«Mən fəxr edirəm ki, Azərbaycanlıyam» mövzusunda tədbir keçirilmişdir
« Biz bir Azərbaycan xalqı kimi öz çoxillik tariximizdə bəlkə də ən layiqli illəri məhz bu gün yaşayırıq. Bu ilk növbədə dahi insan Heydər Əliyevin əsasını qoyduğu və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən siyasətin nəticəsidir».
Bu sözləri Səbail rayonunun 189-190 saylı orta məktəbbində təşkil olunmuş «Mən fəxr edirəm ki, Azərbaycanlıyam» mövzusunda ədəbi-bədii tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov demişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Səbail rayonunun bütün idarə, təşkilat və müəssisələrində, elm və təhsil ocaqlarında dahi şəxsiyyətin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri 189-190 saylı orta məktəbbində Səbail Rayon İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, rayonun pedaqoci işçilərinin, ictimaiyyət nümayəndəlrinin və məktəbin şagirdlərinin iştirakı ilə keçirilən tədbir olumuşdur.
Tədbiri açıq elan edən 189-190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Ceyran Kuliyeva qonaqları salamlamış, tədbirin əhəmiyyəti barədə danışmışdır. Məktəb şagirdləri geniş ədəbi-bədii kompozisiya ilə qonaqlar qarşısında çıxış etmişlər.
Məktəblilər qarşısında çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolundan danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan xalqı öz çoxillik tariximizdə bəlkə də ən layiqli illəri məhz bu gün yaşayır. Bu ilk növbədə dahi insan Heydər Əliyevin əsasını qoyduğu və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən siyasətin nəticəsidir.
Bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti bütün millətin və xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan biri sözsüz ki, Heydər Əliyevdir. Azərbaycan tarixində çox sayda görkəmli dövlət xadimləri və şəxsiyyətlər vardır. Lakin yalnız Heydər Əliyev Azərbaycan xalqının, millətinin lideri kimi tarixə həkk olmuşdur.
Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin yaradılması və özünə layiqli siyasi varis olan İlham Əliyevin hazırlanması olmuşdur. Eldar Əzizov vurğulamışdır ki, məhz Prezident İlham Əliyevin yüksək intellekti sayəsində bu gün Azərbaycan sürətlə inkişaf edir və müstəqilliyini qoruyub saxlayıb.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva çıxış edərək Ulu öndər Heydər Əliyevin həyat yolunun, onun zəngin irsinin bu günkü gənclər tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətini vürğülamış, şagirdlərə vətənimiz üçün layiqli, vətənpərvər vətəndaş olmalarını arzulamışdır.