Şriftin ölçüsü :

Saytın rəngi :

Bibiheybətdə tarix konfransi keçirilib

27 aprel 2017 | 16:00

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta  ümumtəhsil məktəblərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən  «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda elmi-praktiki konfranslar başa çatmaq üzrədir. Artıq ənənəyə çerilən bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu ondən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqələləri ilə çıxışlar edirlər.
Azərbaycan tarixinə hərs olunmuş daha bir şagird konfransı Səbail rayonu Bibiheybət qəsəbəsindəki 50 saylı orta məktəbdə təşkil olunmuşdur. Konfrans iştirakçılarını salamlayan 50 saylı məktəbin direktoru Sədaqət Həsənova bildirmişdir ki, həр bir gənc öz tarixini dərindən bilməli və öyrənməlidir. Ulu öndər Heydər Əliyev hər zaman tariximizi dərindən öyrənməyi yeniyetmə və gənclərə tövsiyə etmişdir. Ulu öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi,  məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan bu konfransda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqələləri ilə çıxışlar edəcəklər.
Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri müavini İsrafil Kərimov qeyd etmişdir ki, keçən il ilk dəfə keçirilən konfransların nəticəsi kimi məktəblilərin hazırladıqları referatlardan ən yaxşıları seçilərək kitab şəklində buraxılmış və məktəblilərin özləri və rayon ictimaiyyətinin iştirakı ilə Milli Azərbaycan Tarixi Muzeyində təqdimatı keçirilmişdir. Həmçinin RİH tərəfindən bu işlərin ənənəyə çevrilməsi bu il də növbəti konfransların yekunu kimi yeni kitabın buraxılması da qərara alınmışdır.  Bu ilki məktəb konfransarında daha çox şagird iştirak etmiş və mövzuların sayı da çox olmuşdur.
50 saylı məktəbin 9-cu sinif şagirdi Asya Məmmədova, 7-ci sinif şagirdləri Xaliq Səma, Şəbizadə Leyla, Rəhmanlı Aydan,  Hüseynova Cəmalə,  8-ci sinif şagirdi Eyvazlı Fidan, 9-cu sinif şagirdi Rzayeva Bilqeyis, 10-cu sinif şagirdi Camal Hüseynov Azərbaycan tarixinin müxtəlif dövrlərini, Ümummmili liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini, onun müasir tariximizdəki rolunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin müxtəlif istiqamətlərinə, Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunmuş mövzularda  hazırladıqları referatları ilə çıxış etmişlər.
Müəllim və şagirdlər çıxışları dinlədikdən sonra müəlliflərə müxtəlif suallar vermiş, şagirdlərin istifadə etdikləri mənbələrlə maraqlanmışlar.
Konfransın yekununda referatların ən yaxşılarının ümümrayon konfransına və yeni çap olunacaq kitaba daxil olunmaq üçün  təqdim edilmişdir.

Keçidlər