekspert Komissiyası üçün yeni binanın açılış mərasimləri keçirilmiş, əsaslı təmirdən sonra Bakı İdman Sarayı və 190 saylı orta məktəb istifadəyə verilmiş, Səbail RİH-nin həyətində 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın  tikintisi başa çatmışdır.
Ha¬zır¬da rayonda «Alov qüllələri» kompleksinin, Dənizkənarı Milli Parkda "Xəzər Waterfront" istirahət-əyləncə-alış-veriş mərkəzinin,  Badamdar qəsəbəsində Bakı Media Mərkəzinin, Müasir Avropa məktəbinin, yeni Xəstəxananın, yeni İdman Kompleksinin, yeni Otelin və 3 ədəd yeni su anbarlarının, mərkəzdə yeni «İnterkontinental» və «Dinamo» mehmanxanalarının, yeni İş mərkəzinin, 20-ci sahədə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Ali neft məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, kütləvi informasiya vasitələri işçiləri üçün  17 mərtəbəli, 255 mənzilli yeni binanın,  R.Mustafayev adına  İncəsənət muzeyinin əsas binasının  əsaslı təmiri davam edir.
Badamdar şossesində 2,2 km məsafədə yolun 3 metrəyədək genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər sona çatmaqdadır.
Prezident cənab İlham Əliyevin tapşırıqlarına əsasən rayon ərazisindəki tarixi əhəmiyyətli binaların bərpası və qorunması istiqamətində çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilmişdir. Cari ilin 9 айы  ərzində 21 binaнын  üzlənməsi başa çatdırılmış, щazırda Mətbuat prospekti 2 və İ.Məmmədov küçəsi 2 «a» ünvanlarındakı binaların üzlənməsi davam edir.
Həmçinin dövlət başçısının verdiyi tapşırıqlarla əlaqədar Səbail rayonunda yanma təhlükəsi olan materiallarla üzlənmiş 10 ədəd  yaşayış binasının poleuretan və penoplast üzlük panelləri tam demontaj olunmuş, binaların fasadına suvaq çəkilərək müasir üslubda rənglənmişdir.
Hesabat dövrü ərzində Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Lermontov, Mehdi Hüseyn, Cəfərov qardaşları, Üz.Hacıbəyov, Rəsul Rza, Qoqol küçələrində səki kənarlarına yeni bordyurların qoyulması, səkilərin təmiri və dekorativ daş düzülməsi, küçələrə yeni asfalt qatı salınması işləri aparılmışdır.
Ötən il ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə start götürmüş «Ümumrespublika Yaşıllaşdırma» marafonu layihəsinin ikinci mərhələsi çərçivəsində rayonun müxtəlif yaşayış məntəqələrində bir neçə ağasəkmə aksiyası keçirilmiş, bu  zaman 7 min ədəd yeni ağac, 35 min ədəd dekorativ gül kolu, 5 min kvadrat metr sahədə qazon otu əkilmiş, əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir.
Əlavə olaraq şəhərin mərkəzində Üz.Hacıbəyov küçəsi, Neftçilər və Parlament prospektiləri, ərazidəki park və istirahət bağlarında və Bakı şəhərinin cənub-qərb çıxışı olan Salyan yolu boyunca yol kənarlarında salınmış yaşıllıqlar zonasında böyük miqdarda dekorativ gül kolları əkilərək burada gözəl kompozisiyalar yaradılmışdır.
Bu il keçən İlk Avropa Oyunları ilə bağlı Su İdmanı sarayı yaxınlığındakı ərazilərdə fərdi yaşayış evlərinin, qeyri yaşayış və digər təyinatlı tikililərin sökülməsi, sakinlərin köçürülməsi təmin olunmuş və geniş miqyaslı abadlıq işləri aparılmışdır. burada hərəkətin intensivliyi nəzərə alınaraq yeni yeraltı keçid inşa olunmuşdur.
Həyata keçirilən işlərin nəticəsidir ki, Oyunların keçirildiyi vaxt rayondakı bütün idman obyektlərində yarışlar ən yüksək səviyyədə keçmiş, heç bir problem yaşanmamışdır.
Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirillmiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.
2015-ci ilin 9 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 280 ailə (1064 ailə üzvü) müraciət etmiş, onların sənədlərinə müavfiq qaydada baxılaraq hər bir ailə üzvünə 38,05 manat olmaqla, orta hesabla hər bir ailəyə 144,62 manat sosial yardım təyin olunmuşdur.
Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13215 nəfər təqaüdçülərə ilin ilk 9 ayı ərzində 30.636,7 min manat təqaüd və müavinət ödənilmiş, ödənişlərdə gecikmələrə yol verilməmişdir.
Səbail rayon Məşğulluq Mərkəzinə ilin 9 ayı ərzində 1419 nəfər iş axtaran vətəndaş müraciət etmiş, onların 763 nəfəri daimi işlə təmin olunmuşdur. «Ərazi Məşğulluq Proqramı»na əsasən cari ilin 9 ayı ərzində  ümumilikdə 128 nəfər üçün 9 müxtəlif peşə kursu açılmışdır.
2014-2015-ci tədris ilində  rayonun təhsil ocaqlarında bir sıra uğurlu nəticələr əldə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 2015-ci il tarixli   sərəncamı ilə rayonun orta məktəblərinin  5 müəllimi «Əməkdar müəllim» fəxri adına, 2 müəllimi isə «Tərəqqi» medalına layiq görülmüşlər.
Bu il rayonun orta məktəblərini 1481 nəfər bitirmiş, onlardan 989 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 137  nəfəri 500-dən yuxarı, 47 nəfəri 600-dən, 19 nəfəri isə 650-dən çox, 1 nəfər isə 700  bal toplamışdır. Məzunlardan 127 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 6 məzun qızıl medala, ali məktəblərə qəbul olunan 1 nəfər məzun isə Prezident təqaüdünə layiq görülmüşdür.
Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Bu tədbirlərdən Milli Mətbuat gününün 140 illiyi ilə əlaqədar RİH-dəki geniş tədbir-görüşü, DİN Daxili Qoşunlar Komandanlığı ilə birgə layihə əsasında bu il artıq 10-cu dəfə 200 yeniyetmə üçün Quba rayonunda «Şahinlər» və həmçinin Müdafiə Nazirliyi ilə birgə 2-ci dəfə 180 yeniyetmə üçün Qusar rayonunda «Gənc Heydərçilər» hərbi-vətənpərvərlik təmayüllü düşərgələr təşkilini qeyd etmək lazımdır. Qurban bayramı münasibəti ilə aztəminatlı ailələrə,  Badamdar qəsəbəsindəki hərbi hissənin şəxsi heyətinə qurban əti  paylanmış, ümumilikdə isə 9 ay  ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 19542 olmuşdur.
İclasda Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova, Səbail rayon Gigiyena və Epidemiologiya mərkəzinin direktoru Sara Həsənova, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, Səbail rayon Sukanal İdarəsinin rəisi Rauf Osmanov və başqaları çıxış etmişlər.
Yığıncaqda çıxış edənlər cənab Prezident tərəfindən ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ən ciddi tərbirlərin görülməsi hallarına toxunaraq ölkə başçısının sahibkarlığın inkişafı, onlara əngəl olan maneələrin aradan qalmırılması ilə bağlı görülən işləri fəal surətdə dəstəkləmişlər. Qeyd olunmuşdur ki, son günlərdə Milli Təhlükəsizlik Nazirinin və nazirliyin bir qrup əməkdaşının vəzifədən kənarlaşdırılması və bəzilərinin həbsi  onu göstərdi ki, ölkədə heç kim məsuliyyətdən  və tənqiddən kənarda qala bilməz. Yaranmış vəziyyt onu göstərmişdir ki, cənab Prezident tərəfindən neqativ hallara qarşı çox ciddi mübarizə aparılır. 
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayonun gələcək inkişaf perspektivləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

 

Keçidlər