Şriftin ölçüsü :

Saytın rəngi :

Səbailli yeniyetmələrin daha bir qrupu Naxçıvana yola düşmüşdür

24 mart 2016 | 16:00

Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olan və əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyasının ikinci mərhələsi çərçivəsində Bakı şəhəri Səbail rayonundan olan daha qrup məktəblinin Naxçıvana yola salınması mərasimi keçirilmişdir.
«Sahil bağı»nda təşkil olunan mərasimdə rayon rəhbərliyi, aksiya iştirakçısı olan məktəblilər,  onların valideynləri və təhsil aldıqları məktəblərin direktorları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Abit Əliyev  şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. Bildirilmişdir ki, iştirakçılar rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər arasından seçilmişlər. Bu tur-aksiya sərçivəsində bir neçə gün əvvəl rayon məktəblilərinin birinci qrupu Naxçıvanda olmuş, buranın görməli yerlərini gəzmiş, tarixi abidələri ilə tanış olmuşlar. Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin xatirində əvəzsiz iz buraxmışdır. İştirakçıların bir çoxu ölkəmizin bu bölgəsində ilk dəfə idi ki, olundular və onlar evlərinə  çox böyük təəssüratlarla qayıtmışlar. Tur müddətində təşkilatçılar tərəfindən yeniyetmələr üçün hər cür şarait yaradılmışdır. 
Qeyd olunmuşdur ki, bu tur aksiya çərçivəsində Naxçıvandan da Bakı şəhərinə yeniyetmələrin böyük  qrupu gəlmişdi. Onlar paytaxtımızın, o cümlədən Bakının mərkəzi rayonu olan Səbail rayonunun görməli yerləri, mədəniyyət ocaqları ilə tanış olmuş və məktəblilərin maraqlı istiahəti təşkil olunmuşdur. Eyni ilə bu gün də Naxçıvan məktəblilərinin növbəti qrupu Bakı şəhərinə gələcək və onların da paytaxtımızda istirahət və gəzintiləri təşkil olunucaqdır. Bu səfərlərin yeniyetmə və gənclərin bilik və savadının, dunya görüşünün  artırılması istiqamətində mühüm bir tədbirlər olduğu xüsusi qeyd olunmuşdur.
Sonra Səbailli məktəblilər Səbail rayon İcra Hakimiyyətinin qarşısında şəkil çəkdirmiş və Naxçıvana yola düşmək üçün Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə Heydər Əliyev adına Beynəlxalq Hava limanına yola salınmışlar.


Məlumat üçün : İsrafil Kərimov – Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini

Əlaqə telefonu - 493- 34-62 (iş),
493-17-98 (faks), 050/055) -322-34-83 (mob). e-mail: mail@sabail-ih.gov.az
internet səhifəsi: www.sabail-ih.gov.az

Keçidlər