Səbail rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş iməclik keçirilmişdir
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbirlər paytaxtımızın Səbail rayonunda xüsusi təntənə ilə keçirilir. Əlamətdar günlə bağlı ərazidəki park və bağlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, yaşıllıqlar salınmış, yeni ağaclar əkilmişdir.
Ulu öndərin doğum gününə həsr olumuş növbəti genişmiqyaslı ağacəkmə aksiyası Səbail RİH tərəfindən “Şıx” ərazisindəki yamacda salinan “Ekoloji park”ın ərazisində və Badamdar qəsəbəsindəki Zeytun bağında rayonun idarə, təşkilat, müəssisələrinin, təsərrüfat xidmətlərinin işçiləri və rayon ictimaiyyətinin nümayəndələrinin ümumilikdə 500 nəfərin iştirakı ilə keçirilmişdir.
Ölkə başçısının tapşiriqlarına əsasən ötən il salınmış 29 ha-lıq bu parkın ərazisində 100 mindən çox Eldar şamı, oluandr, kiparis, zeytun və püstə ağacları əkilmiş, damcı üsuslu ilə suvarılma və gündəlik qulluq nəticəsində buradakı ağacların hamısında inkişaf edərək burada böyük meşə zolağı yaranıb.
Keçirilən iməşlikdə ümumilikdə 1200 ədəd zeytun ağacı əkilmiş, əlavə olaraq əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir. Parkin yaradılması ekoloji problemlərin mövcud olduğu Bibiheybət buxtası və ümumilikdə Bakı şəhərindən cənub və qərb istiqamətində çıxış ərazilərinin ekoloji təmizliyi, gələcəkdə burada sağlam zonaların yaradılması istiqamətində görülən işlərə səbaillilərin töhfəsi olacaqdır.
Eyni zamanda Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun istirahət parkları və bağlarında rayon ictimaiyyəti nümayəndələri və ayrı-ayrı istedadlı gənclər tərəfindən özlərinin bacarıq və istəklərinə uyğun gül və gül-kol bitkiləri əkilmiş, gənclərin sərbəst qaydada öz fantaziyalarına uyğun müxtəlif kompozisiyalar hazırlanıb nümayiş etdirilmişdir. Mərkəzdəki “Sahıl bagı güllərdən yaradılan kompozisiyalarla başdan-başa bəzədilmiş, parkın bütün perimetri üzrə yeni çiçəklər əkilmiş, qazon örtüyü yenilənmiş, əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılmışdir. Təkcə “Sahil bağı”ndakı gül kompozisiyalarının yaradılmasına 28 min ədəd güldən istifadə olunmuşdur.
Ulu öndərin ad günü ilə baglı həyata keçirilən abadlıq-yaşıllaşdırma işləri müdrik rəhbərin təbiətə, gözəlliyə olan sevgisi, Azərbaycan təbiətinin qorunması ilə bağlı tövsiyələrinin həyata keçirilməsinə töhfə olmuşdur.