6 saylı məktəb-liseyin şagirdləri: «Cənab Prezident – biz Sizinlə fəxr edirik»
Azərbaycan xalqının Milli Qurtuluş günü münasibəti ilə Səbail rayonundakı 6 saylı məktəb-liseydə şagirdlər tərəfindən hazırlanmış konfrans keçirilmişdir.
Əvvəlcə Milli Qurtuluş gününə həsr olunmuş «Tarixin şanlı səhifələri» adlı film nümayiş olundu.
Konfransı açıq elan edən 6 saylı məktəb-liseyin direktoru, əməkdar müəllim Gülşən Orucova qonaqları və tədbir iştirakçılarını salamladı, Milli Qurtuluş gününün tarixindən danışaraq qeyd etdi ki, 1993-cü ilin iyun ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Məktəbin tarix müəllimi Elmin İmanov Milli Qurtuluş günü ilə bağlı geniş məruzə ilə çıxış etdi.
İştirakçılara sual-cavab formatında hazırlanan konfransda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, məhz həmin dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti və səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bildi. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirmiş, Azərbaycan daha da möhkəmlənmiş və qüdrətlənmişdir.
Çox böyük bir xöşbəxtlikdir ki, bu gün ölkəmizin başında ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev durub və bu gün İlham Əliyev həqiqətən ən yeni tarixin parlaq şəxsiyyətidir.
Məktəbin şagirdləri həmin illərdə baş verən hadisələr, ulu öndərin Azərbaycanı parçalanmaqdan xilasına yönələn işlərdən, həmçinin Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin bu gün yürütdüyü siyasət və gördüyü işlər, ölkədəki müsbət dəyişikliklərlə bağlı Eldar Əzizova çoxsaylı suallar verərək bir İcra başçısı və həm də 6 saylı məktəbin məzunu kimi onlara münasıbət bildirməyini xahiş etmişlər.
Sonda məktəbin pedaqoji kollektivi və şagirdləri adından ölkə başçısına müraciət qəbul edildi. Müraciətdə məktəblilər Azərbaycandakı inkişaf və tərəqqi, əmin-aman şəraitə görə ölkə Prezidenti, bu məktəbin məzunu cənab İlham Əliyevlə fəxr etdiklərini bəyan etmişlər.