Səbail RİH-də yanğın təhlükəsizliyinin təmin edilməsində maarifləndirmə işinin əhəmiyyətinə həsr olunan müşavirə keçirilib
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev rayonda yanğın təhlükəsizliyinin təmin olunması və bu sahədə mövcud problemlərin həlli istiqamətində görülən işlərdən danışıb.
Bakı Regional Mərkəzinin nümayəndəsi paytaxtda ötən il və cari ildə baş vermiş yanğınların müqayisəli statistikasını iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılması yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında məruzələr dinlənilib. Çıxışlarda yanğınların başvermə səbəbləri barədə danışılıb, tövsiyələr verilib.
Rayonun Enerji Təchizatı və Satışı İdarəsinin, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Təcili və təxirəsalınmaz yardım stansiyasının əməkdaşları müvafiq olaraq “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar ediblər.
FHN Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov yanğın təhlükəsizliyinin təmin edilməsində maarifləndirmə və təbliğat işinin əhəmiyyətini vurğulayıb.
Müşavirənin gedişində məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub.