Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev 7 saylı seçki məntəqəsində səs verib

01 noyabr 2015 | 16:00

Noyabrın 1-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Bakının 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.
1438 seçicinin qeydiyyatda olduğu məntəqədə seçkilərin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.
Jurnalistlərin suallarını cavablandıran akademik Ramiz Mehdiyev seçicilərin fəallığını yüksək dəyərləndirdiyini deyib. Prezident Administrasiyasının rəhbəri saat 15-dək 43 faiz seçicinin səs verdiyini, heç bir insidentin baş vermədiyini bildirib. Akademik Ramiz Mehdiyev insanların sərbəst şəkildə istədikləri namizədə səs verdiklərini diqqətə çatdırıb.
Bəzi beynəlxalq qurumların seçkiləri müşahidə etməməsi ilə bağlı suala cavabında Prezident Administrasiyasının rəhbəri deyib ki, bütün təşkilatlara müraciət edilmişdi. Onlar gəlməmək barədə özləri qərar veriblər. Bu, ikili standartın ən bariz nümunəsidir.

Keçidlər