Şriftin ölçüsü :

Saytın rəngi :

Eldar Əzizov - Azərbaycanın çoxillik tarixində yalnız iki dövlət xadimi ümumxalq lideri statusunu qazanmışdır

08 iyun 2016 | 16:00

Artıq bir neçə aydır ki, Səbail rayonunun bütün orta  ümumtəhsil məktəblərində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda elmi-praktiki konfranslar keçirilir. Bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu ondən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqələləri ilə çıxışlar etmişlər.
Konfransların yekunu olaraq Səbail Rayon İcra Hakimiyyətində şagirdlərin özlərinin təşkil və idarə etdiyi, RİH başçısı və orta məktəblərin direktorlarının qonaq kimi iştirak etdikləri Azərbaycan tarixinə aid elmi praktiki konfrans keçirilmişdir.
RİH-nin foyesində məktəblilər Azərbaycan tarixinin müxtəlif dövrlərini təmsil edən hökmdarların obrazlarını nümayiş etdirərək  həmin tarixi şəxsiyyətin gördüyü işlər və qazandığı uğurlar barədə məlumat vermişlər.
Səbail rayonu 6 saylı orta məktəbin şagirdləri Nəzrin Məhərrəmli və Əziz Mustafayevin sədrliyi ilə keçirilən konfransda təqdim olunan monoqrafiyalar arasında xüsusi olaraq seçilmiş işlərin müəllifləri çıxış etmişlər. 
Konfransın işində iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şagirdləri salamlayaraq Ulu öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi,  məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan konfransın əhəmiyyətini vurğulamışdır.
Qeyd olunmuşdur ki, Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilmişdir. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirmişdir.
Azərbaycanın çoxillik tarixində yalnız iki dövlət xadimi ümumxalq lideri statusunu qazanmışdır. Bunlardan biri Ulu öndər  Heydər Əliyevdir. Bu gün tam  məsuliyyətlə demək olar ki, xalqımız Milli lider mandatını dünyada görkəmli dövlət xadimi kimi tanınan İlham Əliyevə etibar etmişdir.
20-yə yaxın şagirdin çıxış etdiyi konfransın sonunda Səbail rayon məktəblərində keçirilən tarix konfransları münsiflər heyətinin rəhbəri, 6 saylı orta məktəbin tarix müəllimi Elmin İmanov   keçirilən konfraslar, şagirdlərin hazırladıqları yazılar barədə məlumat verərək bildirmişdir ki, Azərbaycan tarixinin müxəlif dövrlərinə həsr olunmuş 40-dan çox şagirdin işlədiyi monoqrafiyalar komissiya tərəfindən seçilmiş və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə kitab şəklində çap olunucaqdır.

Keçidlər