Şriftin ölçüsü :

Saytın rəngi :

Polşa nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində

14 mart 2017 | 16:00

Polşanın paytaxtı Varşavanın Praqa Poludni (Cənubi Praqa) rayonunun meri Tomaş Kuxarskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində olub.
Qonaqlar universitetin Beynəlxalq İqtisadiyyat Məktəbi, “SABAH” qrupları, UNEC Biznes Məktəbi, İnnovativ Biznes İnkubatoru, kitabxana, Radio UNEC və bu ali təhsil ocağının şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan memorial abidə ilə tanış olublar.
Polşalı qonaqlarla keçirilən görüşdə universitetin rektoru, professor Ədalət Muradov Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil ocağı olan UNEC barədə məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor UNEC-in Polşanın ali təhsil ocaqları ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Universitetlə tanışlıqdan məmnunluqlarını bildirən qonaqlar Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən layihələri yüksək dəyərləndiriblər. Onlar Azərbaycan, o cümlədən UNEC ilə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Keçidlər