Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdarda yeni «Abad məhəllə» istifadəyə verildi

15 mart 2016 | 16:00

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən  Səbail rayonunda, o cümlədən rayonun sürətlə  inkişaf edən Badamdar qəsəbəsində həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Səbail RİH-nin layihəsi əsasında Tofiq Məmmədov, Göyüş Qarayev və Seymur Məmmədov küçələrinin arasında yerləşən 2000 nəfərə yaxın sakinin yaşadığı 6 çoxmənzilli yaşayış binalacının  əhatə etdiyi məhəllədə  əsaslı təmir işləri başa çatmışdır.
Məhəllədə yaşayanların RİH-nə müraciəti nəzərə alınaraq bu ilin yanvar ayından etibarən əsaslı təmir işlərinə başlanmışdır. Əsas etibarı ilə neftçilərin yaşadığı həyətdə binaların fasadı təmir olunaraq üzlənmiş, eyvanlar yenidən qurulmuş, binanın blok qapıları dəyişdirilmiş, binaların giriş hissəsi təmir olunmuş, pilləkənlər yenidən qurularaq bura aqlay dönəşmişdir.
Burada səkilərə yeni  bordyur daşları düzülmüş, sakinlərin istirahəti üçün geniş söhbətgah quraşdırılmış, həyət boyunca oturacaqlar qoyulmuşdur.
Ərazidə əsaslı təmizlik işləri aparılmış, zəbt olunaraq hasarlanmış bağ sahələri, qanunsuz qaraj və digər tikililər sökülmüş, yeri təmizlənmiş, məhəllədə işıqlandırma məsələləri həll olunmuş, həyətə və ətraf əraziyə yeni asfatl örtüyü çəkilmişdir.
Məhəllənin uşaqları da yaddan çıxmamış, onların oynaması üçün bir neçə əyləncə qurğuları quraşdırılmış, mini stadion tikilmiş, bura süni örtük çəkilmiş,  uşaqların və eləcə də böyüklərin idmanla məşğul olması üçün idman qurğuları və böyük şahmat lövhəsi quraşdırılmışdır.
Məhəllədə ağaclar budanmış, yeni ağaclar əkilmiş, yaşıllıqlar salınmışdır. Məişət tullantılarından təmizlənmiş əraziyə bitki örtüklu torpaq qatı salınmış, qazon otu və gül-çiçək kolları əkilmiş,  zibil meydançası təmir olunaraq bura yeni konteynerlər qoyulmuşdur.
Həyətdə təmir işlərinin başa çatdırılması ilə əlaqədar bayramsayağı bəzədilmiş həyətdə rayon rəhbərliyi, təsərrüfat xidmətlərinin nümayəndələri, qəsəbə ağsaqqalları, ictimaiyyəti nümayəndələri, məhəllə sakinlərinin görüşü keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, tədbirdə iştirak edən digər rəsmi şəxsilər həyətdə yaradılan şəraitlə tanış olmuşlar. Həyətə toplaşan sakinləri və qonaqları ilaxır çərşənbə və Novruz bayramı münasibəti ilə təbrik edən Eldar Əzizov bildirmişdir ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən  Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində müdrik siyasət həyata keçirilir və bu siyasət Səbail rayonunda da uğurla davam etdirilir.
Rayon rəhbərliyi və tədbirlə iştirak edən rayonun hüquq-mühafizə orqanlarının, təsərrüfat xidmətlərinin rəhbərləri sakinlərin istək və arzularını dinləmiş, onların həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. 
Məhəllədə keçirilən şənlikdə Badamdar qəsəbəsində fəaliyyət göstərən «Konferon» MMC tərəfindən xüsusi olaraq təqdim olunmuş  Badamdarda ən böyük paxlava kəsilərək sakinlərə və qonaqlara paylanmışdır. Sakinlər və qonaqlar onlar üçün hazırlanmış çay süfrəsi ətrafına toplaşmışlar.
Məhəllədəki şənlik gün ərzində davam etmiş, bayram tonqalı yandırılmış, incəsənət xadimləri və Badamdar Mədəniyyət evinin özfəaliyyət kollektivi, kosa, keçəl və Bahar qızı, qəsəbə orta məktəblərinin şagirdləri və uşaq bağçalarında tərbiyə alan uşaqlar milli rəqsləri və mahnıları  ilə şənliyi daha rəngarəng etmişlər.

 

Məlumat üçün : İsrafil Kərimov – Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini

Əlaqə telefonu - 493- 34-62 (iş),
493-17-98 (faks), 050/055) -322-34-83 (mob). e-mail: mail@sabail-ih.gov.az
internet səhifəsi: www.sabail-ih.gov.az

Keçidlər