Şriftin ölçüsü :

Saytın rəngi :

29 saylı Səbail seçki dairəsinin məntəqələrində də seçici fəallığı müşahidə olunmuşdur

03 noyabr 2015 | 16:00

Bakıdakı 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan məntəqələrdə səsvermənin ilk saatlarından məntəqələrə axın başlanıb.
29 saylı Səbail dairə seçki komissiyasının sədri Cahangir Məmmədov  bildirib ki, 38 min 580 seçicinin qeydiyyatda olduğu dairənin ərazisində 30 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərdən 357 nəfəri ilk dəfə səs verir. Əlavə olaraq rayondakı hərbi hissələrdə 2 yeni seçki məntəqəsi da yaradılıb. Məntəqələr bütün zəruri ləvazimatla təchiz olunub.
Şəffaflığın təmin olunması məqsədilə dairə ərazisindəki məntəqələrdə 12 veb-kamera quraşdırılıb.
29 saylı dairə seçki komissiyası tərəfindən qeydiyyata alınmış altı namizəd mübarizə aparır. Dairənin ərazisində mövcud olan məntəqələrdə seçkilər demokratik və şəffaf şəraitdə davam edir. Məntəqələrdə komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Qeyd edilib ki, məntəqələrdə müxtəlif partiyaları və təşəbbüs qruplarını təmsil edən 437 müşahidəçi səsvermənin gedişini izləyir. Həmçinin xarici və yerli kütləvi informasiya vasitələri seçkiləri sərbəst işıqlandırırlar. Məntəqələrin çıxışında isə “exit-poll” keçirilir.
29 saylı Səbail seçki dairəsinin 132-134 nömrəli təhsil kompleksində yaradılan 4, Dənizçilərin Mədəniyyət Evinin binasında yerləşən 3, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı 2, 20-ci yaşayış sahəsindəki “Bayıl” stadionundakı 27 nömrəli, Badamdar qəsəbəsindəki 22, 23, 25, 26, 29 saylı məntəqələrdə seçicilərin fəallığı daha çox müşahidə olunur.
4 saylı məntəqənin sədri Lalə Əliyeva bildirib ki, məntəqədə səs verəcək 1014 seçicidən yeddisi ilk dəfə səs verən vətəndaşlardır. 14 nəfər müşahidəçi qeydiyyatdan keçib. Məntəqədə veb-kamera quraşdırılıb. Seçki qutuları məntəqə üzvləri tərəfindən yoxlandıqdan sonra təlimata uyğun olaraq möhürlənib.
27 saylı məntəqənin sədri Çingiz Mərdanov məlumat verib ki, məntəqənin ərazisində 1246 seçici var. Onlardan 7 nəfəri ilk dəfə səs verəcək. Məntəqə bütün avadanlıqla təchiz olunub. On nəfər müşahidəçi qeydiyyatdan keçib. Ərazidə yaşayan seçicilərin əksəriyyəti neftçilər və onların ailə üzvləridir.
Əmək veteranı, uzun illər həmin ərazidə yaşayan Ələsgər Əhmədov bildirib ki, bütün seçkilərdə olduğu kimi, Milli Məclisə seçkilərdə də ailə üzvləri ilə bir yerdə səs verir.
Dairənin 7 saylı seçki məntəqəsinin yerləşdiyi Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayında da seçicilər yüksək fəallıq nümayiş etdirir və azad şəkildə istədikləri namizədlərə səs vermişlər.
Ümumilikdə isə seçki günü 29 saylı Səbail DSK-na aid 32 məntəqə üzrə 19883 nəfər, 23 saylı Nəsimi-Səbail DSK-nin rayona aid 10 məntəqəsi üzrə 5596 nəfər, ümumilikdə isə Səbail rayonu üzrə 25479 nəfər səsvermədə iştirak etmiçdir ki, bu da  seçicilərin 51,4 %-i təşkil edir.

Keçidlər