Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident Administrasiyasının rəhbəri 7 saylı seçki məntəqəsində səs verib

26 sentyabr 2016 | 16:00

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçirilən ümumxalq səsverməsinin başlandığı səhər saatlarından Bakının 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev həmin məntəqədə səs verib.Məntəqədə səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.
Prezident Administrasiyasının rəhbəri jurnalistlərə müsahibəsində Venesiya Komissiyasının Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı Referendum Aktı layihəsinə verdiyi rəyə münasibətini açıqlayıb. Akademik Ramiz Mehdiyev Venesiya Komissiyasının bu rəyinə münasibətinin mənfi olduğunu vurğulayaraq deyib: “Onlar bizimlə müzakirə aparmayıblar. Onlara sənəd göndərməmişik. Özləri tapşırıqlar əsasında belə məlumatlar yayıblar. Bizim münasibətimiz çox mənfidir”.
Ramiz Mehdiyev referendumun ölkəmizə çox şey verəcəyini vurğulayaraq bildirib ki, Azərbaycan inkişaf edir və ümumxalq səsverməsinə çıxarılan məsələlər də bu inkişafa xidmət edəcək.

Keçidlər