Səbail rayonu Səbail rayonunda «Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah» kitabının təqdimatı keçirilmişdir
Ötən ilin dekabr aynda Səbail Rayon İcra Hakimiyyftində keçirilmiş «Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah» mövzusunda dəyirmi masanın yekunları ilə bağlı buradakı çıxışların əsasında kitab hazırlanması qərara alınmışdı. Ümumilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində Səbail RİH və Yeni Azərbaycan Partiyası Səbail Rayon təşkilatının birgə hazırladığı nəfis tərtibat olunmuş «Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah» adlı kitab işıq üzü görmüşdür.
Rayon rəhbərliyi, dövlət qurumların nümayəndələri, Milli Məclis üzvləri, elm, təhsil, incəsənət və din xadimləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, YAP Səbail rayon təşkilatının təmsilçilərinin iştirakı ilə R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində kitabın təqdimat mərasimi keçirilmişdir.
İlk öncə qonaqlar muzeyin foyesində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əsk etdirən foto sərgi ilə tanış olmuşlar.
Ümumilli lider Heydər Əliyevin fəaliyyətinin müxtəlif dövlərini əhatə edən, Azərbaycanın son 30 il ərzində əldə etdiyi iqtisadi-siyasi inkişaf aspektlərindən, ölkəmizdə həyata keçirilən daxili və xarici siyasətdən, xalq təsərrüfatının bütün istiqamətlərində, Ordu quruculuğu, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə əldə olunan uğurlardan, Ulu öndərin siyasətin layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyevin bu gün həyata keçirdiyi işlərdən bəhs edən məqalələr və xeyli sayda foto şəkillər toplanmış kitabın təqdimat mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyevin müasir Azərbaycan tarixindəki rolu öz əhəmiyyəti ilə heç nə ilə müqayisə oluna bilməz. Ona görə bu iki dahi insanın siyasətini öyrənib təbliğ etmək vacib məsələdir. Buna görə də bu kitabın təqdimatı çox önəmlidir və böyük əhəmiyyət kəsb edir.
Milli Məclisin sədr müavini Bahar Muradova, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli, Milli Məclisin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, YAP Səbail Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı sahələrinə, onun ölkəmizin müstəqilliyi, iqtisadi tərəqqisi və inkişafı istiqamətində gördüyü işlərə, Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilən siyasətin uğurlarına və gələcək perspektivlərinə həsr olunmuş məqalələrin toplandığı kitabın əhəmiyyəti, onun gələcək nəslin tərbiyəsi və maarifləndirilməsi istiqamətindəki rolundan danışmışlar.
Çıxışlarda bu kitabın ilk olduğu və gələcəkdə də bu seriyadan olan digər kitabların çap olunacağı qeyd olunmuşdur.