Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Səbail rayonunda imkansız ailələrin uşaqları üçün bayram tədbiri təşkil olunmuşdur
Xalqımızın gələcəyi olan uşaqlara, xüsusilə də fiziki qüsurlu, sağlamlıq imkanları məhdud olan uşaqlara diqqət və qayğı, onlarla bağlı tədbirlərin keçirilməsi və bu tədbirlərə daha çox uşağın cəlb olunması məqsədi ilə görülən işlər Səbail rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır. Hazırda rayon əhalisinin 20%-ni uşaqlar təşkil edir. Səbail rayonunda 17 məktəbəqədər təhsil müəssisəsi vardır ki, onların böyük bir hissəsi dövlət tərəfindən əsaslı təmir olunub istifadəyə verilmişdir. Dövlət Proqramına uyğun olaraq 2013-cü ildə daha 3 uşaq bağçasının əsaslı təmiri və 1-i üçün əlavə otaqların tikintisi nəzərdə tutulmuşdur. Rayondakı 17 orta təhsil müəssisində 20 mindən çox uşaq təhsil alır. Başa vurduğumuz ildə Səbail rayonunda 1 yeni orta məktəb və 1 yeni uşaq bağçası, 2 məktəb üçün əlavə korpus tikilmiş, 3 məktəb və 2 uşaq bağçası əsaslı təmir olunmuşdur.
Uşaqların hərtərəfli inkişafının daha da yüksəldilməsi üçün Səbail rayonunda fəaliyyət göstərən 3 uşaq musiqi məktəbi,1 Texniki Yaradıcılıq, 1 Uşaq Yaradıcılıq Mərkəzləri, 1 Uşaq Gənclər Şahmat, 1 Uşaq Gənclər İdman, 1 idman gimnastiya məktəbi, Uşaq və gənclər Sarayı və s. pedaqoci kollektivləri tərəfindən böyük işlər görülür, aparılan işlər orta məktəblərlə əlaqəli həyata keçirilirir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni – 2013-cü il il münasibəti ilə Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı, imkansız ailələrin uşaqları, eləcə də müxtəlif uşaq evlərində tərbiyə olunan, həmçinin Daun Sindromlu Şəxslərin Assosiasiyası və UAFA əlil uşaqlar təşkilatının üzvləri – ümumilikdə 200-dən çox uşaq üçün «Park Bulvar» Ticarət və İstirahət Mərkəzində bayram tədbiri təşkil olunmuşdur. Bayramsayağı, rəngbərənc şarlar, girlyanda və serpantinlərlə, müxtəlif bəzək elementləri ilə bəzədilmiş oyun zallarında şən və yaddaqalan əyləncələr üçün bütün şərait yaradılmışdır. Tədbir çərçivəsində əvvəlcə uşaqlar «Park Bulvar»dakı atraksion və əyləncə yerlərində pulsuz olaraq əylənmişlər.
«Park Sinema» kino zalında keçirilən tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramova uşaqları salamlamış, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibəti ilə təbrik etmişdir. O, qeyd etmişdir ki, xalqımızın gələcəyi olan uşaqlar hər zaman ölkə rəhbərliyinin diqqətində olmuşlar. Xalidə Bayramova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uşaqların sağlam və vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işlərdən, təhsilə olan diqqət və qayğıdan, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın geniş fəaliyyətindən danışılmış, Səbail rayonunda bu istiqamətdə görülən işlər barədə məlumat verilmişdir.
Tədbirdə uşaqlara yeni il hədiyyələri, müxtəlif şirniyyat və meyvə şirələri paylanmış, «Qar Kraliçası» multipliyasiya filmi nümayiş etdirilmişdir.
Uşaqların yaddaşında qalacaq bu gözəl tədbirin təşkilinə görə uşaqların valideynləri öz razılıqlarını bildirmişlər.