Şriftin ölçüsü :

Saytın rəngi :

Səbailli yeniyetmələr Naxçıvana yola düşmüşlər

16 mart 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyasının birici mərhələsi çərçivəsində «Sahil bağı»da Bakı şəhəri Səbail rayonundan olan məktəblilərin bir qrupunun Naxçıvan şəhərinə  yola salınması mərasimi keçirilmişdir.
İlk əvvəl qrupların təşkili məsələləri həll olunmuşdur. Rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilərək 2 qrupa ayrılıblar. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən hər bir qrupa rəhbər təyin olunub.  Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, qruplar nəqliyyat vasitələri ilə təmin olunublar. Təsdiq olunmuş proqrama əsasən Səbailli yeniyetmələr 3 gün ərzində Naxçıvanın görməli yerlərində olacaq, Heydər Əliyev Mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini  ziyarət edəcək, bölgə ilə yaxından tanış olacaqlar. Həmçinin şagirdlərin asudə vaxtlarının təşkili də nəzərə alınmışdır.
Yola salma mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyəti iaşçısının müavini Eldar Ağayev  şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, bu tur aksiya çərçivəsində Naxçıvandan da Bakı şəhərinə yeniyetmələrin böyük  qrupu gəlir. Onlar paytaxtımızın, o cümlədən Bakının mərkəzi rayonu olan Səbail rayonunun görməli yerləri, mədəniyyət ocaqları ilə tanış olacaq, onların maraqlı istiahəti təşkil olunacaqdır. Bu səfərlərin yeniyetmə və gənclərin bilik və savadının, dunya görüşünün  artırılması istiqamətində mühüm bir tədbirlər olduğu xüsusi qeyd olunmuşdur.
Sonra Səbailli məktəblilər Səbail rayon İcra Hakimiyyətinin qarşısında şəkil çəkdirmiş və Naxçıvana yola düşmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava limanına yola salınmışlar.

 

Məlumat üçün : İsrafil Kərimov – Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini

Əlaqə telefonu - 493- 34-62 (iş),
493-17-98 (faks), 050/055) -322-34-83 (mob). e-mail: mail@sabail-ih.gov.az
internet səhifəsi: www.sabail-ih.gov.az

Keçidlər