Şriftin ölçüsü :

Saytın rəngi :

Səbailli gənclər orduya yola salındı

18 iyul 2016 | 16:00

Bayıl yaşayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda Səbail rayonundan olan çağırışçıların bir qrupunun həqiqi hərbi xidmətə yola salınmasına həsr olunmuş ənənəvi tədbir keçirilmişdir. Səbail Rayon rəhbərliyi, rayonun hüqüq-mühafizə orqanlarının, pedaqoji işçilərin, ağsaqqallar, gənclərin, müharibə veteranlarının, rayon ictimaiyyətinin, rayonda yerləşən hərbi hissələrin və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin nümayəndələrinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin zabit və  əməkdaşlarının, çağırışçılar, onların valideynləri, həmçinin bu ay ordudan tərxis olunmuş səbailli gənclərin iştirakı ilə keçirilən tədbirin əvvəlində tədbir  iştirakçıları  Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun parkda ucaldılmış büstünün  önünə tər çiçəklər düzmüşlər.
Hərbi Dəniz Qüvvələrinin orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.
Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev bu gün hərbi xidmətə yollanan çağırışçıları, onların valideynlərini təbrik etdi və bildirdi ki, vətənə xidmət etmək həm müqəddəs, şərəfli, həm də çox məsuliyyətli vəzifədir. Milli Ordumuzun bu ilin aprel ayında qazandığı qələbədən sonra ölkəmizin hər bir vətəndaşında, xüsusilə də gənclərdə böyük rüh yüksəkliyi yaranmışdır. Aprel qələbəsi ordumuzun gücünü, bacarığını bütün dünyaya nümayiş etdirdi. Bu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  cənab İlham Əliyevin ölkədə ordu quruculuğu sahəsində apardığı siyasət və həyata keçirdiyi işlərin düzgünlüyünü və vacibliyini bir daha sübüt etdi. Qeyd olundu ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin həlli və ölkənin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir. Onun yürütdüyü bu siyasət yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir və səbaillilər bu siyasəti yekdilliklə dəstəkləyirlər.
Eldar Ağayev gəncləri hərb sənətinin sirlərinə dərindən yiyələnməyi, komandirlərin tapşırıq və əmrlərini vaxtında və dəqiq yerinə yetirilməyi, Azərbaycan əsgəri adını daima ucu tutmağı tövsiyə etdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Polad İbrahimov qeyd etdi ki, ordu hər bir millətin qüruru, dövlətin güvənc yeridir. Ölkənin varlığı onun yenilməz və möhkəm ordusundan asılıdır.
Azərbaycan Pezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində görülən işlər, ordumuzun ən müasir silah, texnika və avadanlıqlarla təchiz olunması, ordudakı ruh yüksəkliyi bu gün hərbi xidmətə yollanan gənclərimizin qarşısında mühüm vəzifələr qoyur. Biz əminik ki, bu gün Azərbaycan ordusu öz Ali Baş Komandanının rəhbərliyi ilə işğalçı qüvvələri zəbt olunmuş torpaqlarımızdan çıxarmağa hər an hazırdır. 
Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, II Dünya müharibəsi veteranı Əli Nəsirov, 51 saylı orta məktəbin direktoru Lətafət Səmədova, valideyn Ənvər Abdullayev çağırışçılara orduda xidmət kimi şərəfli missiyanın yerinə yetirilməsində uğurlar arzulayıb, tövsiyə və məsləhətlərini verdilər. Çağırışçı Qismət Süleymanov hamıya minnətdarlığını bildirərək öz ləyaqətli xidmətləri ilə  Səbail rayonunun adını yüksək tutacaqlarına söz verdi.
Sonra çağırışçılara və ordudan yenicə tərxis olan gənclərə xatirə hədiyyələri təqdim olundu.
Çağırışçılar marş sədaları altında  Azərbaycan Resublikasının Dövlət Bayrağını öpərək hərbi hissələrə yollandılar.

 

 

 

 

 


Məlumat üçün : İsrafil Kərimov – Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini

Əlaqə telefonu - 493- 34-62 (iş),
493-17-98 (faks), (050/055) -322-34-83 (mob).
e-mail: sabail-ih@mail.ru
e-mail: mail@sabail-ih.gov.az
internet səhifəsi: www.sabail-ih.gov.az

Keçidlər