Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə açıq dialoq

20 sentyabr 2016 | 16:00

 

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən  Səbail rayonunun qəsəbə və yaşayış sahələrdə həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Bayıl yaşayış sahəsində Aydın Məmmədov  küçəsi 74 ünvanında yerləşən və 1000-dən çox sakini əhatə edən məhəllədə  əsaslı təmir işləri başa çatmışdır.
Məhəllədə yaşayanların RİH-nə müraciəti nəzərə alınaraq buradakı çox mərtəbəli  binaların fasadları təmir olunaraq üzlənmiş, eyvanlar yenidən qurulmuş, binaların giriş hissəsi təmir olunmuş, binanın blok qapıları dəyişdirilmiş, blokların və binaya uzanan keçidin pilləkənləri yenidən qurularaq bura aqlay dönəşmişdir.
Məhəllənin səkilərinə  yeni  bordyur daşları düzülmüş, sakinlərin istirahəti üçün geniş söhbətgah quraşdırılmış, yeni oturacaqlar qoyulmuş, binalara yaxın ərazilərdəki istinad divarları suvanaraq rənglənmişdir.
Məhəllədə əsaslı təmizlik işləri aparılmış,  yeni ağaclar əkilmiş və qazon örtüyü çəkilmiş, işıqlandırma məsələləri həll olunmuş, məhəllə və ətraf ərazilərə yeni asfatl örtüyü çəkilmişdir.
Uşaqlar üçün bir neçə əyləncə qurğuları quraşdırılmış, süni örtüklü mini stadion tikilmiş, müxtəlif idman qurğuları qurulmuşdur.
Məhəllədə təmir işlərinin başa çatdırılması ilə əlaqədar burada rayon rəhbərliyi, təsərrüfat xidmətləri, rayon ağsaqqalları, ictimaiyyəti nümayəndələri və məhəllə sakinlərinin görüşü keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və tədbirdə iştirak edən digər rəsmi şəxsilər həyətdə yaradılan şəraitlə tanış olmuşlar. Həyətə toplaşan sakinləri və qonaqları salamlayan Eldar Əzizov bildirmişdir ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən  Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində müdrik siyasət həyata keçirilir və bu siyasət Səbail rayonunda da uğurla davam etdirilir.
Rayon rəhbərliyi və rayonun hüquq-mühafizə orqanlarının, təsərrüfat xidmətlərinin rəhbərləri sakinlərin istək və arzularını dinləmiş, onların həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. 
Sakinlər burada yaradılmış şəraitə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Badamdar Mədəniyyət evinin və 3 saylı musiqi məktəbinin özfəaliyyət kollektləri üzvlərinin, illüzionist və artistlərin iştirakı ilə  konsert proqramı təşkil olunmuş, orta məktəblərinin şagirdləri və uşaq bağçalarında tərbiyə alan uşaqlar milli rəqsləri və mahnıları  ilə şənliyi daha rəngarəng etmişlər.

 

Keçidlər