Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonu 1 saylı ərazi nümayəndəliyində ilin yekunları müzakirə olunmuşdur

12 yanvar 2017 | 16:00

(12.01.2017) - Səbail rayonunun qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində 2016-cı ilin yekunlarının müzakirəsinə başlanmışdır. Bununla əlaqədar ilk hesabat iclası Rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilmişdir. Rayonun mərkəz hissəsini əhatə edən təşkilatların, təhsil, səhiyyə və digər müəssisələrin, təsərrüfat xidmətlərinin nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən toplantıda 2016-cı il ərzində rayonun mərkəz hissəsində həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tərlan Qasımov bildirmişdir ki, ötən il nümayəndəliyin ərazisində dünya şöhrətli müğənni Rəşid Behbudovun abidəsinin açılış mərasimi keçirilmiş,  Mətbuat prospekti 2 və Puşkin küçəsi 10 ünvanlarında yerləşən  çoxmənzilli yaşayış binalarının fasad və dam örtüklərində aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmışdır. Hazırda xidməti ərzazidə "Xəzər Waterfront" istirahət-əyləncə-alış-veriş mərkəzinin, yeni «İnterkontinental» və «Dinamo» mehmanxanalarının, Dövlət Təhlükəsizlik Xidməti Səbail rayon İdarəsinin yeni  inzibati binasının tikintisi, İncəsənət muzeyinin əsaslı təmiri davam edir.
Hesabat ilində «Şəhidlər Xiyabanı»nda bir sıra ictimai birlik və təsərrüfat xidmətlərinin yerləşdiyi inzibati binada cari təmir aparılmış və buranın istilik  sistemi  bərpa  edilmiş, Zərifə Əliyeva küçəsi 26, 28 və  Neftçilər  131 ünvanlarında  evlərin  dam örtükləri  dəyişdirilmiş, həmçinin Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Lermontov, Mehdi Hüseyn, Cəfərov qardaşları, Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Rəsul Rza, Qoqol küçələrində səki kənarlarına yeni bordyurların qoyulması, səkilərin təmiri və dekorativ daş düzülməsi, küçələrə yeni asfalt qatı salınması işləri aparılmış, Üz.Hacıbəyov küçəsi, Neftçilər və Parlament prospektiləri, ərazidəki park və istirahət bağlarında salınmış yaşıllıqlar zonasında böyük miqdarda dekorativ gül kolları əkilərək burada gözəl kompozisiyalar yaradılmışdır.
Yığıncaqlarda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Abit Əliyev Azərbaycan Respublikası Prezidenti cənab İlham  Əliyev tərəfindən Bakı şəhərininə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışmışdır. A.Əliyev 2016-cı ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən şəhərin mərkəzini əhatə edən 1 saylı nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir. Bidirilmişdir ki, RİH tərəfindən qəsəbə yaşayış məntəqələrində  məhəllələr abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemləri yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir.
Yığıncaqlarda mövcud problemlərdən danışılmış,  sakinləri maraqlandıran suallar cavablandırılmış, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. 

 

 

 

Keçidlər