Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Sülh Günü münasibətilə aksiya keçirilib

21 sentyabr 2017 | 16:00

İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində təşkil olunan tədbirdə təhsil ocağının şagird və müəllimləri, Respublika Veteranlar Təşkilatının, Təhsil Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə məktəbin direktoru, Əməkdar Müəllim Faina Ələkbərova, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev, İkinci Dünya müharibəsi veteranı Aleksandr Qritçenko  çıxış ediblər.
Çıxışlarda Beynəlxalq Sülh Gününün ölkəmizdə geniş qeyd olunmasının əhəmiyyətindən, Azərbaycan dövlətinin sülhsevər siyasətindən, xalqımızın zorla müharibəyə cəlb edilməsinə baxmayaraq, ölkəmizin tolerant, daim sülh tərəfdarı olmasından danışılıb. Qeyd edilib bu gün, həmçinin bütün məktəblərdə sülh dərsləri, müxtəlif müsabiqələr keçirilib.
Bildirilib ki, İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbəyə mühüm töhfələr verən Azərbaycan bu beynəlxalq aksiyada fəal iştirak edir. Azərbaycan faşizm üzərində Qələbənin əldə edilməsinə çox böyük töhfələr verib. Azərbaycandan 700 minə yaxın insan müharibədə iştirak edib, onlardan 300 mini həlak olub. 123 nəfər ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu, Azərbaycan xalqının qəhrəmanlığının bariz nümunəsidir.
Qeyd olunub ki, Beynəlxalq Sülh Günü münasibətilə keçirilən tədbirlər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazisinin 20 faizinin işğal edilməsi faktının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımın böyük əhəmiyyət daşıyır. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu müqəddəs işə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız öz töhfələrini verməlidirlər.
Sonra təhsil ocağının şagirdləri İkinci Dünya, Qarabağ və digər müharibələrdə həlak olmuş, itkin düşmüş azərbaycanlıların xatirəsinə ehtiram əlaməti olaraq əllərində tutduqları şarları havaya buraxıblar.
Həmin gün məktəbin nümayəndələri, veteranlar dünyanın 60-dan çox ölkəsinin təmsilçilərinin qoşulduğu videokonfransda iştirak ediblər. Videokonfransda Azərbaycanın dünyada sülhün bərqərar olması istiqamətində dəyişməz mövqeyi və xalqımızın sülh, əmin-amanlıq istəyi bir daha bəyan olunub.

Keçidlər