Şriftin ölçüsü :

Saytın rəngi :

Bayıl-20-ci yaşayış sahəsi üzrə ərazi nümayəndəliyinin hesabatı keçirilmişdir

18 yanvar 2017 | 16:00

(17.01.2017)  Cövdət Hacıyev adına 3 saylı uşaq musiqi məktəbində Səbail rayonu Bayıl-20-ci yaşayış sahəsini əhatə edən Səbail RİH Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir. Bu ərazidə yerləşən idarə və təşkilatların, təhsil, səhiyyə və digər müəssisələrin, təsərrüfat xidmətlərinin, yerli bələdiyyənin nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən toplantıda 2016-cı il ərzində bu ərazidə həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Rüfər Əhmədzadə  bildirmişdir ki, 51.000 nəfər əhali yaşayan və 6510 nəfər məcburi köçkün məskunlaşmış ərazidə ötən il  Ali neft məktəbi üçün yeni idman və yataqxana kompleksləri istifadəyə verilmiş, ha¬zır¬da ərazidə  Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Yeni Salyan yolu küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün  yeni binanın tikintisi davam edir.
Ötən il sakinlərin RİH-nə müraciətləri nəzərə alınaraq Bayıl yaşayış sahəsindəki Aydın Məmmədov küçəsi 74 ünvanında yerləşən məhəllə əsaslı təmir olunaraq sakinlər üçün burada hər cür şərait yaradılmışdır.
Bayıl-20-ci yaşayış sahəsində tam yenidənqurmaya ehtiyacı olan   binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı 6 müasir layihə işlənib təsdiq olunmuş və artıq Neftçi Qurban 27 ünvanında işlərə başlanılmışdır.
İlin sonunda RİH tərəfindən  157 saylı uşaq bağçasının sökülərək müasir layihə əsasında  yeni uşaq bağçasının inşasına başlanmış,  Arif İsmayılov küçəsinə  1000 kv.metr, 6-cı mədən ərazisinə 300 kv.metr sahə təmir olunaraq bura asfalt vurulmuş, sakinlərin müraciətləri asasında 20-ci sahədəki nəqliyyat problemi həllini tapmışdır.
Hesabat və çıxışlardan sonra sakinlərinin müraciətləri, istək və təklifləri dinlənilmişdir. Ərazinin gələcək inkişafı, yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, qanunsuz tikintələrə qarşı mübarizə, su və kanalizasiya şəbəkəsinin yenidənqurulması, ərazinin sanitar təmizliyi, nəqliyyat və 20-ci sahənin qaz təchizatında yaranmış problemlər  barədə müraciətlər dinlənilmiş, sakinləri narahat edən suallar cavablandırılmış, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Yığıncaqdakı çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənmişdir.
Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev 2016-cı ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən  Səbail rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir. Bidirilmişdir ki, RİH tərəfindən rayonun  yaşayış məntəqələrində  məhəllələr   abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemləri yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir.
Yığıncaqlarda mövcud problemlərdən danışılmış,  sakinləri maraqlandıran suallar cavablandırılmış, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər