Mehriban Əliyevanın tapşırıqlarının icrası ilə bağlı Səbail rayonunda işlərə başlanmışdır
Xəbər verildiyi kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş ilk müşavirə qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə həsr olununmuş, onların işlə təmin olunması istiqamətində Rayon İcra hakimiyyətlərinə təkliflər hazırlamağı tapşırılmışdır.
Müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi, qaçqın rayonların İcra Hakimiyyətlərinin Səbail üzrə nümayəndələrinin, məcburi köçkünlərin nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.
Görüşü açın elan edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş müşavirə barədə məlumat vermiş, qeyd etmişdir ki, son illərdə doğma yerlərindən didərgin düşmüş soydaşlarımızın problemlərinin həlli ilə bağlı Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük işlər həyata keçirilmiş, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ölkə rəhbərinin siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Öz dərin intellekti və bliyi, nəcib əməlləri ilə dünya ictimaiyyətinə yaxşı tanış olan, Prezident İlham Əliyevin ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın ölkənin birinci vitse-prezidenti təyin olunmasından sonra keçirdiyi ilk müşavirənin məhz məcburi köçkünlərin problemlərinin aradan qaldırılması məsələlərinə həsr olunması bir daha sübüt edir ki, bu gün Azərbaycan dövlətinin siyasətinin ən mühüm istiqamətlərindən biri ağır sosial vəziyyətdə yaşayan insanlara kömək etməkdən ibarətdir.
Bildirilmişdir ki, RİH-də yaradılan işçi qrup tərəfindən qısa müddət ərzində rayondakı məskunlaşma yerlərinə baxış keçirilmiş, qəzalı və yararsız şəraitdə olan məskunlaşma yerləri müəyyən olunmuş, buradakı şəraitin yaxşılaşdırılması və digər məsələlərlə bağlı rayon xidmətlərinə müvafiq tapşırıqlar verilmişdir.
Eyni zamanda məcburi köçkünlərin işlə təmin olunması məqsədi ilə rayonun idarə və təşkilatlarında, şirkətlərdə, tikinti sahələrində 100-dən çox vakant iş yeri müəyyənləşdirilmiş və onların siyahısı məcburi köçkünlərə təqdim olunmuşdur. Müşavirədə həmçinin məcburi köçkünlərin müraciətlərin həlli ilə bağlı konkret tapşırıqlar verilmiş, bildirilmişdir ki, taşşırıqların icrası kompaniya xarakterli deyil daimi olacaq və yerlərdə artıq bu işlərə başlanmışdır.
Toplantıda çıxış edən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.