Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda sakinlərlə görüş keçirilmişdir

02 iyun 2017 | 16:00

Səbail rayonunda  Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən «Əhali ilə aktiv gürüşlər aylığı» çərçivəsində növbəti tədbir keçirilmişdir. Bu görüşün də əsas məqsədi sakinlərə Azərbaycan Respublikasının Prezildenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən irimiqyaslı quruculuq işləri, xalq təsərrüfatının bütün sahələrində əldə olunan nailiyyətlər, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiyilən tədbirlər, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlər və ölkədə keçirilən beynəlxalq tədbir və idman yarışları haqqında, həmçinin bu işlər çərçivəsində Səbail rayonunda həyata keçirilən sosial layihələr və görülən işlər barədə geniş məlumat vermək, vətəndaşların müraciətlərini dinləmək, irəli sürülən təklif və arzuların həyata keçirilməsidir.
Aylıq çərçivəsində Səbail RİH-nin Azərbaycan Respublikasının Prezildenti yanında Bilik Fondu ilə birgə təşkil etdiyi növbəti görüş 132-134 saylı Təhsil Kompleksində mərkəz ərazidə yaşayan sakinlər, buradakı idarə, təşkilat və müəssisələrin,  ağsaqqallar və gənclərin nümayəndələrinin, bələdiyyə üzvlərinin və təsərrüfat xidmətlərinin nümayəndələrinin  iştirakı ilə keçirilmişdir.
Açıq mikrofon formatında təşkil olunmuş görüşü açıq elan edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və gördüyü işlər nəticəsində ölkədə bütün sahələrdə əldə olunmuş müvəffəqiyyətlər barədə danışmış qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən  Səbail rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir.
Tədbirdə çıxış edən tanınmış alimlər, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini,  YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elmlər doktoru Aydın Mirzəzadə, 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova və başqaları son illərdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində xalq təsərrüfatının bütün sahələrindəki əldə olunan sosial-iqtisadi inkişafdan,  əhalinin sosial vəziyətinin yüksəldilməsinə və regionların inkişafına və tikinti sektorunun inkişafına yönəldilən tədbirlərdən, olkədə keçirilən beynəlxalq miqyaslı  tədbir və idman yarışlarından danışmışlar.
Sakinlər çıxışlarında onları narahat edən məsələlərə toxunmuş, ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənərək ona minnətdarlıq bildirilmişdir. 

Keçidlər