Səbail rayonunda ilk dəfə səs verən gənclərlə görüş keçirilmişdir
Səbail rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Məclisinə ilk dəfə səs verən gənclərlə görüş-seminar keçirilmişdir.
Tədbir Dövlət Himninin səslənməsi ilə başlanmışdır.
Zala toplaşan gəncləri salamlayan Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov toplantıda iştirak edən qonaqları tədbir edərək tədbirin məqsədi barədə danışmışdır. Qeyd olunmuşdur ki, bu il noyabr ayının 1-də Azərbaycan Respublikasında Azərbaycan Milli Məclisinə seçkilər keçiriləcəkdir. Tədbir-seminar gənclərə öz hüquqlarını izah etmək, seçkilərin əhəmiyətini başa salmaq məqsədini daşıyır. Burada namizədlərdən heç kimin təbliğatının aparılmaması və hər hansı bir namizədi dəstəkləmək məqsədi güdmədiyini iştirakçıların nəzərinə çatdırmışdır.
Tədbirdə Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, 29 saylı Səbail dairə seçki komissiyasının üzvü Yusif Cabbarov, Mərkəzi Seçki Komissiyasının katibliyinin hüquq şöbəsinin baş məsləhətçisi İlkin Şahbazov, Mərkəzi Seçki Komissiyasının təşkilatçısının baş məsləhətçisi Sergey Siderenko Gənclər və İdman Baş İdarəsinin məsul işçisi Elçin Bədəlov, gənc fəal Əhməd Ağababayev Milli Məclisə keçirilmiş seçkilərin tarixi, Milli Məclisə seçkilərin keçirilməsinin qanunvericilik əsasları, seçki günü səsvermə proseduru haqqında ətraflı məlumatlar verdilər.
Çixişlardan sonra gəncləri seçkilərlə bağlı maraqlandıran suallara cavablar verildi.