23 saylı Nəsimi-Səbail dairəsinin məntəqələrində yaşlı nəslin nümayəndələri daha fəaldır
03 noyabr 2015 | 16:00
Azərbaycanda keçirilən parlament seçkilərində 23 saylı Nəsimi-Səbail dairə seçki komissiyasının məntəqələrində seçicilərin sərbəst səsvermələri üçün bütün şərait yaradılıb. Dairə 31 məntəqəni əhatə edir. Məntəqələrin 10-da veb-kamera işləyir. Dairə ərazisində 35 min 547 seçici yaşayır. Onlardan 77 nəfəri ilk dəfə səs verir.
23 saylı Nəsimi-Səbail seçki dairəsinin sədri Ağabala Quliyev bildirib ki, səhər saat 08.00-da artıq xeyli seçici məntəqələrə gələrək öz seçimlərini ediblər. Səhər saatlarında xüsusilə yaşlı nəslin nümayəndələri daha fəaldır.
Məntəqələrdə müxtəlif siyasi partiyaları, ictimai birlikləri təmsil edən, həmçinin fərdi qaydada müraciət etmiş müşahidəçilər qeydiyyatdan keçib.