Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda «20 Yanvar» cəmiyyəti üçün yeni qərargah istifadəyə verilmiş və faciəsinin ildönümü anılmışdır

19 yanvar 2013 | 16:00

20 Yanvar faciəsindən artıq iyirmi üç il ötür. Xalqımızın qan yaddaşına yazırmış bu tarixi faciə ölkəmizin hər yerində olduğu kimi paytaxtımızın Səbail rayonunun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində geniş qeyd olunur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin «20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında» sərəncamı əsasınnda Səbail rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanmış və faciənin 23 illiyinin geniş şəkildə qeyd olunması nəzərdə tutulmuşdur. Rayonun ali və orta təhsil müəssisələrində tədbirlər keçirilmişdir. Faciənin ildönümü ərəfəsində rayondakı muzey və sərgi salonlarında foto sərgilər təşkil olunmuş, orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar foto stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilir, divar qəzetləri buraxılmışdır. Hər bir məktəbdə anım mərasimləri, yığıncaqlar, toplantılar keçirilir, şagird və tələbələrin «Şəhidlər Xiyabanı»na ziyarəti təşkil olunur. Yanvar ayının 17-18-də rayondakı bütün orta məktəblərdə keçirilən birinci dərslər Qanlı Yanvar faciəsinə həsr edilmişdir.
Ölkə başçısının tapşırıqlarına əsasən xalqımızın inanc yeri olan «Şəhidlər Xiyabanı» Kompleksinin bir hissəsində aparılan əsaslı təmir-yenidənqurma işləri ilə əlaqədar burada yerləşən, təbii faktorlardan yararsız hala düşmək təhlükəsi yaranmış «20 Yanvar» cəmiyyəti və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin qərərgahlarının yerində möhkəmləndirmə və ərazinin yeni layihə əsasında yenidənqurulması işləri aparıldığı üçün başqa yerə köçürülməsi zərurəti yaranmışdır. Bununla əlaqədar yeni lahiyə hazırlanaraq ictimai təşkilatlar və eləcə də Xiyabana xidmət göstərən ayrı-ayrı xidmətlərinin işçiləri üçün yeni inzibati bina inşa olunmuş, Səbail rayon İcra Hakimiyyəti tərəfindən bura hər cür lazımi ləvazimat və avadanlıqlarla təchiz olunmuşdur. İctimai təşkilatların xidməti otaqlarında tərtibat işləri görülmüş və faciənin ildönümü ərəfəsində Xiyaban Kompleksindəki ictimai təşkilatlar üçün nəzərdə tutulmuş bina istifadəyə verilmişdir.
Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon rəhbərliyi, rayonun ictimai təşkilatlarının, Sosial Müdafiə Fondu, «20 Yanvar» cəmiyyəti və Veteran Təşkilatları Şurasının nümayənlərinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə məhz bu yeni inzibati binada görüş keçirilmişdir. Görüş torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etmişdir ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunmuşdur. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Ümummilli Liderimiz Heydər Əliyev hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməmişdir. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. Natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman diqqət mərkəzində olduğu, onlara verilən təqaüd və müavinətlərin artırıldığı və bu artımın gələcəkdə də davam olunacağı qeyd edilmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanmışdır.
Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilmiş və ərzaq bağlamaları təqdim olunmuşdur.
Tədbirdə qeyd olunmuşdur ki, yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçəri şəhərdəki «Cümə məscidi»ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcəkdir.
 

Keçidlər