Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilmişdir

30 noyabr 2015 | 16:00

Səbail rayon İcra Hakimiyyətində Bayıl və 20-ci yaşayış sahəsində fəaliyyət göstərən bir qrup sahibkarla görüş keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov, hüquq mühafizə orqanlarının və digər aidiyyəatı qurumların rəhbərləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı ilk növbədə sahibkarların işləri, onların fəaliyyətinə əngəl törədən və ya mane olan amillərin olub-olmaması, onları narahat edən məsələlərlə maraqlandı. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən sahibkarlara yaradılan şəraitdən, yersiz yoxlamaların qarşısının alınması məsələlərindən danışan Eldar Əzizov icra qurumları tərəfindən iş adamlarının fəaliyyətinə lazımi köməkliklərin göstərilməsi məsələləri üzərində dayandı.
Keçirilən görüşün də əsas məqsədinin neqativ halların aradan qaldirilması,  mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasına xidmət etdiyini vurğuladı. Qeyd olundu ki, rayon  əhalisinin sıx məskunlaşdığı Bayıl və 20-ci yaşayış sahəsi ərazisində fəaliyyət göstərən iş adamları və sahibkarlar zamanın tələbinə uyğun işləməlidirlər. Burada yeni iş yerlərinin açılması isə sakinlərin işlə təmin olunmasında böyük rol  oynayacaqdır.
İcra başçısı gələcəkdə bu ərazilərdə yeni infrastruktur layihələri barədə məlumat vermiş, sahibkarlıq subyektlərinin bu günün tələblərinə uyğun yenilənməsi, sahibkarlıq fəaliyyətində inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədəki işlərin tənzimlənməsi üçün marketinq işləri aparılmasını tövsiyə etmişdir. Bildirilmişdir ki, bu ərazilərdəki sahibkarlıq obyektləri şəhərin mərkəz hissəsindəki obyektlərdən öz görünüşü, dizaynı ilə kəskin fərqlənir, müasirlikdən çox geridə qalır və artıq yeniləşən və gözəlləşən ərazidə uyğunsuzluq yaradır. Eldar Əzizov RİH tərəfindən sahibkarlara obyektlərin müasir səviyyədə yenidənqurulmasında, mövcud və yeniləşən obyektlərin sənədləşdirilmə işlərində sahibkarlara hüquqi qaydada bütün lazımi köməklərin göstəriləcəyini qeyd etmişdir. 
Açıq söhbət şəraitində keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandıılmış, qarşıya çıxan bəzi problemlər yerində həll olunmuşdur.
Görüşdə çıxış edən sahibkarlar yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, onların  fəaliyyətlərinin daha da genişləndirilməsinə köməkik göstərilməsi istiqamətində atılan addımları və əməli köməyi yüksək qiymətləndirmişlər.

Keçidlər