Şriftin ölçüsü :

Saytın rəngi :

Səbailli şagirdlər Azərbaycan tarixini dərindən öyrənirlər

25 may 2016 | 16:00

Azərbaycan xalqının Ümümmilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar Səbail rayonunda təşkil edilən silsilə tədbirlər çərçivəsində rayonun bütün orta məktəblərində «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda elmi-praktiki konfranslar keçirilir. Ulu öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi,  məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan növbəti tədbir Səbail rayonunun     7 saylı orta məktəbində rayonun pedaqoji işçilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmişdir.
7 saylı məktəbin direktoru Könül Həsənova əvvələcə qonaqları məktəbin foyesində məktəblilərin əl işlərindən və rəsmlərindən ibarət sərgi və gənc rəssamların tədbirlə bağlı çəkdikləri rəsmlərlə tanış etmişdir.
Azərbaycan tarixinin müxtəlif dövrlərini təmsil edən hökmdarların obrazlarını nümayiş etdirən şagirdlər həmin illərin xəritəsi qarşısında təmsil etdikləri obrazın dövrü və onun qazandığı uğurlar barədə məlumat vermişlər.
Daha sonra məktəbin akt zalında «İstiqlalımız əbədidir» mövzusunda video konfrans təşkil olunmuşdur. Siniflərdə tarix, Azərbaycan və ingilis dili fənləri üzrə şagirdlərin istiqlal barədə mülahizələri dinlənilmişdir.
Tədbirdə «Tariximiz dünən və bü gün» mövzusunda şagird araşdırmaları təqdimatı keçirilmişdir. Məktəbin yuxarı sinif şagirdləri tərəfindən  Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edən mövzular  barədə çıxışlar eilmişlər.
Qeyd olunmuşdur ki, Ulu öndər Azərbaycan tarixini dərindən bilib və onu dərindən öyrənməyi həmişə uşaqlara tövsiyə etmişdir. O, qeyd etmişdir ki, «…Tariximizin hər səhifəsi bizim üçün əzizdir. Hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir».
Buna görə də rayonun orta məktəblərində oxuyan şagirdlərin tariximizə  olan marağanın daha da artırılması üçün bir sıra tədbirlər keçirilir, muzey və sərgi salonlarına ekskursiyalar təşkil olunur, tarixi film və teatr tamaşalarına kollektiv baxışlar təşkil olunur. Bu istiqamətdə görülən işlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu il məktəblərdə tarix konfransları keçirilmiş və yaxın günlərdə yekun konfrans təşkil olunaraq bu tədbirlərdə fərqlənən şagirdlərin tariximizin müxtəlif dövrlərinə həsr olunmuş araşdırma monoqlafiyalarının kitab şəklində çap olunması nəzərdə tutulmuşdur.

Keçidlər