Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə möhtəşəm bayram tədbiri keçirilmişdir

10 iyun 2016 | 16:00

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır – Bu Heydər Əliyevdir.

Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olmuşdur. Bu tarixi qayıdışın şərəfinə Azərbaycanda 1997-ci ildən etibarən Milli Qurtuluş günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar günlə əlaqədar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Badamdar qəsəbəsində möhtəşəm bayram konserti təşkil olunmuşdur.
Səbail Rayon rəhbərliyi, rayonun huquq-mühafizə orqanlarının elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin, təsərrüfat və xidmət sahələri kollektivlərinin, Milli Məclis üzvlərinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, KİV nümayəndələrinin və qəsəbə sakinlərinin iştirakı ilə Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında dünya və Azərbaycan bəstəkarlarının  klassik musiqisindən ibarət bayram tədbiri keçirilmişdir. Tədbirdə qeyd olunmuşdur ki,  1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda Ulu öndən Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı və bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Qeyd olunmuşdur ki, Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilmişdir. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirmiş, Azərbaycan daha da möhkəmlənmiş və qüdrətlənmişdir.
Azərbaycanın çoxillik tarixində yalnız iki dövlət xadimi ümumxalq lideri statusunu qazanmışdır. Bunlardan biri Azərbaycan xalqının Ümummimlli lideri Heydər Əliyevdir. Onun davamçısı Prezident İlham Əliyev isə ilk dəfə olaraq Dünya Azərbaycanlılarının əsl millət lideri kimi qəbul olunmuşdur.
Bayram tədbirində respubikanın xalq artisti Teymur Göyçayevin rəhbəri və baş dirijoru olduğu  Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayəti ilə xalq artisti Azər Zeynalov, əməkdar artistlər Ramil Qasımov, Elnarə Abdullayeva, İlahə Əfəndiyeva, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Aytac Şıxəlizadə və Səbail rayonu 12 saylı Musiqi məktəbinin şagirdi Murad İbrahimovun ifasında tanınmış dünya və Azərbaycan klassik bəstəkarlarının əsərləri, xalq mahnıları səslənmiş, konsert iştirakçılarının çıxışları tədbir iştirakçılarının alqışları ilə qarşılanmışdır.
Bayram konsertinin sonunda əzəmətli atəşfəşanlıq keçirilmişdir.

Məlumat üçün : İsrafil Kərimov – Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini

Əlaqə telefonu - 493- 34-62 (iş),
493-17-98 (faks), (050/055) -322-34-83 (mob).
e-mail: sabail-ih@mail.ru
e-mail: mail@sabail-ih.gov.az
internet səhifəsi: www.sabail-ih.gov.az

Keçidlər