Şriftin ölçüsü :

Saytın rəngi :

Səbailli «Gənc Heydərçilər»in Qusardakı yay düşərgəsindən qayıtdılar

29 iyul 2016 | 16:00

Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki işlər çərçivəsində Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə təşkil olunan layihəyə əsasən artıq 3-cü dəfə keçirilən Səbail rayonunun orta məktəblərinin təhsildə, idmanda və ictimai həyatda fərqlənən yeniyetmələri, həmçinin Müdafiə Nazirliyinin ön cəbhə xəttində xidmət edən zabitlərinin övladları üçün Qusar rayonundakı «N» saylı hərbi hissəsində «Gənc Heydərçilər» hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi yaradılmışdır.
        Yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər planına uyğun olaraq artıq 3-cü dəfə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birgə rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri və Müdafiə Nazirliyinin ön cəbhə xəttində xidmət edən zabitlərinin övladları – ümumilikdə 250 nəfər uşaq üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı «N» saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü «Gənc Heydərçilər» istirahət düşərgəsi yaradılmışdır.
Bu layihənin Müdafiə Nazirliynin hərbi hissəsində keçirilməsi ilə məktəblilərə hərbi sahədə daha çox biliklər və təcrübə əldə etməyə imkan vermişdir. Hərbi hissədəki əsgər kazarmalarının birində «Gənc Heydərçilər» üçün hər cür şərait yaradılmışdır. Burada Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, olkədəki ordu quruculuğuna, Milli Qəhrəmanlarımıza həsr olunmuş stendlər, hərbi təlimatlar  asılmışdır. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi  uşaqların istirahətini daha  da maraqlı  və yaddaqalan etmişdir.
Məktəblilər üçün xüsusi formalar tikilmiş, düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunmuş,  onların   təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və həmçinin hərbi hissənin zabitləri, çavuş  və  əsgərlərindən ibarət qrup məşğul olmuşdur.
Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən   dərsləri müxtəlif mövzularında məşğələlər, müxtəlif maraqlı görüşlər, idman yarışları keçirilmiş, müxtəlif filmlər nümayiş etdirilmişdir. 
Məktəblilər   hərbi hissədə şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, özləri də təlimlərə qatılmışlar. Yeniyetmələrə avtomatın sökülüb yığılması öyrədilmiş, onlar təlim prossesində maneələri dəf etmiş, ilk dəfə olaraq avtomat silahdan atəş açmış, hərbi texnikanın döyüşdə iştirakını müşahidə etmişlər.
Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaratmışdır.  
Uşaqların Qusar rayonunın görməli yerlərinə, meşələrə,  tarixi guşələrinə, o cümlədən Heydər Əliyev Mərkəzinə, Gənclər evinə gəzintiləri təşkil olunmuş, istirahətin 1 günü hərbi hissə tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilmişdir.
Bağlanış mərasiminindən bir gün əvvəl məktəblilər üçün tonqal ətrafında maraqlı əyləncəli tədbir-konsert təşkil olunmuş, bu zaman onlar da peşəkar müğənnilərlə birgə öz məharətlərini göstərmişlər.
Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbirdə iştirak edən layihə təşkilatçıları  Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini  Xalidə Bayramova, Müdafiə Nazirlyinin İdarə rəisi, general-mayor Rasim Əliyev və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, hərbi təlimlərdə fərqlənmiş, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində cavabdeh olan dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim etmişlər.
Yeniyetmələr  qonaqlar qarşısında hərbi keçidlə keçmiş, düşərgədə öyrəndiklərini nümayiş etdirmişlər.
Respublikamızın tanınmış incəsənət xadimləri və hərbi hissənin orkestrinin iştirakı ilə keçirilən bayram konsertində düşərgədə istirahət edən uşaqlar da öz  məharətlərini göstərmişlər. 
Hərbi-vətənpərvərlik təmayullu «Gənc Heydərçilər» düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət  uşaqların xatirində silinməz izlər buraxmış, onlar burada yeni-yeni doslar tapmış, bölgənin tarixi və görməli yerləri ilə yaxından tanış olmuşlar. Maraqlı istirahətdən sonra Bakıya qayıdan  yeniyetmələr, onların valideynləri bu gözər və yaddaqalan tədbirə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər