Şriftin ölçüsü :

Saytın rəngi :

Nyu-Yorkda İkinci “Qafqaz irsi” festivalı keçirilib

25 may 2017 | 16:00

(22 may 2017) Nyu-York şəhərindəki Bruklinin “Master” Teatrı binasında ikinci “Qafqaz irsi” festivalı keçirilib. Artıq ənənəvi halı alan festival Bruklin meri Erik Adams və Bakı-Bruklin Dostluq Assosiasiyası tərəfindən təşkil olunub.
Festivalın təntənəli açılış mərasimi zamanı “Master” Teatra toplaşmış tamaşaçıları salamlayan Erik Adams tədbirin önəmindən danışıb və bu təşəbbüsün reallığa çevrilməsində müstəsna xidmətlərinə görə Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Mariyetta Rozentala və “My Way” Uşaq və Gənclər İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlovaya təşəkkürünü bildirib. O qeyd edib ki, Bruklin sakinlərinin 47 faizi müxtəlif dillərin daşıyıcısıdır və dünya mədəniyyətlərinin təmsilçiləri olaraq onlar Bruklinin mədəni inkişafına böyük töhfə verirlər.
Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Mariyetta Rozental çıxış edərək festivalın keçirilməsinə verdikləri dəstəyə görə E.Adamsa, Azərbaycan hökumətinə, o cümlədən ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.
Festival çərçivəsində “My Way” Uşaq və Gənclər İnkişaf Mərkəzi və "Pesvebi" gürcü mədəniyyət mərkəzinin yetirmələri Azərbaycan, gürcü və digər milli rəqslərdən ibarət rəngarəng proqramla çıxış ediblər. Uşaqların yaradıcılığına böyük töhfələr verən incəsənət xadimləri Bruklin meriyası tərəfindən xüsusi mükafatlarla təltif edilib. Builki festivalda Azərbaycandan gələn incəsənət xadimləri də iştirak ediblər.
Qeyd edək ki, festival Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın ABŞ-dakı səfirliyi və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib. Builki festivalda Azərbaycan müğənnisi Xəyyam Nisanov və Maestro Ceyhun da çıxış ediblər.

Keçidlər