Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində sakinlərlə görüş keçirilib

12 iyun 2017 | 16:00

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonda keçirilən «Əhali ilə aktiv gürüşlər aylığı» davam edir. Aylıq çərçivəsindəki növbəti görüş rayonun günbəgün böyüyüb inkişaf edən Badamdar qəsəbəsində baş tutmuşdur. Rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, təsərrüfat və digər xidmətlərin rəhbərlərinin, idarə və təşkilatların, təhsil və səhiyyə müəssisələrinin, gənclərin və ictimaiyyət nümayəndələrinin, qəsəbə ağsaqqalları və din xadimlərimlərinin iştrakı ilə 236 saylı orta məktəbdə ənənəvi olaraq açıq mikrofon formatında keçirilən görüşü Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açaraq sakinləri salamlamış, görüşün əsas məqsədinin Azərbaycan Respublikasının Prezildenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən irimiqyaslı quruculuq-abadlıq işləri, əldə olunan nailiyyətlər, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiyilən tədbirlər, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlər və ölkədə keçirilən beynəlxalq tədbir və idman yarışları barədə əhaliyə ətraflı məlumat vermək və həmçinin qəsəbə sakinlərinin müraciətlərinin dinlənilməsi, istək və təkliflərinin yaxından öyrənilməsi olduğunu bildirmiş, eyni zamanda ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da Azərbaycanın inkişafı və dünyada tanınmasındakı rolundan danışılmışdır.

Eldar Əzizov Prezident İlham Əliyevin tapşırıq və sərəncamlaına əsasən rayonda və o cümlədən Badamdar qəsəbəsində görülən abadlıq-quruculuq işləri  barədə ətraflı məlumat vermiş, qeyd etmişdir ki,   çox böyük bir xöşbəxtlikdir ki, bu gün ölkəmizin başında ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev durub və bu gün İlham Əliyev həqiqətən ən yeni tarixin parlaq şəxsiyyətidir.

Tədbirdə çıxış edən Badamdar qəsəbə nümayəndəsi Zaur Əliyev, qəsəbə sakinləri  - Baba Bayramov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin İçəri şəhər üzrə səlahiyyətli nümayəndəsi, «Cümə məscidi» dini icmasının  sədri, axund hacı Surxay Məmmədli, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Rüfət Gülalıyev və başqaları son illərdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində əldə olunan sosial-iqtisadi inkişafdan, mövcud sabitlik və əmin-amanliqdan, bunun nəticəsi kimi ölkəyə gələn turistlərin sayının artmasından, əhalinin sosial vəziyətinin yüksəldilməsinə və ölkəmizin inkişafına yönəldilən tədbirlərdən, respublikada keçirilən beynəlxalq miqyaslı  tədbir və idman yarışlarından danışmışlar.

Görüşdə 30-a yaxın sakinin zalda quraşdırılmış mikrofonlar vasitəsi ilə təbii qaz, içməli su təchizatı, yolların vəziyyəti, məşğulluq, məktəbəqədər təhsil müəssisələri, qəsəbədə fərdi və çoxmərtəbəli evlərin tikintisi, sosial müdafiə, «Abad məhəllə» layihəsinin davam etdirilməsi və s. məsələlərlə bağlı verdikləri sualları dinlənilmiş, sualları ətraflı cavablandıran icra başçısı əhalinin problemlərinin həlli və sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq  geniş müzakirələr aparmışdır. Qeyd olunmuşdur ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə imkan verir.

Sakinlər də öz növbəsində rayon ərazisində gedən genişmiqyaslı abadlıq və quruculuq işlərinə, ölkədə yaradılan sabitlik və inkişafa  görə olkə rəhbərinə öz təşəkkürlərini bildirmişlər.

 

 

 

 

 

 

 

 

Keçidlər