Səbaildə sahibkarlarin toplantısı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına diqqətin artırılması ilə bağlı verdiyi tapşırıqların icrası ilə əlaqədar Səbail rayonunda həyata keçirilən tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə Badamdar qəsəbəsində fəaliyyət göstərən sahibkarların görüşü keçirilmişdir.
Açıq mikrofon xarakterli görüşdə sahibkarların gündəlik problemləri ilə yanaşı Badamdar qəsəbəsinin sosial-iqtisadi inkişafı, o cümlədən qəsəbənin əsas küçəsi olan Badamdar şossesinin əsaslı yenidənqurulması məsələləri də müzakirə olunmuş, sahibkarları maraqlandıran məsələ və suallar ətraflı cavablandırılmışdır.
Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov qeyd etmişdir ki, bu gün ölkədə korrupsiyaya qarşı amanız mübarizə aparılır, yeni islahatlar həyata keçirilir.
Badamdar şossesində aparılacaq əsaslı yenidənqurma işlərinə toxunan Eldar Əzizov bildirmişdir ki, cənab Prezidentin tapşırıqlarnı əsasən hər bir məmur sakinlərin problemlərini öz şəxsi problemləri kimi qəbul etməlidir. Bununla əlaqədar Badamdar yolunun yenidənqurulması işləri zamanı bu yol ətrafında yerləşən bütün ticarət və digər obyektlərin sahiblərinə RİH tərəfindən hər cür yardım və köməklik göstəriləcək, hər bir obyektlə bağlı layihə sənədləri ətraflı müzakirə olunacaqdır.
Görüşdə çıxış edən sahibkarlar onların gələcək fəaliyyətinin inkişafı istiqamətində hazırda atılan addımları və nəzərdə tutulan işləri dəstəklədiklərini bəyan etmiş və bununla əlaqədar ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.