Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2012-ci ilin yekunlarına dair hesabatı

29 yanvar 2013 | 16:00

Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının
2012-ci ilin yekunlarına dair
H E S A B A T I

Azərbaycan sosial-iqtisadi proqramlar əsasında müəyyənləşdirilən dinamik inkişafı, diqqətçəkən uğurları ilə daha bir tarixə imza atdı. Milli maraqları əks etdirən, ümumi inkişaf strategiyasına uyğun təkmilləşən bu siyasət nəticəsində ölkəmizdə dövlət quruculuğunun hüquqi əsasları, demokratik idarəçilik mexanizmləri, bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu. Beynəlxalq münasibətlər müstəvisində böyük nüfuz və etimad qazanan, dünya birliyində mövqeləri möhkəmlənən respublikamız qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiqliyi ilə də fərqlənir.
“Reallıq ondan ibarətdir ki, Azərbaycan müstəqil, müasir, dünyəvi, dinamik inkişaf edən sosial dövlətdir.” Bizim iqtisadi, sosial göstəricilərimiz Prezident İlham Əliyevin bu sözlərinin təsdiqidir.
İqtisadi sahədə ən mötəbər “Beyin mərkəzi” olan Dünya İqtisadi Forumunun hesabatında ölkələrin rəqabət qabiliyyətinə görə Azərbaycan 46-cı, MDB məkanında isə birinci yerdədir. Ən nüfuzlu beynəlxalq agentliklərdən olan “Fitsh”, “Standart & Poor’s”, “Moody’s” davamlı olaraq ölkəmizin kredit reytinqini artırırlar.
Azərbaycan xalqının Ümummmilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın inkişaf strategiyası son illərdə daha da təkmilləşir, dövlət başçısı İlham Əliyevin qətiyyəti ilə uğurla davam etdirilir.
“Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin reallaşması ilə dünyanın enerji təhlükəsizliyində başlıca tərəfdaş kimi etimadı doğruldan Azərbaycan siyasi, iqtisadi əlaqələrini genişləndirməklə bölgədə və dünya birliyində nufuzunu artırır. Dünya enerji bazarında 7 neft-qaz kəməri ilə təmsil olunan Azərbaycan daha böyük imkanlara malik olduğunu maraqlı təşəbbüs və təklifləri ilə diqqətə çatdırır. Ötən ilin ən mühüm hadisələrindən olan və Türkiyə ilə Azərbaycanın birgə layihəsi kimi maraq doğuran TANAP-ın çəkilməsi ilə bağlı sənədlərin imzalanması ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirməklə enerji bazarında rolunu artırır. Azərbaycanın qaz resursları Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün vacib rol oynayır.
“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərman imzalamaqla bu dinamikanın konturlarını müəyyənləşdirən Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbulu ilə tikinti, abadlıq, quruculuq işlərinin, infrastruktur layihələrinin coğrafiyasını genişləndirdi.
Başlıca tələb və tövsiyə bölgələrin, hər bir kəndin, şəhərin, qəsəbənin sosial-iqtisadi inkişafını sürətləndirməklə bütünlükdə Azərbaycanı qüdrətli dövlətlər səviyyəsinə qaldırmaqdır. Paytaxtın və regionların abadlığı, yenidənqurulması naminə qəbul olunmuş 60-a yaxın Dövlət Proqramının həyata keçirilməsi ilə bütün sahələrdə titanik inkişafa nail olundu. Nəticə isə göz qabağındadır. Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizinin Azərbaycanın payına düşməsi inkişafımızın ən real göstəricisidir.
İqtisadiyyatımızın inkişafı üçün həlledici amil olan neft strategiyasının tətbiqi və davam etdirilməsi ilə Azərbaycanın tarixində ilk dəfə neft hasilatı ildə 50 milyon tona, qaz hasilatı 30 milyard kubmetrə çatdırıldı. Bölgələrin inkişafı üçün başlıca mərhələ olan və bazar iqtisadiyyatı prinsiplərinə uyğun təkmilləşdirilən sahibkarlığın genişləndirilməsi, özəl bölməyə maddi, hüquqi dəstəyin artırılması ilə 1 milyon 200 min yeni iş yeri yarandı, insanların məşğulluqla təminatına dövlət siyasətinin əsas amili kimi diqqət yetirildi. İnkişaf etmiş İtaliya, Yunanıstan, Portuqaliya, İspaniyanın ciddi iqtisadi sınaqlarla üz-üzə dayandığı son illərdə Azərbaycanda dinamik inkişaf davam etdirilir. Ölkənin strateji valyuta ehtiyatları 25 dəfə artırılaraq 46, dövlət büdcəsi isə 17 dəfə artırılaraq 25 milyard dollara çatdırılır. Belə maddi imkanların mövcudluğu ilə Azərbaycan investisiya ayıran ölkə imicini qoruyur.
Belə təmələ əsaslanan uğurların gələcəkdə daha önəmli göstəricilərlə davam etdirilməsi isə başlıca hədəflərdəndir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbulu ilə qarşıdakı 10 ildə ÜDM-i daha iki dəfə artırmağı qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin vurğuladığı kimi məqsəd Azərbaycanı daha da gücləndirməkdir: “Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, hədəfimiz inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır.”
Təsdiqlənən dövlət büdcəsindən sosialyönümlü xərclərin hər il 20 % artması Azərbaycanın kifayət qədər güclü potensiala malik olduğunu göstərir. Qeyd edildiyi kimi, Azərbaycanda insan bütün inkişafın həm məqsədi, həm də hərəkətverici qüvvəsidir.
2012-ci ildə ölkədə əldə olunan iqtisadi tərəqqi, uğurlar və həyata keçirilən böyük işlərin nəticələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvar ayının 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında geniş şəkildə müzakirə olunaraq qeyd olunmuşdur ki, 2012-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla icra olunmuşdur. Bütün istiqamətlər üzrə qarşıya qoyulmuş vəzifələr həyata keçmişdir.
Düşünülmüş siyasətə əsaslanan islahatların tətbiqi ilə əhalinin məşğulluğu 95, işsizlik 5,2, yoxsulluq 6 % təşkil edir. Belə ki, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluq səviyyəsinə malik 20 ölkədən biridir. Dünya Bankının məlumatında qeyd olunduğu kimi, milli gəlirin ədalətli bölünməsi üzrə ölkəmiz 110 ölkəni qabaqlayır. İqtisadi, sosial islahatların aparılmasını başlıca tələb kimi qarşıya qoyan Prezident İlham Əliyevin “ölkədə bir nəfər də olsun yoxsul qalmamalıdır” tələbi insan amilinə verilən dəyərdir. İqtisadi kapitalın insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən islahatlar uğurla nəticələnir. Yaranan maliyyə imkanları nəticəsində ölkə üzrə davamlı olaraq həyata keçirilən əməkhaqqı siyasətində də uğurlu göstəricilər qazanılıb. 2012-ci ildə Ümumi daxili məhsul 2,2 % artmış, qeyri-neft sektorunda artım 9,7 %, kənd təsərrüfatında 6 % olmuşdur.
İl ərzində əhalinin pul gəlirləri 13,8 % artmış, inflyasiya cəmi 1,1 % həcmində olmuşdur. Yəni inflyasiya ilə pul gəlirlərinin artması arasında fərq 10 %-dən çox olmuşdur. Respublikada orta əmək haqqı 500, orta pensiyanın həcmi 200 dollara bərabərdir. Pensiyalar əmək haqqının 40 %-i təşkil edir. Ötən il ərzində 117 min yeni iş yeri açılmışdır ki, bunun da 93 mini daimidir.
Keçən il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə 300 milyon manat vəsait ayrılmış və 20 mindən çox məcburi köçkün yeni mənzil və evlərlə təmin olunmuşdur.
Əhalinin sovetlər dövründən qalma əmanətlərinin qaytarılması, təbii fəlakətlərin nəticələrinin respublikanın daxili imkanları hesabına aradan qaldırılması insanların sosial müdafiəsinə yönəlmiş diqqətin nümunəsidir. Təkcə ötən ildə 188 məktəb və əlavə korpuslar tikilmiş, 103 təhsil ocağı əsaslı təmir olunmuşdur. Bölgələrdə 35 Regional Olimpiya Mərkəzi fəaliyyət göstərir. Ona yaxın Olimpiya İdman Kompleksi isə tikilməkdədir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbulu, Gənclər Fondunun təsis olunması, gənclərin təşkilatçılığı ilə çoxsaylı beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin keçirilməsi, gənc ailələrə ipoteka kreditlərinin verilməsi ölkə əhalisi arasında çoxluq təşkil edən yeni nəslə qayğının ifadəsidir.
İqtisadi, sosial sahələrdə olduğu kimi Azərbaycanın diplomatiyada qazandığı uğurlar da az deyil. Dünya birliyinin bir üzvü kimi təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda sülhün, sabitliyin qorunması tərəfdarı kimi tanınan ölkəmiz beynəlxalq terrorizmlə mübarizə koalisiyasina qoşulmaqla mövqeyinə sadiqliyini təsdiqlədi. Şərqi Avropa qrupundan ən nüfuzlu təşkilat olan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 155 səs ilə seçilməsi Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə yazıldı. BMT TŞ-də təmsil olunmaqla MDB ölkələrindən yeganə olaraq Azərbaycan ötən il Meksikada keçirilən “Böyük iyirmiliyin” (G-20) üzvü olan ölkələrin Xarici İşlər Nazirlərinin işçi toplantısına dəvət olundu. İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının üzvüdür. Seulda keçirilən nüvə təhlükəsizliyinə qarşı mübarizəyə həsr olunmuş sammitdə, NATO-nun Çikaqo zirvə toplantısında Prezident İlham Əliyevin məntiqli çıxışı maraqla qarşılandı. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə dövlət siyasətini, milli maraqlarımızı ifadə edən layihələr həyata keçirilir. Azərbaycanın 70-dən artıq ölkədə diplomatik nümayəndəliyi fəaliyyət göstərir.
Ötən il ölkəmizdə keçirilən müxtəlif istiqamətli beynəlxalq təşkilatlara ev sahibliyi edən Azərbaycan iqtisadi inkişafı və təbii gözəlliyi ilə qonaqları valeh etdi. “Eurovision-2012” ölkəmizin artan nüfuzuna əlavə dəyərlər qazandırdı. İkinci Bakı Beynəlxalq Humanitar Forumunda, Krans Montana konfransında təmsil olunan ölkələrin nümayəndələri Bakını ecazkar aləm kimi dəyərləndirdilər. 2012-ci ildə Bakıda və bölgələrdə keçirilən Mədəniyyətlərarası Dialoq, Dünya Bankının Azərbaycan üzrə II İqtisadi Siyasət, “Rusiya-Azərbaycan dialoqu-2012” III Rusiya-Azərbaycan Regionlararası Forumlarına, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasına, din və dövlət mövzusunda beynəlxalq konfransa, Qəbələdə beynəlxalq musiqi festivalına, İKT-nin inkişafına dair tədbirlərə ev sahibliyi edən Azərbaycan bir daha göstərdi ki, ölkəmiz Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məslələrinin müzakirə olunduğu geosiyasi əhəmiyyətli mərkəzdir.
Keçən il ərzində ölkəmizin hərbi qüdrətinin artırılması istiqamətində də mühüm işlər həyata keçirilmişdir. Azərbaycan Ordusu Cənubi Qafqazın ən böyük qüvvəsidir. 2012-ci ildə böyük miqdarda hərbi texnika alınmış, eyni zamanda, daxildə hərbi təyinatlı məhsulların istehsalı təşkil edilmişdir. Bu il büdcədə hərbi sahəyə ayrılan xərclər 3,7 milyard dollar səviyyəsindədir ki, bu Ermənistan büdcəsindən 50 faiz çoxdur və bundan sonra da bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparılacaqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapsın, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.
Müstəqillik illərində ölkəmizin uğurları ilə hər bir Azərbaycanlı fəxr edə bilər. Bu uğurlar arasında böyük məna daşıyan – ilk Azərbaycan peykinin kosmosa buraxılması olacaqdır. Ölkə başçısı İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə olunmuş nailiyyətləri nəzərə alaraq 2013-cü ili - «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan etmişdir.
Azərbaycanın uğurlarına nəzər saldıqca görürük ki, dünyanın heç bir ölkəsində respublikamızın qazandığı uğurlarla müqayisə olunacaq inkişaf qeydə alınmayıb. Qətiyyəti, siyasi iradəsi ilə nümunə olan Prezident İlham Əliyevin sözləri daxili və xarici bədxahlarımıza ən tutarlı cavabdır: “Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Bu maraqları təmin etmək üçün biz mübarizəmizi aparırıq və aparacağıq.”
Ötən 2012-ci il ərzində Səbail rayonu ərazisində böyük quruculuq və abadlıq işləri həyata keçirilmişdir. İlin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmiş, həmin obyektlərin açılışında və tikinti işlərinin gedişatı ilə tanışlıq mərasimlərində ölkə başçısı şəxsən iştirak etmişdir.
Yanvar ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanına qədər olan hissəsinin tikintisi, yeni bulvarın salınması ilə bağlı görülən işlər, Dövlət Bayrağı Meydanı və onun ətrafında həyata keçirilən tədbirlərlə tanış olmuşlar.
Tanışlıq zamanı Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanına qədər olan hissəsinin tikintisi layihəsinin icrası ilə bağlı görülən işlər barədə dövlətimizin başçısına məlumat verilmişdir. Burada müasir standartlara cavab verən 8 zolaqdan ibarət yüksək səviyyəli yolun inşa olunduğu qeyd olunmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanında və onun ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış olmuşlar.
Ölkə başçısı və xanımı ərazidə inşa olunan yeni İdman-Konsert Kompleksinin tikintisinə də baxmış, sonra Prezident İlham Əliyev həyata keçirilən tədbirlərlə bağlı icraçılara müvafiq tapşırıqlar verilmişdir.
Fevral ayının 26-da Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Bakıda 85 mindən çox insanın iştirakı ilə ümumxalq yürüşü keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yürüşdə iştirak etmişdir.
Yürüş iştirakçıları paytaxtın «Azadlıq» meydanından Xocalı soyqırımının qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkət etmişlər.
Tədbirdə Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyaraq, faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.
Mart ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev «Bakıelektrikşəbəkə» ASC-nin «İçərişəhər» yarımstansiyasının açılış mərasimində iştirak etmişdir.
Mərasimdə qeyd olunmuşdur ki, «İçərişəhər» yarımstansiyası «Müşviq-Xırdalan» sistem yarımstansiyaları arasında yaradılmış 110 kilovoltluq iki şüalı, Bakı I Dairəvi elektrik sxeminin tərkib hissəsidir. «İçərişəhər» yarımstansiyası şəhərin mərkəzi hissələrini, yarımstansiyanın ətrafındakı obyektlərin, yaşayış sahələrinin enerci təchizatını təmin etməklə yanaşı, həm də dairəvi sxemin yaradılmasında texniki əhəmiyyət kəsb edən və hazırda uğurla istismar olunan güc yarımstansiyasıdır. Dövlət başçısı 40 meqavatlıq transformatoru işə salmışdır.
Mart ayının 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Qız qalasının qarşısındakı meydanda keçirilən Novruz şənliklərində iştirak etmişlər. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırmış və bayram şənliyində geniş nitq söyləyərək xalqımızı bayram münasibəti ilə təbrik etmişdir. Sonra Azərbaycan Prezidenti və xanımı Dənizkənarı Milli Parkda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışlarına baxmışlar. Milli Parkda təşkil edilən «Şərq bazarı»nda ölkəmizin müxtəlif bölgələrində hazırlanmış sənətkarlıq nümunələri nümayiş olunmuşdu. Burada dövlətimizin başçısı və xanımına hədiyyələr təqdim edilmiş, ölkəmizin başçısı və xanımı Azərbaycanda yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış olmuşlar. Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə davam etmişdir.
Aprel ayının 1-də Azərbaycan Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda beşulduzlu «CW Mariott Abşeron» otelinin açılışında iştirak etmişlər. Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsmiş və oteldə yaradılmış şəraitlə tanış olmuşlar.
Tədbirdə qeyd olunmuşdur ki, köhnə «Abşeron» mehmanxanasının yerində tikilən yeni «CW Mariott Abşeron» oteli dünya şöhrətli «Mariott İnternational» şirkətinin ölkəmizdəki ilk otelidir. Bakıda beynəlxalq səviyyəli bu cür otellərin tikilməsi ölkəmizdə turizmin inkişafının istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricisidir. Prezident İlham Əliyev otelin işçiləri ilə görüşmüş, sonda xatirə şəkli çəkilmişdir.
Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanı, onun ətrafında görülən abadlıq, quruculuq tədbirləri və İdman-Konsert Kompleksində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olmuşlar.
Dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat verilmiş, qeyd olunmuşdur ki, Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanınadək hissəsi 8 zolaqdan ibarət olacaq və ən müasir standartlara cavab verəcəkdir. Burada rahat gediş-gəlişi təmin etmək məqsədilə yol boyu piyada keçidlərinin inşa olunacağı nəzərdə tutulmuşdur.
Ərazidə inşa olunan İdman-Konsert Kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev həyata keçirilən tədbirlərlə bağlı müvafiq tapşırıqlarını vermişdir.
Aprelin 25-də ölkə başçısı cənab İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin, Bakı Funikulyorunun əsaslı şəkildə yenidən qurulması, Dağüstü Parkda İstiqlal müzeyinin inşası və Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə bağlı həyata keçirilən işlərin gedişatı ilə tanış olmuşdur.
Prezident İlham Əliyev əvvəlcə iki dəfə Sovet İttifaq Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin təmiri, sonra Bakı Funikulyorunun «Şəhidlər Xiyabanı» stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişatı ilə tanış oldu. Yeni Funikulyorun müasir standartlara uyğun layihə əsasında işlənib hazırlandığı qeyd edildi. Dövlətimizin başçısı Bakı Funikulyorunun «Bəhram Gur» stansiyasında görülən işlərin gedişi ilə də yaxından tanış olmuş və funikulyorun ətraf ərazilərində də abadlıq işlərinin aparılması ilə bağlı göstərişlər vermişdir.
Dövlətimizin başçısı Dağüstü parkda inşa olunan İstiqlal muzeyinin tikinti işlərinin gedişi ilə də maraqlanmış, Dağüstü parkdan Dənizkənarı Milli Parkın ərazisinə baxaraq müvafiq tapşırıqlarını vermişdir.
May ayının 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva «Hilton-Baku» otelinin qarşısındakı parkın abadlıq və quruculuq işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşlar. Ölkə başçısına məlumat verilmişdir ki, 7800 kvadrat metr ərazisi olan parkın 5700 kvadrat metr hissəsinə qranit daşlar döşənmiş, burada böyük fəvvarələr kompleksi quraşdırılmış, İtaliyadan gətirilmiş maqnoliya və şaxtaya davamlı palma ağacları əkilmiş, 2010 kvadrat metr ərazisi yaşıllaşdırılmışdır. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsində qurulmuşdur.
May ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 67-ci ildönümü münasibəti ilə Dağüstü parkda təntənəli mərasimdə iştirak etmişdir.
Tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə toplaşmış müharibə veteranları, ictimaiyyətin nümayəndələri, paytaxt sakinlərinin iştirakı ilə keçirilən mərasimdə Prezident İlham Əliyev müharibə veteranları ilə görüşərək onları Qələbə bayramı münasibəti ilə təbrik etmiş, veteranların problemləri, qayğıları ilə maraqlanmışdır. Veteranlar Ümummilli liderimiz Heydər Əliyevin onlara göstərdiyi diqqət və qayğını heç vaxt unutmayacaqlarını xatırlayaraq, Ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirərək onu hər işdə dəstəkləyəcəklərini vurğulamışlar.
May ayının 23-də Azərbaycan Prezident cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva əsaslı təmir və yenidənqurmadan sonra Bakı Funikulyorunun istifadəyə verilməsi mərasimində iştirak etmişlər. Sonra dövlətimizin başçısı və xanımı Azneft döngəsində, Mikayıl Useynov kuçəsində inşa olunmuş yeraltı piyada keçidinin açılışında iştirak etmiş, Dənizkənarı Milli Parkda xüsusi memarlıq üslubunda inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin fasadına baxaraq Dənizkənarı Milli Parkın «Venesiya» adlanan ərazisində həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişi ilə maraqlanmışlar. Daha sonra Azərbaycan Prezidenti və xanımı Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər olan hissəsinə baxaraq Dövlət Bayrağı Meydanının yaxınlığında tikilib istifadəyə verilən yeni iaşə obyektləri ilə də tanış olmuşlar.
Mayın 28-də Azərbaycan Prezident cənab İlham Əliyev Respublika günü münasibəti ilə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir.
Həmin gün Dənizkənarı Milli Parkda ölkə başçısı cənab İlham Əliyevin iştrakı ilə «Kiçik Venesiya şəhərciyi» adlanan ərazi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Qeyd olunmuşdur ki, Dənizkənarı Milli Parkda aparılan abadlıq-quruculuq işləri nəticəsində əsaslı şəkildə yenidən qurulan «Kiçin Venesiya şəhərciyi» burvarın ən gözəl guşələrindən biridir. 1960-cı illərdə salınan şəhərcik Dənizkənarı Milli parka gələnlər üçün sevimli istirahət yeri olmuşdur.
Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən, şəhərcik ən müasir tələblər səviyyəsində yenidən qurulmuşdur. Bura əvvəlki görkəmini saxlamaqla yeni elementlərlə zənginləşdirilmiş, kanallar genişləndirilmiş, dərinləşdirilmiş və su keçidləri ilə birləşdirilmiş, buraya müasir qayıqlar gətirilmişdir.
Əvvəlki ilə müqayisədə daha müasir, maraqlı və xoşagələn olan yeni «Kiçik Venesiya şəhərciyi»nin əsaslı təmirdən sonra istifadəyə verilməsi 28 May – Respublika günü münasibəti ilə Azərbaycan vətəndaşları üçün əsl hədiyyə olmuşdur.
İyun ayının 20-də Bakı şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda geniş nitqlə çıxış edən ölkə başçısı Bakı şəhərinin qəsəbələrinin gələcək sosial-iqtisadi inkişafı istiqamətində müvafiq qurumlar qarşısında bir sıra vəzifələr qoymuşdur.
Konfransdan dərhal sonra Ölkə başçısı cənab İlham Əliyevin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın Əlavə Tədbirlər Planı təsdiq olunmuş və bu plana uyğun olaraq Səbail rayonunda təhsil sahəsi üzrə 6 bənd, Əhalinin təhlükəsizliyi tədbirləri üzrə isə 5 əlavə bənd Dövlət Proqramına salınmışdır.
Belə ki, təhsil sahəsi üzrə 2012-2013-cü illərdə rayondakı 7, 163 saylı orta məktəblərin binalarının, 190 saylı orta məktəbin akt və idman zalının, 157 saylı uşaq bağçasının, «Turac» uşaq bağçasının binalarının əsaslı təmiri, 70 saylı uşaq bağçasının əsaslı təmiri və əlavə musiqi zalı və 3 otağının tikintisi, Əhalinin təhlükəsizlik tədbirləri üzrə 2012-2013-cü illər ərzində Bibiheybət qəsəbəsində və Badamdar qəsəbəsində yanğından mühafizə bölməsinin tikintisi, həmçinin Badamdar qəsəbəsi, 1-ci, 2-ci və 3-cü yaşayış massivlərində hər birinin həcmi 100 kubmetr olan 3 ədəd yanğına qarşı su hovuzlarının tikintisi nəzərdə tutulmuşdur.
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səbail rayonunun Badamdar qəsəbəsində Heydər Əliyev parkının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Dövlətimizin başçısına Badamdar qəsəbəsində görülən işlərlə bağlı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyev Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərlə tanışlıq çərçivəsində Badamdarda olarkən qəsəbə sakinləri buradakı Heydər Əliyev parkının əsaslı şəkildə yenidən qurulması ilə əlaqədar dövlətimizin başçısına müraciət etmişdilər. Prezident İlham Əliyev parkın yenidən qurulması ilə bağlı göstərişlər vermişdi. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq parkda təmir və yenidənqurma işlərinin aparılması məqsədi ilə xüsusi layihə hazırlanmış və yenidənqurma işlərinə başlanmışdır.
Bir hektara yaxın ərazisi olan parkda qısa müddətdə bərpa və yenidənqurma işləri həyata keçirilmiş və burada müasir istirahət kompleksi yaradılmışdır. Parkda 7 min kvadratmetrə yaxın sahəyə daş döşənmiş, işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulmuşdur. Bu istirahət kompleksində geniş yaşıllaşdırma işləri aparılmış, müxtəlif bəzək kolları əkilmiş, 4 min kvadratmetr əraziyə yaşıl ot örtüyü salınmışdır. Parkın mərkəzində Azərbaycanın xəritəsi önündə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ucaldılmışdır. Burada gecə işıqlandırma sistemi ilə təchiz olunmuş müasir fəvvarə kompleksi quraşdırılmışdır. Parkda uşaqların əyləncəsi üçün xüsusi guşə, kütləvi tədbirlərin keçirilməsi və əhalinin istirahətinin təşkili ilə əlaqədar bütün lazımi şərait yaradılmışdır.
Parkda yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını vermişdir.
İyul ayının 5-də Səadət sarayı əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Ölkə əhəmiyyətli tarixi və memarlıq abidəsi olan bu bina uzun illər Bakıda nigah mərasimlərinin keçirildiyi əsas məkan kimi şöhrət tapmışdır. Prezident İlham Əliyevin Bakıda tarixi memarlıq abidələrinin qorunması, paytaxtın simasının müasirləşməsi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində 2007-ci ildə Səadət sarayında da təmir-bərpa və yenidənqurma işlərinə başlanmışdır.
Bildirilmişdir ki, binada ümumi bərpa işləri və interyerin yenidən qurulması fransalı, italiyalı və yerli mütəxəssislər tərəfindən hazırlanmış layihə əsasında həyata keçirilmişdir. Yenidənqurma işləri zamanı binanın interyerində 12 min 500-dən artıq bəzək elementi bərpa olunmuşdur. Döşəmə, divarlar mozaik mərmər və parketlə üzlənmiş, məhəccərlər şəbəkə metaldan hazırlanmışdır.
Beləliklə, yüksək zövqlə və bütün parametrlər nəzərə alınaraq görülən əsaslı yenidənqurma işləri nəticəsində Bakının daha bir memarlıq abidəsinə yeni həyat verilmiş, Səadət sarayının əvvəlki şöhrəti qaytarılmışdır.
Sentyabrın 3-də Bakıda daha bir beşulduzlu otelin - “Four Seasons Hotel Baku”nun açılışı olmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Azərbaycan Prezidenti və xanımı oteldə yaradılmış şəraitlə tanış olmuşlar.
Məlumat verilmişdir ki, nadir memarlıq həlli ilə diqqəti cəlb edən “Four Seasons” otellər şəbəkəsi fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Belə bir beynəlxalq səviyyəli şirkətin Azərbaycanın turizm bazarına maraq göstərməsi ölkəmizdə istər yerli, istərsə də xarici investorlar üçün yaradılan əlverişli sərmayə mühitindən irəli gəlir. Bu, həm də dünyanın inkişaf etmiş ölkələri sırasında yerini möhkəmləndirən Azərbaycanda otel biznesinin genişləndirilməsinə və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük imkanlar açır.
Bildirildi ki, otelin restoranında da qonaqlar üçün hər cür şərait yaradılmışdır. Son dəbdə yaradılan otelin fəaliyyətə başlaması ümumilikdə 350-yə yaxın yeni iş yerinin açılması deməkdir.
Otel kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşərək sonda xatirə şəkli çəkdirilmişdir.
Sentyabrın 4-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsində yeni inşa olunan 329 nömrəli tam orta məktəbin və uşaq bağçasının binaları istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimlərində iştirak etmişdir.
Prezident İlham Əliyev 2011-ci ilin aprelində Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərlə tanışlıq məqsədilə Badamdarda olarkən keçirdiyi görüş zamanı sakinlər burada yeni məktəbə və uşaq bağçasına ehtiyac olduğunu bildirmişdilər. Dövlətimizin başçısı elə həmin gün Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçasının və 880 şagird yerlik ümumtəhsil məktəbi binalarının tikintisinə başlamaq haqqında Sərəncam imzalamışdı. Sərəncama uyğun olaraq dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yeni məktəb və uşaq bağçası binalarının inşasına başlanılmışdı. Prezidentin tapşırıqlarına uyğun olaraq 329 nömrəli tam orta məktəbin yeni binası qısa vaxt ərzində yüksək standartlara uyğun tikilmişdir.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsmiş,
görülən işlərlə bağlı Prezidentə məlumat verilmişdir. Bildirilmişdir ki, 3 əsas mərtəbədən və zirzəmidən ibarət binanın ümumi sahəsi 6 min 581 kvadratmetrdir. Məktəbdə 48 sinif, 4 kompyuter, 3 laboratoriya otağı, tarix, riyaziyyat və hərbi hazırlıq kabinetləri yaradılmışdır. Kompyuter otaqları internet şəbəkəsinə qoşulmuşdur. Burada böyük kitabxana, yeməkxana və bufet, tibb otaqları, idman və kütləvi tədbirlərin keçirilməsi üçün 120 nəfərlik akt zalı yaradılmışdır.
Dövlətimizin başçısı məktəb binasında yaradılan şəraitlə tanışlıqdan sonra qəsəbədə inşa olunan 120 yerlik yeni uşaq bağçasının açılış mərasimində iştirak etmişdir. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsmiş, uşaq bağçasında yaradılan şəraitlə bağlı Prezidentə məlumat verilmişdir. İki mərtəbədən ibarət binada uşaqların təlim-tərbiyəsi üçün bütün lazımi şəraitin yaradıldığı qeyd olundu. Bildirildi ki, ümumi sahəsi 1620 kvadratmetr olan bağça binası qısa müddətdə tikilərək üzlük daşla üzlənmişdir. Bağçada 6 qrup fəaliyyət göstərəcəkdir. Uşaqlar üçün nəzərdə tutulan qrup və yataq otaqlarından başqa böyük və işıqlı yeməkxana, musiqi və idman zalları, tibb və oyun otaqları, mətbəx, yardımçı otaqlar da yaradılmışdır. Bağça binasında müasir istilik sistemi qurularaq qazanxanaya birləşdirilmişdir.
Uşaq bağçasında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını vermişdir.
Sentyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyin binasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Dövlətimizin başçısı məktəbin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxdı.
Görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 5700 kvadratmetr olan üçmərtəbəli məktəb binasının 51 sinif və yardımçı otaqları, idman və akt zalları, dəhlizlər, sanitariya qovşaqları tam təmir edilmiş, üç kompyuter sinfi yaradılmış, təhsil ocağının həyətində 1500 kvadratmetr sahəyə asfalt örtüyü döşənmiş, binanın əvvəlki dam örtüyü təzələnmiş, pilləkən və tutacaqlar yenilənmiş, foyeyə tamet daşlar düzülmüş, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilmişdir.
Ətraf ərazilərdə yaşayan əhalinin sayının artması ilə əlaqədar məktəbin yeni sinif otaqlarına olan tələbatı nəzərə alınaraq təhsil burada 36 əlavə sinif otağı üçün nəzərdə tutulmuş, 660 şagird yerlik, üçmərtəbəli yeni tədris korpusu da inşa olunmuşdur.
Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Meydanında və onun ətrafında görülən abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olmuşdur. Prezident İlham Əliyevə layihə üzrə görülən işlər barədə məlumat verildi. Bakı bulvarının genişləndirilmiş hissəsində paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün ən müasir şəraitin yaradılması istiqamətində işlərin davam etdirildiyi bildirildi. Bakı bulvarının genişləndirilmiş hissəsində həyata keçirilən abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını vermişdir.
Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda, Bülbül prospektində görkəmli opera müğənnisi, SSRİ Xalq Artisti Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışında iştirak etmişdir. Azərbaycan musiqi ictimaiyyətinin tanınmış nümayəndələri və xaricdən gəlmiş qonaqlar dövlətimizin başçısını hərarətlə qarşıladılar. Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoymuş və mərasimdə çıxış etmişdir. Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Xalq Artisti Arif Babayev, Rusiyanın Xalq Artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, fransız sənətkar, müsabiqənin bədii rəhbəri Robert Koerner, görkəmli müğənninin oğlu Polad Bülbüloğlu Azərbaycan musiqi sənətinin inkişafında Bülbülün əvəzsiz xidmətlərindən danışdılar. Polad Bülbüloğlu atasının xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Bülbülün ailə üzvləri adından dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev görkəmli müğənni Bülbülün ailə üzvləri və qonaqlarla xatirə şəkli çəkdirdi, onlarla səmimi söhbət etmişdir.
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyininhərbi hospitalının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsini açmıç, sonra dövlətimizin başçısı hospitalın rəmzi açılışını bildirən lenti kəsərək burada yaradılan şəraitlə tanış olmuşdur. Azərbaycan Prezidentinə məlumat verilmişdir ki, yeni tikilmiş hərbi hospitalda quraşdırılan avadanlıq tibbin ən son nailiyyətlərinə əsaslanır. Müasir texniki baza ilə təchiz olunan hərbi hospitalın istifadəyə verilməsi həm də Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının sosial məsələlərinin həllində mühüm əhəmiyyət daşıyır. Tibb ocağında yaradılan müasir şərait bütün növ ağır cərrahi əməliyyatları aparmağa, müayinə və müalicə işlərini ən yüksək səviyyədə həyata keçirməyə imkan verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Balakən” və “Bərdə” gəmi-bərələrinin istismara verilməsi mərasimində iştirak etmişdir. Dövlətimizin başçısına bildirildi ki, istismara hazır olan gəmi-bərələr ötən ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Yükdaşıma qabiliyyəti 54 vaqon, uzunluğu 155 metr, eni 18 metr olan gəmi-bərənin suya oturumu 4,5 metrdir. Bərələr Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Eyni vaxtda bir neçə növ neft məhsulu daşıya bilən bərələr Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmaqla nəqliyyat donanmamızı daha da zənginləşdirəcəkdir. Prezident İlham Əliyev gəminin texniki parametrləri və imkanları ilə tanış olmuşdur.
Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanı ətrafında görülən abadlıq işlərinin gedişi ilə tanış olmuş və müvafiq tapşırıqlarını vermişdir.
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Azadlıq meydanında tikilən yeraltı avtomobil dayanacağında inşaat işlərinin gedişi ilə tanış olmuşdur.
Dənizkənarı Milli Parkın yenidən qurulması və müasirləşdirilməsi paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının bu istirahət guşəsinə marağını artırmışdır. Burada keçirilən maraqlı tədbirləri izləmək və istirahət etmək üçün avtomobillərlə gələnlərin sayının artması bulvaryanı ərazilərdə tıxaclar və piyadalar üçün təhlükə yaradırdı. Bunları aradan qaldırmaq üçün paytaxtın Azadlıq meydanında yeraltı avtomobil dayanacağı inşa edilir.
Dövlətimizin başçısına məlumat verildi ki, iki minə yaxın avtomobil üçün nəzərdə tutulan bu dayanacaq ikimərtəbəli olacaqdır. Avtomobil dayanacağını fasiləsiz elektrik enercisi ilə təmin etmək üçün ayrıca yarımstansiya quraşdırılmışdır. Layihəyə əsasən, yeraltı dayanacağın 8 giriş-çıxışı olacaqdır ki, bunlardan ikisi avtomobillər, altısı isə piyadalar üçün nəzərdə tutulmuşdur. Dayanacaqda indiyədək 60 min kvadratmetr sahədə inşaat işləri həyata keçirilmişdir.
2012-ci il ölkəmizin mədəni həyatında, onun dünyadakı müsbət imicinin möhkəmlənməsi istiqamətində çox böyük və yaddaqalan bir hadisə baş vermişdir. Azərbaycanın paytaxtı Bakı şəhərində ilk dəfə 57-ci «Avroviziya» mahnı müsabiqəsi keçirilmişdir.
Müsabiqəyə hazırlıqla bağlı rayon ərazisində geniş miqyaslı işlər görülmüşdür. İlk növbədə rayon ərazisindəki Mikayıl Müşviq küçəsində Botanika bağının hasarları yenidən tikilib üzlənmiş, Badamdar şossesi boyunca yeni istinad divarı çəkilmişdir.
Dövlət Bayrağı Meydanı yaxınlığında Almaniya şirkətləri tərəfindən tikilmiş 23 min tamaşaçı yerlik «Baku Cristal Hall»ın ətrafında sürətlə abadlıq quruculuq işləri aparılmış, yol ətrafları abadlaşdırılmış, yeni infrastruktur yaradılmışdır. Bu ərazidən keçən Bakı-Ələt avtomobil yolunun tikintisi davam etdirilərək yolun Bibiheybət məscidi istiqamətində uzanan hissəsinə birləşdirilməsi üzrədir.
Ərazidə həyata keçirilən işlər çəvçivəsində yolun genişlənməsi ərazisində olan fərdi yaşayış evlərində yaşayan sakinlər, yataqxana və digər binalarda məskunlaşmış məcburi köçkün ailələri dövlət tərəfindən ayrılmış müvafiq kompensasiya və ya hər cür şəraiti olan mənzillərlə təmin olunaraq ərazidən köçürülmüşlər.
Beynəlxalq Mahnı müsabiqəsi ərəfəsində Bakı Bulvarı genişləndirilmiş, şəhərimizin simvollarından olan Bakı Funikulyoru əsaslı təmir-yenidənqurmadan sonra istifadəyə verilmiş, Bayraq Meydanına kimi yeni yol çəkilmişdir.
Müsabiqəyə hazırlıq məsələləri, bu istiqamətdə həyata keçirilən işlər ölkə başçısı cənab İlham Əliyev və ölkəmizin birinci xanımı, müsabiqənin keçirilməsi üzrə Dövlət Komissiyasının sədri Mehriban xanım Əliyevanın ciddi nəzarəti altında aparılmışdır. Mütəmadi olaraq görülən işlərlə tanış olan Prezident cənab İham Əliyev müvafiq tapşırıqlarını vermişdir.
İnsanları sülhə və həmrəyliyə çağıran «Öz məşəlini alovlandır!» devizi ilə Bakı şəhərində keçirilən müsabiqənin rəmzi odlu çiçək olmuşdur. On beş gün ərzində Avropanın qəlbi Bakıda döyünmüşdü. Müsabiqə ilə bağlı Bakı şəhərinə gələn 42 ölkənin təmsilçiləri, çoxsaylı qonaqlar hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşdular.
Şəhərin mərkəzi rayonu olaraq Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, rayonun təsərrüfat və digər xidmətlərinin işçiləri müsabiqənin keçirilməsi dövründə xüsusi iş rejimində çalışmış, həmin müddət ərzində ərazinin təmizliyi və sanitariya qaydalarına riayət olunması ciddi nəzarətdə saxlanılmışdır. Bölgü əsasında əməkdaşlar bütün gün ərzində ərazidə xidmət aparmış, yaranan hər bir problem operativ şəkildə aradan qaldırılmışdır.
Müsabiqənin təşkilat komitəsinin fəaliyyəti, ölkə rəhbərliyi tərəfindən göstərilən böyük dəstək nəticəsində ilk dəfə olaraq Azərbaycanda keçirilən Beynəlxalq Mahnı müsabiqəsi müvəfəqiyyətlə başa çatmış, iştirakçı dövlətlərin nümayəndə heyətləri, çoxsaylı qonaqlar ölkəmizdən xoş təəssüratla ayrılmış və bu müsabiqə Azərbaycanın dünyadakı nüfuzunun daha da artmasında bir vasitə olmuşdur.
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən respublikamızın bütün regionlarında, o cümlədən paytaxtımız Bakı şəhərində həyata keçirilən sosial yönümlü layihələri, görülən genişmiqyaslı işləri respublika vətəndaşları, rayonumuzun sakinləri böyük razılıq və minnətdarlıq hissi ilə qarşılayırlar. Təkcə son bir il ərzində şəhərin mərkəz hissəsində, xüsusilə də Dənizkənarı Milli Parkın ərazisində, Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən layihələr, burada vətəndaşlarımız üçün yaradılan şərait həqiqətən göz oxşayır. Yaradılan istirahət guşələri, Dövlət Bayrağı Meydanına kimi uzadılan Dənizkənarı Milli Park, Meydanın yaxınlığında tikilmiş «Baku-Kristal-Hall», Bakı-Ələt yolunun bu ərazidən keçən hissəsinin tikintisi təkcə sakinlərimizin deyil, Bakıya gələn çoxsaylı qonaqların da rəğbətini qazanmışdır.
2012-ci il ərzində Bakı şəhərinə gələn bir sıra dövlət və hökumət nümayəndələri, çoxsaylı qonaqlar «İçəri şəhər» Dövlət Tarixi Memarlıq Qoruğunu və qonaqlarda xüsusi maraq kəsb edən Dövlət Bayrağı Meydanını ziyarət etmiş, şəhərimizin qədimliyi və gözəlliyi onları valeh etmişdir.

2012-ci il üçün Səbail rayonunun sosial-iqtisadi göstəriciləri

SƏNAYE: 2012-ci ilin yanvar-dekabr aylarında Səbail rayonu üzrə sənaye müəssisələri tərəfindən 23 milyard 949,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq ilin dövründə olduğundan 5.6 % az məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 95.3 faiz olmuşdur.
2012-ci ilin yanvar-dekabr aylarında istehlakçılara 23924.2 milyon manatlıq, o cümlədən sənaye müəssisələrinin öz istehsalı olan 23919.0 milyon manatlıq məhsul göndərilmiş və xidmətlər göstərilmişdir.

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR

 

 

2012-ci ilin
yanvar-dekabr
ayları faktiki,
milyon manatla

 

Əvvəlki ilin
müvafiq dövrünə nisbətən, faizlə

Sənaye məhsulunun (işlərin və xidmətlərin) ümumi həcmi

23949,1

94,4

Nəqliyyat xidmətlərinin həcmi

606,2

96,7

Rabitə xidmətlərinin həcmi

901,9

112,9

Əsas kapitala yönəldilən investisiyalar

3587,8

154,3

Əsas kapitala yönəldilmiş investisiyadan tikinti quraşdırma işləri

679,6

2.4 Dəfə

Öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi

1178,9

126,9

Pərakəndə əmtəə dövriyyəsi

381,7

174,2

Əhaliyə göstərilən pullu xidmətlər

273,5

103,8

Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı (yanvar-noyabr)

950,5

105,6

*Rayonun yekununa Azərbaycan Beynəlxalq Əməliyyat şirkətinin məlumatları da daxil olmuşdur.

2011-2012-ci İLLƏR ÜZRƏ SƏNAYENİN DİNAMİKASI

MƏDƏNÇIXARMA SƏNAYESİ

Xam neft və təbii qaz hasilatı

Məhsul növlərinin adı və ölçü vahidi

2012-ci ilin yanvar-dekabr aylarında istehsal edilmişdir

Keçən ilin müvafiq dövrünə nisbətən,
faizlə

Xam neft (qaz kondensatı da daxil olmaqla), min ton

 

35225,1

94,3

O cümlədən:
neft yataqlarının qazı
(səmt qazı və təbii qaz)
mln kub.m

20035,1

107,1

 

NEFT HASİLATININ DİNAMİKASI

Mədənçıxarma sənayesinin digər sahələri

Məhsul növlərinin adı və ölçü vahidi

2012-ci ilin yanvar-dekabr aylarında istehsal edilmişdir

Keçən ilin müvafiq dövrünə nisbətən,
faizlə

İnşaat üçün əhəng daşı (ton)

2150

102,9

EMAL SƏNAYESİ

Mühüm növ qida məhsullarının istehsalı aşağıdakı kimi olmuşdur:


Məhsul növləri

2012-ci ilin yanvar-dekabr aylarında istehsal edilmişdir

Keçən ilin müvafiq dövrünə nisbətən,
faizlə

Suxarı, qizardılmış çörək və oxşar xırtıldayan məmulat, (ton)

470.0

100,2

Fındıq emalı, ton

216

115,2

Tortlar, şirniyyat məmulatları və çörək, ton

89.1

100,6

Sair şirinləşdirilməmiş ətirli məddələr əlavə edilmiş sular:
buz və qar, (min dkal)

370.2

110,1

qida məhsulları və içkilərin istehsalı
(Keçən ilin müvafiq dövrünə nisbətən faizlə)

Toxuculuq, tikiş, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı müəssisələrində mühüm növ məhsulların buraxılışı aşağıdakı kimi olmuşdur:

Məhsul növləri

2012-ci ilin yanvar-dekabr aylarında istehsal edilmişdir

Keçən ilin müvafiq dövrünə nisbətən,
faizlə

Düyünlə toxunan xalçalar, kv.m

46

101,1

Kimya sənayesi, rezin və plastik kütlə məmulatlarının istehsalı aşağıdakı kimi olmuşdur

Məhsul növləri

 

2012-ci ilin yanvar-dekabr aylarında istehsal edilmişdir

Keçən ilin müvafiq dövrünə nisbətən,
faizlə

 

Politelen borular, bucaqlar, ton

 

950

 

142,0

 

Plastik vannalar, əl-üz yuyanlar, ədəd

 

360

 

119,7

Maşın və avadanlıqların istehsalı müəssisələrində əsas növ məhsulun buraxılışı aşağıdakı kimi olmuşdur:

Məhsul növləri

2012-ci ilin yanvar-dekabr aylarında istehsal edilmişdir

Keçən ilin müvafiq dövrünə nisbətən,
faizlə

Qazma və qoruyucu borular üçün elevatorlar, (ədəd)

 

45

 

130,2

Elektrik enerjisi, qaz və su təchizatı

Məhsul növləri

2012-ci ilin yanvar-dekabr aylarında istehsal edilmişdir

Keçən ilin müvafiq dövrünə nisbətən,
faizlə

İstilik enerjisi, (min hkal)

604.7

130,5

 

NƏQLİYYAT: 2012-ci ilin yanvar-dekabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən görülən iş və xidmətlərin həcmi 633.4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 % az olmuşdur.
Nəqliyyat üzrə əldə olunan gəlirin 4.8 faizi quru yol nəqliyyatının, 19.3 faizi su nəqliyyatının, 54.4 faizi hava nəqliyyatının, 21.5 faizi köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrin payına düşür:

2012-ci ilin
yanvar–dekabr
(milyon manat)

1

Cəmi: 606.1

2

Quru yol nəqliyyatı: 29.3

3

Su nəqliyyatı: 117.3

4

Hava nəqliyyatı: 330.0

5

Köməkçi və əlavə fəaliyyət: 129.6

NƏQLİYYAT VƏ RABİTƏ SAHƏSİNİN
2011-2012-CI
İLLƏR ÜZRƏ DİNAMİKASI

RABİTƏ: 2012-ci ilin yanvar-dekabr ayları ərzində rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 913,5 milyon manatlıq və ya 2011-cu ilin müvafiq dövrünə nisbətən 13,4 % çox rabitə xidmətləri göstərilmişdir.
Əldə olunan gəlirin 15.0 %-i dövlət, 85.0 %-i isə qeyri dövlət müəssisələri tərəfindən əldə olunmuşdur.

TİKİNTİ: 2012-ci il ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 4303,9 milyon manat olmuşdur ki bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,4 % artmişdır.
Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1229.3 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 7% artmışdır
Əsas kapitala yönəldilmiş xarici investisiyanın istifadə edilmiş xüsusi çəkisi 71.5 % və ya 2565.8 milyon manat, daxili investisiyanın xüsusi çəkisi isə 28.5 % və ya 1022.0 milyon manat təşkil edir.

Əsas kapitala yönəldilmiş investisiyalar

Fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yanvar-dekabr aylarında yerinə yetirilmiş podrat işlərinin həcmi 1178.9 milyon manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 26.9% (faktiki qiymətlərlə) çoxdur.
İlin əvvəlindən yerinə yetirilmiş işlərin 635.6 milyon manatını (53.9%) yeni tikinti, yenidənqurma işləri, 183.1 milyon manatını (15.5%) əsaslı təmir, 360.2 milyon manatını (30.6%) –ni sair işlər təşkil etmişdir.
2012-ci ilin yanvar-noyabr ayları ərzində sənaye müəssisələrində işçilərin siyahı tərkibində orta sayı 11132 nəfər, orta hesabla hər bir işçiyə düşən orta aylıq əmək haqqı 2306,8 manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,8 % çoxdur.
2012-ci ilin yanvar-dekabr aylarında istehlak bazarında əhaliyə 568,9 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Bu da ötən ilin müvafiq dövrünün 1,7 % çoxdur.
Nəqliyyat müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı 11998 nəfər və ya 2011-cu ilə ilə nisbətən 4,7 % çoxdur. Bu müəssisələrdə çalışan işçilərə hesablanmış orta aylıq əmək haqqı 618,5 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,3 % çoxdur.
Rabitə müəssisələrində çalışanların orta sayı 6937 nəfər, işçilərinin orta aylıq əmək haqqı 900,0 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1,6 % çox.
Hesabat dövründə tikinti müəssisələrində çalışanların orta sayı 10906 nəfər, bir işçiyə düşən orta aylıq əmək haqqı 1406.8 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 31.4 % çoxdur.

İSTEHLAK BAZARI VƏ XİDMƏT SAHƏSİ
Yanvar-dekabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 381.7 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 74.2 % çox istehlak malları satılmışdır.
Pərakəndə ticarət dövriyyəsinin 98 faizi faizi özəl sektorun müəssisələrinin payına düşmüşdur.
Həmin dövürdə xidmət müəssisələri tərəfindən əhaliyə 273.3 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 103.8 % təşkil edir. Pullu xidmətlərin 90.7 % özəl bölmə tərəfindən həyata keçirilmişdir.

 

2012-ci ilin
yanvar-dekabr aylarında faktiki, milyon manat

2012-ci ilin
yanvar-dekabr
aylarının 2011-ci ilin
yanvar-dekabr
aylarına
nisbəti, faizlə

Pərakəndə ticarət dövriyyəsi

 

381.7

 

174,2

Əhaliyə göstərilən pullu xidmətlər

 

273.3

 

103,8

ƏMTƏƏ BAZARI
2012-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 381.7 milyon manatlıq və ya əvvəlki ilin yanvar-dekabr aylarından 74.2 % çox əmtəə satılmışdır. Satılmış əmtəələrin 63.4 %-i hüquqi şəxs statuslu, 36.1 %-i hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 0.5 %-i rayonda fəaliyyət göstərən bazarda realizə olunmuşdur.
Dövriyyənin 98 %-ni təşkil etmiş özəl sektorun müəssisələrində ilin əvvəlindən 373.8 milyon manatlıq və ya 2011-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 39 % çox istehlak malları satılmışdır.
Pərakəndə ticarət dövriyyəsinin mülkiyyət növləri üzrə göstəriciləri aşağıdakı kimi olmuşdur:

 

2012-ci ilin
yanvar-dekabr ayları,
milyon manat

2012-ci ilin yanvar-dekabr ayları 2011-ci ilin yanvar-dekabr aylarına nisbəti, faizlə

Pərakəndə ticarət dövriyyəsi - cəmi

381.7

174.2

o cümlədən:
dövlət bölməsi

 

7.9

 

64.2

qeyri-dövlət bölməsi

373.8

181.5

Rayonun ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 153 milyon manat, qeyri-ərzaq mallarının həcmi isə 228.7 milyon manat olmuş, onlarında xüsusi çəkiləri müvafiq olaraq 40 % və 60 % təşkil etmişdir.
Pərakəndə ticarət dövriyyəsinin dinamikası aşağıdakı kimi olmuşdur:

 

 

 

Əvvəlki ilin müvafiq dövrünə nisbətən,
faizlə

Pərakəndə ticarət dövriyyəsi

o cümlədən:

ərzaq malları

qeyri-ərzaq malları

2012-ci il

Yanvar-dekabr

174.2

163.4

182.2

Hesabat dövründə pərakəndə ticarətin dövriyyəsinin göstəriciləri aşağıdakı kimi xarakterizə olunur:

 

2012-ci ilin
yanvar-dekabr ayları,
milyon manat

2012-ci ilin yanvar-dekabr ayları 2011-ci ilin yanvar-dekabr aylarına nisbəti, faizlə

Pərakəndə ticarət dövriyyəsi-cəmi

381.7

174.2

o cümlədən:
ticarət müəssisələri

372.1

169.5

onlardan:
hüquqi şəxs statuslu müəssisələr

232.4

220.7

ondan:
dövlət mülkiyyəti

7.9

64.2

hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarlar

137.8

128

bazar

1.8

36.7

İAŞƏ XİDMƏTLƏRİ

2012-ci ilin yanvar-dekabr ayları ərzində əhaliyə 77.5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 20.6 % çox iaşə xidmətləri göstərilmişdir.
Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 63.9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29.8 % çox iaşə xidmətləri göstərilmişdir.
Hesabat dövründə iaşə dövriyyəsinin 97.7 %-i özəl müəssisələrin hesabına formalaşmışdır.

 

2012-ci ilin
yanvar-dekabr ayları,
milyon manat

2012-ci ilin yanvar-dekabr ayları 2011-ci ilin yanvar-dekabr aylarına nisbəti, faizlə

İaşə dövriyyəsinin həcmi -
cəmi

 

77.5

 

120.6

dövlət mülkiyyəti

1.9

105.5

qeyri-dövlət mülkiyyəti

75.6

120.4

Əhaliyə göstərilən pullu xidmətlər

Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2011-ci ilin eyni dövrünə nisbətən 3.8 % artaraq 273.3 milyon manat olmuşdur. Ümumi həcmin 59.7 %-i hüquqi şəxslərin müəssisələrində əldə edilmiş və bu müəssisələrdə əhaliyə 163.1 milyon manatlıq pullu xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilmiş xidmətlərin 9.3 %-i dövlət müəssisələrinin payına düşmüşdür.
Özəl sektorun müəssisələri tərəfindən əhaliyə 248 milyon manatlıq və ya 2011-ci ilin yanvar-dekabr aylarına nisbətən 12.3 % artiq pullu xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilən pullu xidmətlərin 17.4 %-i məişət xidmətləri təşkil etmiş, hesabat dövründə 47.6 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətdə 7 % artmışdır.

İŞÇİLƏRİN SAYI VƏ ƏMƏK HAQQI

2012-ci ilin yanvar-noyabr ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 100074 nəfər, orta aylıq əmək haqqının məbləği isə 950,5 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 5,6 % çoxdur.

İşçilərin sayı və əmək haqqı mülkiyyət növləri üzrə aşağıdakı kimi xarakterizə olunur:


İşçilərin orta sayı
(nəfərlə)

Orta aylıq əmək
haqqı
(manatla)

 

 

2012-ci
ilin yanvar-noyabr aylarında

 

əvvəlki ilin müvafiq dövrünə % nisbəti

2012-ci
ilin yanvar-noyabr
aylarında

 

əvvəlki ilin müvafiq dövrünə % nisbəti

Cəmi-

100074

111.7

950.5

105.6

Dövlət mülkiyyəti üzrə

50851

119.7

458.1

92.7

Qeyri-dövlət mülkiyyəti üzrə

49222

104.5

1459.4

115.2

O cümlədən

 

 

 

 

Xüsusi-

23761

96.1

624.3

97.6

Bələdiyyə

45

112.5

215.6

101.1

Xarici

19020

112.3

2580.5

115.0

Qarışıq-

6391

118.4

1289.9

108.2

Beynəlxəlq təşkilatların mülk.

6

85.1

177.3

144.4


İşçilərin orta illik sayı və bir nəfərə hesablanmış orta
aylıq əmək haqqı

Yeni açılmış iş yerləri haqqında

 

Göstəricinin adı

Ilin əvvəlindən
(vahid)

 

Yeni açılmış iş yerlərinin sayı, cəmi

 

2697

O cümlədən

 

Yeni yaradılmış müəssisə və təşkilatlarda

 

39

Mövcud müəssisə və təşkilatlarda

1745

Fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda

 

---

Fiziki şəxslərdə

913

Digər tədbirlər üzrə

---

 

 

 

 

 

 

 

 

 

 

 

Səbail rayonunda 1 yanvar 2009-cu ildən 01 yanvar 2013-ci ilədək yeni açılmış iş yerləri haqqında məlumat

 

2009-2012-ci illərdə,
cəmi

o cümlədən 2012-ci il yanvar-dekabr

Acılmış iş yerlərinin sayı,cəmi

 

8207

 

2697

O cümlədən:

 

 

Yeni yaradılmış müəssisə və təşkilatlarda

 

1079

 

39

Mövcud müəssisə və təşkilatlarda

 

4032

 

1745

Fəaliyyəti bərpa edilmiş müəsisə və təşkilatlarda

----

---

Fiziki şəxslərdə

3096

913

Digər tədbirlər üzrə

----

---

 

1 yanvar 2009-cu ildən 01 yanvar 2013-cü il tarixinədək açılmış iş yerlərinin dinamikası

2012-ci il ərzində rayonda hamısı daimi olmaqla 2697 yeni iş yeri açılmışdır. Ümumiyyətlə 2003-cü ildən 2013-ci ilin yanvar ayının 1-dək rayonda 40070yeni iş yeri açılmışdır ki, onların da 39202-i daimidir.

 

 

2009

2010

2011

2012
(I-XII)

Cəmi

Açılmış iş yerləri,
Cəmi

 

2214

 

1415

 

1881

 

2697

 

8207

 

Ondan daimi iş yerləri

 

2214

 

1415

 

1881

 

2697

 

8207

Yeni yaradılmış müəssisə təşkilatda

 

514

 

219

 

307

 

39

 

1079

Mövcud müəssisə və təşkilatlarda

 

852

 

654

 

781

 

1745

 

4032

Fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda

 

----

 

-----

 

---

 

 

Fiziki şəxslərdə

848

542

793

913

3096

DEMOQRAFİYA HAQQINDA

 

2013-ci ilin yanvar ayının əvvəlinə Səbail rayonu üzrə daimi əhalinin sayı 94957** (bundan əlavə rayonda 9170 nəfər məcburi köçkün məskunlaşmışdır) nəfər olmuşdur.

2011-cu və 2012-ci ilin yanvar–dekabr ayları üzrə əhalinin təbii hərəkətinin göstəriciləri aşağıdakı kimi olmuşdur:

 

Göstəricilər

Yanvar-dekabr
aylarında,
nəfərlə

 

Əhalinin hər 1000 nəfərinə

 

2012-ci il

2011-ci il

2012-ci il

2011-ci il

Dogulanlar

1515

1717

15.9

18.3

Ölənlər

622

610

6.6

6.5

Təbii artim

893

1107

9.4

11.8

Nigah

582

638

6.1

6.8

Boşanmalar

223

184

2.3

2.0

Səbail rayonunda 2012-ci ilin yanvar-dekabr aylarında 1515 doğum622 ölüm halı qeydə alınmışdır .
2011-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə doğulanların sayı 18.3-dən 15.9-a enmiş , ölənlərin sayı 6.5-dən 6.6-a qalxmış, təbii artım isə 11.8-dən 9.4-ə enmişdir .
Səbail rayonunda 2012-ci ilin yanvar-dekabr aylarında 582 nikah223 boşanma halları qeydə alınmışdır ki, keçən illə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı 6.8-dən 6.1-ə enmiş, boşanma halları isə 2.0-dən 2.3-ə qalxmışdır.
2012-ci ilin yanvar-dekabr aylarında rayona gələnlərin sayı 305 nəfər, rayondan gedənlərin sayı isə 13 nəfər, mexaniki artım 292 olmuşdur.

 

2012-ci ilin yanvar-dekabr aylarında Səbail rayonu üzrə doğum, ölüm, nigah, və boşanma halları haqqında
məlumat

 

Doğum

 

Ölüm

 

Nigah

 

Boşanma

1515

622

582

223

Qeyd olunanlarla yanaşı Səbail rayonunda digər iri miqyaslı işlər də həyata keçirilmiş və bir sıra mühüm layihələrin icrası davam etməkdədir.
2012-ci il ərzində İncəsənət Muzeyi üçün keçid korpusu, Bayraq Meydanına uzanan magistral yolda yeni yeraltı keçidlərin, Mikayıl Useynov küçəsində Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon şöbəsinin yeni inzibati binasının və deponun, Üz.Hacıbəyov küçəsində 6 mərtəbəli, 200 maşın yerlik yeni parkinqin, «Bakıelektrikşəbəkə» ASC-nin «Yeni Bayıl» və «Bayraq Meydanı» yarımstansiyalarının inşası, mərkəzdə Səməd Vurğunun ev-muzeyinin əsaslı və Dövlət Filarmoniyasının binasının cari təmiri başa çatdırılıb.
Yay aylarında paytaxtın əsas magistrallarından olan Neftçilər prospektində təmir işləri aparılmış, prospekt ətrafındakı kommunikasiya xətləri yeniləşdirilmiş, yağış sularını yığan xətlər qurulmuş, yeni asfalt örtüyü salınmışdır.
Ha¬zır¬da rayon ərazisində bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi aparılır, bir sıra obyektlərdə təmir-bərpa işləri davam etdirilir. Bu gün Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, Parlament prospektində artıq paytaxtımızın simvollarından birinə çevrilən, unikal «Alov qüllələri» kompleksinin, Badamdar qəsəbəsində Bakı-Oksford məktəbi üçün yeni tədris korpusunun, «Azadlıq» Meydanında 2 mərtəbəli, 2000 avtomobil yerlik yeraltı və Fəvvarələr Meydanında 7 mərtəbəli, 500 avtomobil yerlik yerüstü qaracların, «Cənub» mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın tikintisi, Dövlət Musiqili Komediya Teatrının binasının əsaslı təmiri aparılır, 20-ci sahədə Arif İsmayılov və Əhəd Yaqubov küçələrində «Bakıelektrikşəbəkə» ASC-nin 2 yeni yarımstansiyasında işlər başa çatmaq üzrədir.
Abidələrin bərpa və konservasiyası üzrə Master Plana uyğun olaraq Avstriyanın «Remmers» şirkəti tərəfindən paytaxtın ən məhşur tarixi abidəsi, Səbail rayonunun rəmzi olan «Qız qalası»nda mərhələlərlə bərpa və konservasiya işləri aparılır. Bərpa işlərinin 2013-cü ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulmuşdur.
Ölkə rəhbərliyinin respublikamızda idmanın inkişafı ilə bağlı həyata keçirdiyi işlər çərçivəsində 20-ci yaşayış sahəsində «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin «Bibiheybət» stadionunun yerində əsaslı təmir-yenidənqurma və yeni idman stadionunun tikintisi işləri aparılaraq sentyabr ayında Azərbaycanda keçirilən futbol üzrə FİFA U-17 qadınlararası dünya çempionatı ərəfəsində AFFA tərəfindən 3200 yerlik yeni «Bayıl» stadionu və inzibati bina inşa edilmişdir. Gələcəkdə bu stadion rayonumuzun idmançılarının sevimli toplantı yerinə çevriləcəkdir.
Ölkə başçısının sərəncamına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna ayrılan maliyyə vəsaiti hesabına Səbail rayonu ərazisində, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 16 mərtəbəli, 146 mənzilli yeni binanın tikintisi aparılır və 2013-cü ilin sentyabr ayında bina istifadəyə veriləcəkdir.
2012-ci il aprel ayının 4-də Bibiheybət qəsəbəsindən şəhərin mərkəzinə uzanan Əhəd Yaqubov küçəsində Müasir İstedadlar Məktəbinin təməli qoyulmuşdur. 1200 şagird üçün nəzərdə tutulmuş bu kompleksdə məktəbəqədər, natamam və orta təhsil şöbələri fəaliyyət göstərəcəkdir. Kompleksin ümumi sahəsi 7 ha, tikinti sahəsi isə 13000 kv. metr olacaq və 2013-cü ilin sonunda istifadəyə veriləcəkdir.
Bakı-Ələt magistral yolunun 4-6-cı km-lik hissəsinin istifadəyə verilməsindən sonra həmin yolun Bibiheybət qəsəbəsinə tərəf uzanan hissəsinin ətrafının abadlaşdırılması, Bakı Bulvarının Dövlət Bayrağı Meydanından Bibiheybət istiqamətində uzadılması işləri çərçivəsində bu ərazidə yerləşən fərdi yaşayış evləri və digər tikililərin sakinlərə müvafiq kompensasiyaların ödənilməsi şərti ilə köçürülməsi işləri aparılmışdır. 2012-ci ilin sonunda Buruq, Dənizkənarı, Qazalin küçələrindəki 162 tikilidən 82-nin müvafiq təzminat ödənilərək köçürülməsi və ərazisnin təmizlənməsi təmin olunmuş və bu istiqamətdə aparılan işlər davam etdirilir.
Hazırda rayon ərazisində yerləşən «Şəhidlər Xiyabanı» Kompleksinin bir hissəsində əsaslı təmir-yenidənqurma işləri və «İstiqlal» Muzeyinin tikintisi aparılır.
Dağüstü parkda aparılan təmir-yenidənqurma işləri ilə əlaqədar burada yerləşən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının, 20 Yanvar cəmiyyətinin qərargahlarının, eləcə də «Şəhidlər Xiyabanı» kompleksinə xidmət göstərən Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin, Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçilərinin xidməti otaqlarının sökülərək, yerinin dəyişdirilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar həmin təşkilatların və xidmət sahələri işçilərinin yeni xidməti otaqlarla təmin olunması üçün RİH tərəfindən müvafiq təşkilati işlər görülmüş, layihə sənədləri hazırlanmış və «Şəhidlər Xiyabanı»nın digər ərazisində ictimai təşkilatlar və xidmət sahələri işçiləri, həmçinin yeni yaradılmış Səbail rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üçün bir mərtəbəli inzibati binanın tikintisinə başlanmış və artıq işlər başa çatmışdır.
Xiyabanda çalışan xidmət sahələri işçilərinin xahişi nəzərə alınaraq onların məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Badamdar qəsəbəsində 2 mərtəbəli, 10 mənzilli xidməti yaşayış binasının tikintisinə başlanmış və hazırda burada işlər davam etdirilir.
Keçən il baş vermiş sürüşmənin nəticələrinin aradan qaldırılması üçün görülən işlər çərçivəsində Bayıl yamacının alt hissəsində - Neftçilər prospektində yeni beton istinad divarı çəkilmiş, divarlar dekorativ üzlüklə üzlənmiş, Qurban Abbasov küçəsinin başlanğıcında istinad divarı aqlay daşla üzlənmiş, üzbəüz tərəfdə isə yeni dekorativ məhəccərli hasar tikilmişdir.
Rayon ərazisində aparılan abadlıq işləri ilə bərabər bu ilin yanvar ayında Səbail rayon İcra Hakimiyyətinin həyətində də abadlıq aparılmış, həyətə 700 kv. metr sahədə dekorativ plitə döşənmiş, divarlar və darvaza rənglənmiş, binanın qarşısında yeni güllər əkilmişdir.
Bakı şəhərinin mərkəzi hissəsinin kanalizasiya sisteminin yaxşılaşdırılması və Xəzər dənizinin ekologiyasının daha yaxşı qorunması istiqamətində kompleks tədbirlər həyata keçirilməsi davam etdirilir. Bu ilin əvvəlində paytaxtımızın kanalizasiya şəbəkəsinin əsas hissələrindən sayılan «Sahil» kollektorunda əsaslı təmir və təmizləmə işlərinə başlanmışdır. 1983-cü ildə istismara verilmiş bu kollektor Səbail rayonu ərazisində Bakı Əl Oyunları Sarayından Fəhlə prospektindəki Zığ nasos stansiyasına kimi uzanır. 9,6 km uzunluğunda və 13 quyudan ibarət Sahil kollektoru 29 illik istismar müddətində böyük lillənmələrə məruz qalmışdir. Bununla əlaqədar kollektorun müasir texnologiyalarla qum və lildən təmizlənməsi işləri həyata keçirilmişdir.
Əlavə olaraq, Bayıl yaşayış sahəsindəki Gülbala Əliyev küçəsində yeni kanalizasiya kollektorunun çəkilməsi, Dövlət Proqramına uyğun olaraq bu ərazilərdə su və kanalizasiya sistemlərinin yeniləşməsi işləri aparılır.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı məsələləri daimi olaraq Prezident cənab İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır. Bunun bariz nümunəsidir ki, paytaxtda və onun qəsəbələrində aparılan abadlıq-quruculuq işlərinin sürətləndirilməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə 2011-ci ilin mart ayında Bakı şəhər İcra Hakimiyyətində keçirilən geniş toplantıdan sonra Prezidentin may ayının 5-də imzaladığı «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi barədə sərəncam hamı tərəfindən çox böyük rəğbətlə qarşılanmışdır. Dövlət Proqramında Səbail rayonuna geniş yer ayrılmış, 11 bənd üzrə 44 tədbirin həyata keçirilməsi planlaşdırılmışdır ki, hesabat ili ərzində Proqrama daxil edilmiş işlərin böyük hissəsi həyata keçirilmiş, digərlərinin icrası ilə bağlı işlər davam etdirilir.
Ən əsası Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli Sərəncamına əsasən keçən il Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yeni 120 yerlik uşaq bağçası və 880 şagird yerlik ümumtəhsil məktəbinin tikintisi başa çatdırılmış, sentyabr ayının 4-də ölkə başçısı cənab İlham Əliyev tərəfindən 329 saylı orta məktəb və yeni uşaq bağçasının açılış mərasimləri keçirilmişdir.
Dövlət Bayrağı Meydanı ətrafında aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri ilə əlaqədar Prezident cənab İlham Əliyevin göstərişinə əsasən keçən il 49 saylı «İntellekt» məktəb-liseyin həyətində yeni 660 şagird yerlik əlavə korpus tikintisi aparılmış və 2012-ci ilin mart tətillərindən sonra bu yeni korpusda dərs prossesinə başlanmışdır.
Yay aylarında məktəbin köhnə korpusunun da əsaslı təmiri aparılaraq burada müasir təhsil üçün hər cür şərait yaradılmış, bütün lazımi avadanlıq və məktəb dərs ləvazimatları ilə təmin olunmuşdur.
Sentyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 49 saylı «İntellekt» məktəb-liseydə aparılan əsaslı təmir işlərinin yekunu və burada yaradılan şəraitlə tanış olmaq üçün məktəbdə olmuş, görülən işlərin keyfiyyətindən və yaradılan vəziyyətdən razı qalmışdır.
Dövlət Proqramına əsasən 900 nəfər şagirdin təhsil aldığı 7 saylı pilot məktəbi üçün yeni korpusun tikintisi nəzərdə tutulmuşdur. Müvafiq layihə sənədləri hazırlanıb təsdiq olunduqdan sonra 2011-ci il avqust ayının 7-də məktəbin həyətində tikinti işlərinə başlanmış, burada 4 mərtəbəli, 8 sinif, 1 müəllimlər otağı, idman və akt zalları olan yeni tədris korpusu inşa olunmuş, korpusdakı otaqlar lazımi avadanlıqlarla və dərs vəsaitləri ilə təmin olunmuş və sentyabrın 15-dən etibarən burada dərslərə başlanmışdır.
1937-ci ildə tikilmiş Bibiheybət qəsəbəsindəki 50 saylı orta məktəbin təmiri müvafiq Dövlət Proqramına uyğun olaraq 2012-ci ilin may ayında başlanmışdır. 500 şagirdin təhsili üçün nəzərdə tutulmuş, 30 müəllim və 11 texniki işçinin çalışdığı 3 mərtəbəli məktəb binasının dam örtüyü tam şəkildə yeniləşdirilmiş, məktəb üçün əlavə olaraq 120 kv.metr sahəsi olan yeni yeməkxana və bufet, yeni kitabxana, 2 ədəd təsərrüfat otağı, 25 kv. metrlik vestibül tikilmiş, bütün kommunikasiya xətləri yeniləşdirilmiş, sanitariya qovşaqları yenidənqurulmuş, yeni duşxana tikilmiş, idman və akt zalları da daxil olmaqla bütün sinif otaqları, fənn kabinetləri, texniki otaqlar, tibb kabineti əsaslı təmir olunmuşdur. Məktəbin 3-cü mərtəbəsində kompyuter kabineti yaradılmış və internet şəbəkəsinə qoşulmuşdur. Məktəbin həyətində abadlıq işləri aparılmış, burada 60 kv. metrlik talvar quraşdırılmış, 1500 kv. metr sahəyə asfalt salınmış, 52 p/m uzunluğunda yeni hasar çəkilmiş və darvaza quraşdırılmışdır. Məktəbin həyətindəki qazanxana əsaslı təmir olunmuş, burada yeni qazan quraşdırılmış, məktəb binasında yeni istilik sistemi quraşdırılmışdır. Məktəbin foyesi və sinif otaqlarında müvafiq tərtibat işləri görülmüşdür.
Bayıl yaşayış sahəsində yerləşən 203 saylı orta məktəb 2000-ci ildə Bakı şəhərində baş vermiş zəlzələ nəticəsində müəyyən qədər ziyan çəkmişdi. Dövlət Proqramına uyğun olaraq, 2011-ci ilin sonunda məktəbin binasında bərpa-bərkitmə işlərinə başlanmış, məktəbin dam örtüyü yenilənmişdir. May ayından etibarən məktəbin daxilində əsaslı təmir işlərinə başlanmışdır. Bütün sinif otaqları, akt və idman zalı, yeməkxana, köməkçi otaqlar təmir olunmuş, kommunikasiya xətləri yenilənmiş, su, elektrik, kanalizasiya xətləri dəyişdirilmiş, yeni istilik sistemi qurulmuşdur. Pilləkənlər, tutacaqlar yenilənmiş, məktəbin həyətində təmir-abadlıq işləri aparılmışdır. Sinif otaqları, fənn kabinələri lazımi avadanlıq və dərs vəsaitləri ilə təmin olunmuşdur.
Qeyd olunan tədris müəssisələri ilə yanaşı tam qəzalı vəziyyətdə olan Bayıl qəsəbəsindəki Cövdət Hacıyev adına 3 saylı Uşaq musiqi məktəbinin binası 2011-ci ilin əvvəlində sökülmüş və burada yeni bina tikintisinə başlanmışdır. Hazırda burada 2 mərtəbəli, 30 sinif, 5 yardımçı otağı olan binanın tikintisi başa çatmış və 2013-cü ilin əvvəlindən burada dərslərə başlanılacaqdır.
2012-ci ilin əvvəlindən etibarən Badamdar qəsəbəsindəki «Könül» körpələr evində əsaslı təmir işlərinə başlanmışdır. Bu bağça əvvəllər Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin balansında olmuş, bu ildən etibarən Bakı şəhər İcra Hakimiyyətinə verilmişdir. 1974-cü ildə tikilmiş uşaq bağçasında 6 qrupda 110 uşaq tərbiyə alır ki, onların tərbiyəsi ilə 13-ü müəllim olmaqla 29 işçi məşğul olur. Təmir zamanı ümumi sahəsi 4000 kv. metr olan bağçada dam örtüyü dəyişdirilmiş, yeni istilik sistemi qurulmuş, qapı və pəncərələr, döşəmə örtüyü yenilənmişdir. Bağçanın həyətinə 2000 kv. asfalt salınmış, köhnə ağaclar budanmış, istirahət guşələri və oyun qurğuları təmir olunaraq rənglənmişdir və iyul ayında istifadəyə verilmişdir. Eyni zamanda mərkəzdəki 44 saylı uşaq bağçasının əsaslı təmiri başa çatmışdır.
2012-ci ildə Badamdar qəsəbəsində özəl «Ahu» uşaq bağçası istifadəyə verilmiş və artıq fəaliyyətə başlamış, Dövlət Proqramının icrası ilə bağlı rayondakı 1 saylı şəhər poliklinikasında və 3 saylı Vərəm Əleyhinə dispanserdə əsaslı təmir işləri başa çatmışdır.
Dövlət Proqramının icrası ilə bağlı Bibiheybət qəsəbəsində Mədəniyyət evi və kitabxanada əsaslı təmir-möhkəmləndirmə işləri davam edir, burada əlavə tikili inşa olunur.
Şəhərimizdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində rayonun mərkəzində bir sıra yaşayış binalarının üzlənib təmir olunması aparılır. Artıq bu istiqamətdə xeyli iş görülmüş, mərkəzi küçələrdə yerləşən bir çox tarixi və memarlıq binalarının fasadları, eyvanları, dam örtükləri təmir olunmuşdur. Bu işlərlə əlaqədar Hökumət evinin arxa hissəsində, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarında yerləşən 16 mərtəbəli yaşayış binalarının da təmir olunaraq üzlənməsi və bura yeni, müasir görkəm verilməsi zərurəti yaranmışdır. RİH tərəfindən bu işlərin layihəsi hazırlanmış və işlər davam etdirilir.
Binaların üzlənməsi işləri Bayıl ərazisində də aparılır. 2012-ci ildə Bayıl dairəsindəki 16 mərtəbəli yaşayış binası yeni layihə əsasında üzlənmiş, burada müasir işıqlandırma sistemi qurulmuşdur. Hazırda Qurban Abbasov küçəsində yerləşən daha 3 binanın fasadının üzlənməsi, binalarda təmir-möhkəmləndirilmə işləri davam edir.
Həmçinin Üzeyir Hacıbəyov küçəsi 30 ünvanında yerləşən Səbail rayon İcra Hakimiyyətinin və Bakı şəhər Prokurorluğunun binasının da müasir şəkildə üzlənərək yenidənqurulması, RİH-nin iclas zalının genişləndirilməsi ilə bağlı layihə hazırlanmış və onun da icrası davam etdirilir.
Azərbaycan xalqının Ümummmilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Səbail rayonunda RİH tərəfindən rayonun qəsəbələrində həyata keçirilən «Abad həyət» layihəsi əsasında Badamdar qəsəbəsi, Sahib İbrahimxəlilov küçəsi 1 ünvanında növbəti «Abad həyət» sakinlərin istifadəsinə verilmişdir.
Qəsəbənin mərkəzi hissəsindəki həyətdə ilk növbədə binanın fasadında təmir işləri aparılmış, fasad rənglənmiş, binanın giriş qapıları yeniləri ilə əvəz olunmuş, binanın birinci mərtəbəsində yerləşən 34 saylı poliklinikanın qarşısında da təmir işləri görülmüşdür. Binaların giriş hissəsi və pilləkənlər də təmir olunmuş, eyvanlar dekorativ ağaclarla bəzədilmişdir.
Həyətin səkiləri aqlay üzlüklə üzlənmiş, həyət boyu səkilərə yeni bordyur daşları düzülmüşdür. 1500 kv. metr sahəsi olan həyət tam abadlaşdırılmış, təmizlik işləri aparılmış, həyətdə işıqlandırma məsələləri də həll olunmuş, yeni asfalt örtüyü çəkilmişdir. Sakinlərin istirahəti üçün 2 ədəd söhbətgah quraşdırılmış, burada yeni oturacaqlar, həyətə skamyalar qoyulmuşdur.
Həyətin uşaqları da yaddan çıxarılmamış, onların oynaması üçün bir neçə əyləncə qurğuları quraşdırılmışdır.
Həyətlərdə yeni ağaclar əkilmiş, yaşıllıqlar salınmış, məişət tullantıları təmizlənmiş, əraziyə bitki örtüklü torpaq qatı salınmışdır.
Sentyabr ayının 21-də Səbail rayonunda həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Səbail RİH-in «Abad həyət» layihəsi əsasında Badamdar qəsəbəsində Neftçilər döngəsi 7 ünvanında növbəti «Abad həyət» sakinlərin istifadəsinə verilmişdir.
Qəsəbənin mərkəz hissəsindəki əsas etibarı ilə neftçilərin yaşadığı həyətdə binaların fasadı təmir olunaraq hər birinə 2000 kv. metrdən çox aqlay üzlük çəkilmiş, fasad rənglənmiş, binanın blokunda yeni plastik pəncərələr və girişində isə yeni dəmir qapılar quraşdırılmışdır.
Həyətdəki binaların giriş hissəsi və pilləkənlər təmir olunmuş, bura daş düzülmüş, yeni tutacaqlar qurulmuşdur. Binaların eyvanları təmir olunaraq ilkin vəziyyətə gətirilmiş, əlavə artırmalar sökülmüş, eyvanlar lambirlə üzlənmişdir. Binadakı mənzillərin pəncərələri müasir plastik pəncərələrlə əvəz olunmuşdur.
Həyətin səkilərinə aqlay vurulmuş, yeni bordyur daşları düzülmüşdür. Həyətdə təmizlik işləri aparılmış, işıqlandırma məsələləri həll olunmuş, həyətə və ətraf əraziyə 3750 kv metr yeni asfalt örtüyü çəkilmişdir. Sakinlərin istirahəti üçün 1 ədəd geniş söhbətgah quraşdırılmış, burada yeni oturacaqlar, həyətə müasir dizaynlı skamyalar qoyulmuşdur. Söhbətgaha uzanan yola tamet daş döşənmişdir.
Həyətin uşaqları üçün bir neçə əyləncə qurğuları quraşdırılmışdır.
Həyətlərdə ağaclar budanmış, yeni ağaclar və kollar əkilmiş, yaşıllıqlar salınmış, məişət tullantılarından təmizlənmiş əraziyə bitki örtüklü torpaq qatı salınmışdır. Həyətdəki istinad divarı suvanaraq rənglənmiş, 80 p/m uzunluğunda dekorativ dəmir məhəccər quraşdırılmış, zibil meydançası təmir olunaraq bura yeni konteynerlər qoyulmuşdur.
İl ərzində əsas kuçə və prospektlərlə yanaşı, qəsəbədaxili və məhəllədaxili küçə və yolların da təmiri aparılmış, ümumilikdə, isə 2012-ci il ərzində rayonda aparılan iri miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində 275.500 kvadrat metr sahəyə yeni asfalt örtüyü salınmışdır. 2011-ci il ərzində bu rəqəm 153.500 kvadrat metr olmuşdur.
2012-ci il ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 420 ailə (1685 ailə üzvü) müraciət etmiş, onların sənədlərinə müvafiq qaydada baxılaraq hər bir ailə üzvünə 28,33 manat olmaqla, orta hesabla hər bir ailəyə 113,64 manat sosial yardım təyin olunmuşdur.
Hazırda Səbail rayonunda müxtəlif növ və kateqoriyalar üzrə 2549 nəfər sosial müavinət alır. Bura hər 3 qrupa aid əlillər, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlar, ailə başçısını itirməyə, yaşa görə müavinət alanlar, müharibə veteranları, qəyyumlar, şəhid ailələri, fəxri ad almış şəxslər və s. aiddir.
Mərkəzin Sosial xidmət şöbəsində 372 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir.
İl ərzində Mərkəz tərəfindən 86 nəfər Qarabağ və Çernobıl əlili Lənkəran, Nabran və İsmayıllıdakı istirahət mərkəzlərinə, həmçinin 83 nəfər digər kateqoriyalardan olan əlil isə «Mərdəkan» pansionatına, «Ulusu», «Naftalan» və «Günəşli» sanatoriyalarına və «Nabran» sağlamlıq mərkəzinə müalicəyə göndərilmişdir.
Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13190 nəfər təqaüdçüyə ötən il ərzində 33.748.371,62 manat təqaüd və müavinət ödənilmiş, ödənişlərdə gecikmələrə yol verilməmişdir. Şöbə tərəfindən təqaüd və müavinətlərin ödənişi hər ayın 17-18-nə kimi bankomatlar vasitəsi ilə həyata keçirilmiş, vaxtı keçmiş plastik kartlar operativ şəkildə yeniləri ilə əvəz olunmuşdur.
«Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2012-ci il tarixli, 2032 saylı Sərəncamının icrasının təmin olunması üçün əmək pensiyalarının sığorta hissəsi 7,9 %-lə indeksləşdirilərək yenidən hesablanmışdır. Rayon üzrə bu indeksləşdirmə 12265 nəfər pensiyaçıya şamil edilərək ümumilikdə 83.691,34 manat artım olmuş və ödənilmişdir.
DSMF rayon şöbəsinin məlumatlarına görə rayon ərazisində 1979 müəssisə qeydiyyata alınmışdır ki, onların hazırda 1168-i fəaliyyət göstərir. Onların 128-i dövlət, 1079-u isə qeyri-dövlət müəssisələridir.
Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin Səbail rayon filialı tərəfindən hesabat ili ərzində icbari sığortalar üzrə 98.803 manat, könüllü sığortalar üzrə 21.056 manat, ümumilikdə 119.859 manat sığorta tədiyyəsi toplanmış, 15.265 manat sığorta ödənişi verilmişdir.
Səbail rayon Məşğulluq Mərkəzinə 2012-ci il ərzində 1150 nəfər iş axtaran vətəndaş müraciət etmiş, onların 882 nəfəri daimi işlə təmin olunmuşdur. İşlə təmin olunanların 696 nəfəri fəhlə, 186 nəfəri isə mühəndis-texniki işlə təmin olunmuşlar. İşə düzələnlər arasında 86 nəfər qadın, 191 nəfər isə gəncdir.
İşlə təmin olunanların 292 nəfəri dövlət, 385 nəfəri xüsusi mülkiyyət və 205 nəfəri birgə müəssisələrə işə düzəldilmişdir.
Hesabat dövründə Mərkəzdə aktiv Məşğulluq tədbiri olan «Əmək Yarmarkaları» keçirilmiş, tədbirlərdə mərkəz tərəfindən 118 nəfər iş axtaran vətəndaş daimi işlə təmin olunmuşdur.
«Ərazi Məşğulluq Proqramı»na əsasən cari ilin birinci rübü ərzində 60 nəfər iş axtaran vətəndaş üçün Mərkəzdə «İngilis dili» üzrə peşə kursu, 48 nəfər iş axtaran üçün «Ofisiant», 12 nəfər iş axtaran üçün isə «Katibə-referent», 15 nəfər iş axtaran üçün «Kompyuter istifadəçisi», 16 nəfər üçün «Kompyuter mühasibliyi» kursları və 12 nəfər üçün «Dərzi» peşə kursu açılmışdır ki, bu kurslara cəlb olunanların 94 nəfəri gəncdir.
İl ərzində 91 nəfərə işsizlik müavinəti təyin edilmişdir ki, onlardan 46-ı qadın, 45 nəfəri kişidir.
Səbail rayon Gigiyeva və Epidemiologiya Mərkəzi tərəfindən 2012-ci il ərzində məcburi ilkin və dövrü tibbi müayinələrə 7104 nəfər cəlb olunmuş, müayinədən keçməyən 9 nəfər işdən kənarlaşdırılmış, sanitariya norma və qaydalarını pozmaqla inzibati xətaya yol vermiş 62 nəfər məsul şəxs cərimə məsuliyyətinə cəlb olunmuş və 11 obyektin istismarının dayandırılması haqqında qərar qəbul edilmişdır.
Aparılan sanitar-gigiyenik əksepidemik tədbirlər nəticəsində göy öskürək, paratiflər, vəba, qarın yatalağı, poliomielit, difteriya, qızılça, məxmərək, tetanus, qara yara, quduzluq, malyariya, kəskin süst iflicləri, sepsis, brüselyoz və s. xəstəliklər qeydə alınmamış, bir sıra xəstəliklərin– vərəm, skarlatina, sizənək, «A», «B», «S» tipli hepatitlər, sifilis, salmanelyoz, su çiçəyi, trixosefalyoz kimi xəstəliklərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə azalmışdır.
İl ərzində Mərkəzin işçiləri tərəfindən 216695 həyətyanı gəzintilər təşkil olunmuş, 626 infeksion xəstəlik aşkarlanmışdır ki, bu da 0,3% təşkil edir.
2012-ci ilin 23-28 aprel tarixlərində rayon üzrə immunizasiya həftəsi keçirilmiş, peyvənddən kənar qalan 483 uşağa peyvənd vurulmuşdur.
Hesabat dövrü ərzində rayon ərazisində ərzaq məhsullarının istehsalı, saxlanılması, daşınması və satışı üzərində Dövlət Sanitariya Nəzarətinin gücləndirilməsi təmin edilmiş, qida zəhərlənmələri, toksiyoinyeksiyaların və qida mənşəli digər yoluxucu xəstəliklərin qarşısını almaq üçün əhali arasında profilaktiki tədbirlərin aparılması gücləndirilmiş və qida məhsulları ilə əlaqədar baş verən hər bir zəhərlənmə hadisəsi araşdırılmış, müvafiq tədbirlər görülmüşdür.
Rayonun sanitariya təmizliyi işlərinə nəzarət gücləndirilmiş, 622 reyd yoxlaması aparılmış, 11 obyektin sanitar vəziyyəti sanitariya normalarına cavab vermədiyinə görə istismarının müvəqqəti dayandırılması haqqında qərar çıxarılmış və icra edilmiş, 39 nəfər cavabdeh şəxs cərimə olunmuşdur. Rayon ərazisində istehsal olunan 74 yeyinti məhsuluna gigiyenik sertifikat alınmışdır.
May ayından oktyabr ayına kimi ayda 2 dəfə olaraq Şıx çimərlik zonasında dənizdən su nümunələri götürülmüş və muvafiq laboratoriyalara göndərilmişdir.
Hesabat dövründə Badamdar qəsəbəsində Mikayıl Müşviq küçəsində Botanika bağının hasarları yenidən tikilib üzlənmiş, Badamdar şossesi boyunca yeni istinad divarı çəkilmişdir. Neftçilər döngəsindəki 5 və 7 saylı binalarının üzlənib təmir olunmuş, həmin küçədə daha 3 binanın təmiri ilə bağlı işlərə başlanmışdır.
Ötən il ərzində qəsəbə ərazisində 326 ünvanda yerləşən yaşayış binalarında və mənzillərdəki su xətlərində baş vermiş qəzalar aradan qaldırılmış, Badamdar şossesi, 2-ci və 3-cü yaşayış massivləri, Seyran Məmmədov, Seymur Məmmədov, Nurəddin Paşayev, Tofiq Məmmədov və Əziz Nəzərov küçələrində ümumilikdə 39200 kv. metr asfalt örtüyü təmir olunmuş, Badamdar şossesində və digər küçələrdə 150-dən çox işıq dirəyi rənglənmiş, qəsəbə ərazisindəki zibil meydançalarında təmir işləri aparılmış, konteynerlər rənglənmişdir.
Badamdar şossesindəki mağaza, ofislər və iaşə obyektlərinin fasadlarında təmir işlərinin aparılması, divarlara aqlay daş döşənməsi işləri davam etdirilir.
Hazırda Dövlət Proqramında nəzərdə tutulmuş qəsəbədə yeni xəstəxana binasının və yeni idman zalının tikintisi ilə bağlı işlər davam edir.
Novruz bayramı münasibəti ilə qəsəbədəki «N» saylı hərbi hissədə bayram şənlikləri və konsert təşkil olunmuş, əsgərlərimizə bayram sovqatları təqdim olunmuşdur.
Ramazan bayramı münasibəti ilə 250 nəfər üçün qəsəbə mərkəzində, daha sonra isə 500 nəfər üçün «Bəyoğlu» şadlıq evində iftar süfrəsi təşkil olunmuşdur.
Keçən il Qurban, Ramazan və Novruz bayramlarında rayon İcra Hakimiyyəti və Badamdar Bələdiyyəsinin imkanları hesabına qəsəbədə məskunlaşmış köçkün, şəhid ailələri, Qarabağ əlilləri, kimsəsiz və imkansız olan ümumilikdə 500 ailəyə ərzaq payı paylanmışdır.
2012-ci il ərzində Bibiheybət qəsəbəsində də bir sıra işlər görülmüşdür. Qəsəbədəki Məktəb və Namiq Quliyev küçələrinə, Salyan şossesindən Badamdar qəsəbəsi istiqamətində uzanan yola, «Şahinbağ» yaşayış sahəsinə 10200 kv. metr yeni asfalt qatı salınmış, qəsəbə daxilində 4000 kv. metr sahədə fərdi yaşayış evlərinin hasarları və digər tikililərin divarları rənglənmiş, Səlyan şossesi boyunca yola 500 maşından çox torpaq qatı tökülərək, burada 750 kv. metr sahəyə qazon otu səpilmiş və dekorativ ağaclar əkilmişdir.
Muxtarov yaşayış sahəsindən «Dostluq parkı»na kimi ərazidə, Salyan yolu boyunca yerləşən bütün hasarlar təmir olunaraq rənglənmiş, qəsəbə ərazisində 500-dən çox ağac əkilmişdir.
Ötən il ərzində qəsəbə sakinlərinin elektrik enercisi, qaz və su ilə təminatı istiqamətində rayonun xidmət sahələri tərəfindən müavfiq tədbirlər həyata keçirilmişdir. 6-10 kV-luq kabel xətlərinin və KTM-lərin quraşdırılması, 0,4 kV-luq şəbəkənin yenidən qurulması işləri aparılmış, qəsəbədə abonentlər tam sayğaclaşdırılmış, Səlyan 32 ünvanda yaşayan sakinlərin qaz təchizatının yaxşılaşdırılması üçün yeni xətlərin çəkilməsi, istismara yararsız xətlərin yenilənməsi, yeni tikilən yaşayış evlərinin qazlaşdırılması işləri aparılmışdır.
Qurban, Ramazan və Novruz bayramlarında qəsəbədə məskunlaşmış köçkün, şəhid ailələri, Qarabağ əlilləri, kimsəsiz və imkansız olan ümumilikdə 300 ailəyə ərzaq payı paylanmış, qəsəbədəki xeyir-şər evində iftar süfrəsi təşkil olunmuşdur.
Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2012-ci il ərzində balansda olan mənzil fondunun qorunması, xidməti ərazinin təmizliyinin normal səviyyədə saxlanması üçün cari təmir və abadlıq işləri həyata keçirilmişdir.
Hesabat dövrü ərzində MKTB tərəfindən S.Vurğun küçəsi 1, H.Z.Tağıyev küçəsi 8, İstiqlaliyyət küçəsi 23, Ə.Əlizadə küçəsi 6/8, Cəfərov qardaşları küçəsi 15/84, 2-ci Mehdi Hüseyn döngəsi 9 və Şövkət Ələkbərova küçəsi 9, E. və A.Əlibəyovlar küçəsi 45, A.Şaiq küçəsi 7, Xanlar küçəsi 12, Şeyx Şamil 17, M.Muxtarov 9 ünvanlarında qəzalı vəziyyətdə olan dam örtüklərində təmir işləri aparılmışdır.
Murtuza Muxtarov küçəsi 9 saylı evin həyətində abadlıq işləri aparılaraq burada nümunəvi həyət yaradılmışdır. Həyətdə ağaclar budanmış, döşəməyə 700 kv.metr dekorativ plitə döşənmiş, pilləkən marşı və keçid meydançası təmir olunmuşdur. Əlavə olaraq mərkəzdə daha 4 həyətdə abadlıq işləri aparıllaraq nümunəvi həyət yaradılmışdır.
Ərazidəki 24 ədəd konteyner meydançası əsaslı təmir olunmuş, 1 yeni meydança tikilmişdir. Meydançalarda 1000 litrlik 150 ədəd yeni konteyner qoyulmuşdur.
Səməd Vurğun küçəsi 1 ünvanındakı həyətdə sakinlərin ümumi istifadəsində olan 3 ədəd sanitariya qovşağı, pilləkən keçidi və keçid meydançasının şüşəbəndi əsaslı təmir olunmuş, Zərifə Əliyeva küçəsi 21 və 23 saylı binaların keçid meydançalarının 50 kv. metr sahəsi əsaslı təmir olunmuş, Mehdi Hüseyn küçəsi 71 ünvanında kəskin qəzalı vəziyyətdə olan 1 ədəd eyvan bərpa olunmuş, Xanlar küçəsi 6 və 8 saylı binaların fasadları təmir olunaraq 500 kv. metr sahədə rənglənmişdir.
Badamdar qəsəbəsində, Badamdar şossesində və digər küçələrdə 150-dən çox işıq dirəyi rənglənmiş, Neftçilər küçəsi 1, 2 və 3 saylı binaların fasadlarında və Mikayıl Müşfiq küçələrindəki istinad davarlarında təmir işləri görülmüşdür.
Bibiheybət yolunda və Bayıl qəsəbəsində 10500 kv.metrdən çox istinad divarı və hasarlar təmir olunaraq rənglənmişdir. Hazırda bu küçədə təmir işləri davam etdirilir.
Mərkəzdə Lermontov küçəsi 113/117, Səid Rüstəmov küçəsi 3/6, Tərlan Əliyarbəyov küçəsi 9, Aydın Məmmədov küçəsi 2 ünvanlarındakı binalarda 85 kv. metr kanalizasiya xətti dəyişdirilmiş, buradakı həyətlərin kanalizasiya xətləri və quyuları əsaslı təmir olunmuşdur. Rastrapoviçlər küçəsi 9 saylı binanın 50 p/m su xətti dəyişdirilmişdir.
Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeni məktəb və uşaq bağçasına uzanan yolda abadlıq işləri aparılmış, 1500 kv. metr daş hasar, yol boyunda dəmir qapı və metal konstruksiyalar rənglənmiş, birliyin işçiləri və texnikası Dövlət Bayrağı Meydanı ətrafında, Bakı-Ələt avtomobil yolunun Bayıl yaşayış sahəsindən keçən hissəsinin yenidənqurma və abadlıq işlərində, həmçinin Bibiheybət yolu, Salyan yolu, Badamdar yolu ətrafında gedən abadlıq işlərinin həyata keçirilməsində yaxından iştirak etmişlər.
Birliyin xidməti ərazisində yerləşən məhəllədaxili yollara və həyətlərə 20.000 kv. metr sahəyə asfalt salınmışdır.
Ümumilikdə, il ərzində 255 kv. metr dam örtüyü əsaslı, 5000 kv. metr dam örtüyü isə cari təmir olunmuş, 96 kv. metr keçid meydançası əsaslı təmir edilmiş, 12500 kv. metr sahədə divar, 540 kv. metr həcmihdə işıq dirəklərində və metal konstruksiyalarda rəngləmə işləri aparılmışdır.
Payız-qış mövsümünə hazırlıqla bağlı MKTB-nin balansında olan mənzil fondunda 90 kv. metr ümumi istifadə yerləri şüşələnmiş, 45 ədəd qapı bloku, 52 ədəd pəncərə bloku təmir edilmiş, 358 p/m tüstü borusu təmizlənmiş, 570 p/m navalça təmir olunmuş və ya dəyişdirilmiş, 353 p/m binadaxili su xətləri, 287 p/m daxili kanalizasiya xətti, 350 p/m daxili istilik xətti, 262 p/m daxili elektrik xətti təmr olunmuşdur.
2012-ci il ərzində xidməti ərazidən 54000 kub metr məişət və 24000 kub metr iri qabaritli tullantılar daşınmışdır.
Səbail rayon Elektrik Təchizatı və Satış İdarəsi tərəfindən istehlakçılara satılmış olan elektrik enerjisinin dəyərinin yığımı 100% təşkil etmişdir. Əhali sektoru üzrə elektrik enerjisinə görə yığım 103 % olmuşdur.
Keçən il ərzində rayon ərazisində əhalinin, həmçinin ərazidə yerləşən sənaye müəssisələri, idarə və təşkilatlar, təhsil, səhiyyə, mədəniyyət və s. obyektlərini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək istiqamətində bir çox işlər həyata keçirilmişdir. İl ərzində «İçəri şəhər», «Yeni Bayıl» və «Bayraq Meydanı» yarımstansiyaları istifadəyə verilmiş, 20-ci sahə ərazisində daha 2 yeni yarımstansiya tkintisi başa çatmışdır.
Hesabat ili ərzində Bibiheybət, Badamdar qəsəbələrində, 20-ci yaşayış sahəsində 10 transformator məntəqəsini əhatə edən 1540 əhali istehlakçılarına yeni SİP kabellər çəkilmiş, ümumilikdə əhali abonentlərin 3127, qeyri-əhali abonentlərin 603 sayğacı dəyişdirilmişdir.
20-ci sahədə 2 ədəd KTM, 1 transformator məntəqəsində paylayıcı lövhələr, Badamdar qəsəbəsində qaçqınların məskunlaşdığı ərazidə 1 ədəd KTM, 2 transformator məntəqəsində paylayıcı lövhələr quraşdırılmış, Mikayıl Müşfiq küçəsində 3 ədəd KTM köçürülmüş, 6 kv-luq hava xətti kabel xətti ilə əvəz olunmuşdur.
20-ci sahədə, Gülbala Əliyev və Arif İsmayılov küçələrində «Yeni Bayıl» yarımstansiyasından mövcud transformator məntəqələrinə kimi iki dövrəli, 6 kv-luq hava xətləri kabel xətləri ilə əvəz olunmuşdur.
Əl Oyunları Sarayının qarşısında yolun genişləndirilməsi ilə əlaqədar 6 kv-luq kabel xətləri yeni istifadəyə verilmiş «İçərişəhər» yarımstansiyasına köçürülmüşdür.
Mərkəz hissədə 8 ədəd transformator məntəqəsində paylayıcı lövhələr quraşdırılmış, Dənizkənarı Milli Bulvarda 1 ədəd transformator məntəqəsi ləğv olunmuş, 2 ədəd daha tutumlu transformator quraşdırılmış, idarənin balansında olan 10 ədəd transformator məntəqələrində təftişlər aparılmışdır.
Payız-qış mövsümünə hazırlıqla bağlı balansda olan transformator məntəqələrində təmir-təftiş işləri aparılmışdır.
Səbail rayon Qaz İstismar Sahəsi tərəfindən rayon ərazisində 31557 əhali abonentinə, 716 qeyri-əhali abonentinə xidmət göstərilir. İstehlakçılara təbii qaz 6 ölçü qovşağından ötürülür.
Ötən il ərzində rayonda qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə Badamdar qəsəbəsi 1-ci və 3-cü yaşayış massivlərində, Bağlar küçəsində, Gülbala Əliyev-Buxta küçələri arasında 117941 p/m uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri çəkilmiş, 521 p/m qaz xəttində təmir işləri aparılmış, 7 Qaz tənzimləyici şkaf, 8 ədəd ventil və 16 ədəd siyirtmə yenisi ilə əvəz olunmuş, 383 ünvanda qaz xətlərində baş vermiş qəzalar aradan qaldırılmışdır.
Əhali sektoru üzrə il ərzində 5183 ədəd İtron smart qaz sayğacı quraşdırılaraq, rayonda quraşdırılmış smart kart tipli sayğacların ümumi sayı 8853-ə çatdırılmışdır. Bu istiqamətdə ki işlər dava etdirilir.
İstehlakçıların normal, stabil və təhlükəsiz təbii qazla təchiz olunması üçün müntəzəm tədbirlər görülür. Mənzillərdə və müəssisələrdə təlimata uyğun qaz cihazlarına texniki baxış keçirilir.
Dövlət Proqramının tam şəkildə yerinə yetirilməsi istiqamətində Səbail rayon Qaz İstismar Sahəsi tərəfindən işlər davam etdirilir.
2012-ci ildə istehlakçılara satılmış təbii qazın dəyərinin 97,9%-i ödənilmişdir ki, bu da əhali sektoru üzrə 103,1 %, qeyri-əhali sektoru üzrə ödəniş isə 90,8% olmuşdur. Əvvəlki illər müqayisədə itkilər 2,1 % azalmışdır.
Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq əzazidə baxışlar keçirilir, qaz qurğularının düzgün istismarı yoxlanılır, abonentlər arasında maarifləndirmə işləri aparılır. Baxışlar zamanı təbii qazdan qeyri-qanuni istifadə edən 281 vətəndaşa və qaz sayğacına müdaxilə etmiş 373 abonentə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» akt tərtib olunmuş, həmin abonentlər müvaifq qaydada cərimə olunmuşlar.
2 saylı İSİS tərəfindən 2012-2013-cü ilin istilik mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər çərçivəsində 15,66 km uzunluğunda istilik kəmərləri hidravlik təzyiqlə, 17 qazanxana kompleks şəkildə yoxlanmış, 29 ədəd qazan mexaniki üsulla təmizlənmişdir.
KSQC tipli 8 ədəd qazanların qapaqları yenisi ilə əvəz olunmuş, KSTV tipli qazanlarda daxili borular dəyişdirilərək əsaslı təmir olunmuşdur. həmçinin mövcud qazanlarda NÖÇ və avtomatika avadanlıqları əsaslı təmir olunaraq tam işlər vəziyyətə gətirilmişdir.
4 ədəd nasos əsaslı, 48 ədəd nasos yoxlanılaraq cari, 2 qazanxanada isə istilik mübadələ aparatları əsaslı təmir olunmuşdur.
İstismarda olan siyirtmələr yoxlanmış, yağlanmış və lazımi yerlərdə kipcələr yeniləri ilə əvəz olunmuşdur.
Qazanxanalardakı elektrik avadanlıqları təftiş olunmuş, hər bir qazanxanada torpaqlama sistemi yoxlanılmışdır. Qazanların kərpic örtükləri bərpa olunmuş, qazanxanaların ərazisi abadlaşdırılmışdır.
T.Elçin küçəsi 4, 5, 6, 7, 8 və Lermontov küçəsi 3 ünvanlarındakı yaşayış binalarının aşağı paylama sistemləri əsaslı təmir olunmuş, istilik xətti tam yeniləşdirilmişdir.
Səbail rayon Sukanal Departamenti tərəfindən hesabat dövründə rayon ərazisində 9253 p/m uzunluğunda yeni su xətləri çəkilmiş, 1956 p/m müxtəlif diametrli borular dəyişdirilmiş, 67 dəst yeni siyirtmə quraşdırılmış, 34 dəst siyirtmə təmir olunmuş, 6 ədəd yeni su anbarı tikilmiş, 1 anbar təmir olunmuş, 2 ədəd anbar yuyulmuş, 3 ədəd nasosxana ləğv olunmuş, 21 ədəd nasosxana Departamentin balansına qəbul olunmuş, 16 ədəd yeni nasos və 7 ədəd yeni mühərrik quraşdırılmış, 24 ədəd nasos, 6 ədəd mühərrik, 12 ədəd yanğın hidrantı təmir olunmuş və 2715 ünvanda su axıntılarının qarşısı alınmışdır.
Rayonun kanalizasiya şəbəkəsində 8000 p/m xətt, 3830 p/m yağış suları yığan şəbəkə, 510 ədəd baxıcı quyuları, 300 ədəd yağış barmaqlığı təmizlənmiş, 10 dəst yağış barmaqlığı və 12 dəst kanalizasiya lyuku təmir olunmuşdur.
Badamdar qəsəbəsinin su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində görülən işlər çərçivəsində qəsəbədəki 3-cü yaşayış massivində 5 ədəd yeni su anbarları tikilmiş, digərlərinin də tikintisi davam edir və bu işlərin 2013-cü ilə kimi başa çatması nəzərdə tutulmuşdur.
Görülən tədbirlər nəticəsində günaşırı içməli su ilə təmin olunan Badamdar qəsəbəsində artıq sakinlərə yeni qrafik üzrə hər gün su verilir. Qəsəbədəki yaşayış evləri və fərdi evlərin içməli su ilə təminatı buradakı su xətlərinin tam şəkildə yeniləşməsindən sonra daha da yaxşılaşacaqdır.
Avqust aynın 18-də Bayıl yaşayış sahəsində «Əbədi məşəl» kompleksinin yaxınlığında «Gülüstan» sarayına doğru uzanan ərazidə torpaq sürüşməsi hadisəsi baş vermiş, bir sıra yerlərdə çatlar əmələ gəlmişdir. Sürüşmə baş verən kimi dərhal Fövqəladə Hallar Nazirliyi, Səbail rayonun təsərrüfat xidmətləri, rayon polis İdarəsinin əməkdaşları və bir sıra digər qurumların nümayəndələri əraziyə gəlmiş, burada nəqliyyatın hərəkəti dayandırılmış, yaranmış çatlar gil-torpaq qarışığı ilə doldurulmuş, müvafiq bərkitmə işləri aparılmışdır. Sürüşmənin səbəblərinin araşdırılması və qarşısının alınması məqsədi ilə mütəxəssislər cəlb olunmuş, Baş Nazirin müavini, Fövqəladə Hallar Komissiyasının sədri Abid Şərifov, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov və s. rəsmi dövlət nümayəndələri hadisə yerində olmuş, mütəmadi olaraq keçirilən müşavirələrdə torpaq sürüşməsinin dayandırılması və nəticələrinin qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər hazırlanmış və həyata keçirilmişdir.
Hazırda bu ərazidə qoyulan mayaklar gündəlik yoxlanılır, heç bir aktivləşmə və sakinlərin həyatı üçün hər hansı təhlükə baş verməmişdir.
Dekabr ayının 1-də Badamdar şossesinin Badamdar qəsəbəsindən 20-ci yaşayış sahəsinə uzanan avtomobil yolunun sağ hissəsindəki yamacda da sürüşmə hadisəsi baş vermişdir. Sürüşmənin eni 180-220 metr, uzunluğu 25 metrə qədər, çatın dərinliyi isə 4-5 metrə qədər olmuşdur. Dövlət rəsmiləri, əlaqədar qurumlar və Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri hadisə yerində olmuş, sürüşmənin nəticələrinin müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər hazırlanaraq həyata keçirlməyə başlanmışdır. Yolun sürüşmə ərazisinə düşən hissəsində avtomobillərin hərəkətinə qadağa qoyulmuş, əlaqədar qurumlar tərəfindən burada kommunikasiya xətlərinin yenilənməsi və yamacda möhkəmləndirmə işləri aparılır, əraziyə gündəlik nəzarət olunur.
2012-ci ildə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər və görüşlər təşkil olunmuş, silsilə layihələr həyata keçirilmişdir. İlk olaraq yanvar ayında rayonun Badamdar və Bibiheybət qəsəbə nümayəndəliklərinin rayon rəhbərliyi, müxtəlif xidmətlərin, ictimaiyyət nümayəndələrinin, qəsəbə sakinlərinin iştirakı ilə 2011-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmiş, bu yığıncaqlarda qəsəbələrdə görülən işlər, həyata keçirilən layihələrdən, həlli vacib problemlər və onların aradan qaldırılması yollarından danışılmışdır.
Fevral ayının 1-də rayon İcra Hakimiyyətinin iclas zalında Səbail rayon İcra Hakimiyyətinin 2011-ci ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilmiş, keçən il ərzində həyata keçirilən işlər müzakirə olunaraq 2012-ci il üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Yığıncağın yekunlarına görə rayon İcra Hakimiyyətinin 2011-ci il üçün fəaliyyəti «qənaətbəxş» qiymətləndirilmişdir.
İl ərzində mütəmadi olaraq rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasları keçirilmiş, rayon İcra Hakimiyyətinin 2012-ci il üçün təsdiq olunmuş tədbirlər planında nəzərdə tutulmuş məsələlər müzakirə olunmuşdur.
Yanvar ayında 20 Yanvar faciəsinin ildönümünün keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyətində Tədbirlər planı hazırlanaraq RİH Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.
Tədbirlər planı çərçivəsində yanvar ayının 17-də rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə rayon İcra Hakimiyyətində keçirilən görüşdə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi yad edilmiş, tədbirdə rayon rəhbərliyi 20 Yanvar əlillərinin və şəhid ailələrinin məişət qayğıları və problemləri ilə maraqlanmışlar. Görüşdə şəhid ailələri və əlillərə maddi yardım və ərzaq bağlamaları təqdim olunmuşdur.
Azərbaycan Dövlət Pedaqoji Universitetində, Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Dövlət İqtisad Universitetində və Dövlət Dəniz Akademiyasında 20 Yanvar faciəsi ilə əlaqədar yığıncaqlar və toplantılar keçirilmiş, Qanlı Yanvara həsr olunmuş sərgilər təşkil olunmuşdur. İstiqlal Muzeyində «Qərb» Universiteti kollektivi ilə birgə «20 Yanvar faciəsi şəkillərin dili ilə» mövzusunda tədbir-sərgi təşkil olunmuşdur.
Faciənin ildönümü ərəfəsində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında faciənin ildönümünə həsr olunmuş kitab sərgisinin, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında «Mənim ağ göyərçinim» tamaşasına baxış keçirilmişdir.
Rayonun orta məktəblərində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı dərslər keçirilmiş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilmiş, divar qəzetləri buraxılmışdır. Rayonun orta və ali məktəblərində keçirilən tədbirlərdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri iştirak etmişlər.
Tərtib olunmuş qrafik üzrə 15-19 yanvar tarixlərində orta və ali məktəblərin şagird və tələbələri tərəfindən «Şəhidlər Xiyabanı»nın ziyarət olunması təşkil edilmişdir.
20 Yanvar faciəsi ilə bağlı rayondakı bütün dini ibadət yerlərində şəhidlərin ruhuna dualar oxunmuş, Bibiheybət ziyarətgahında və İçəri şəhər «Cümə» məscidində ehsanlar verilmişdir.
20 Yanvar faciəsi ilə bağlı rayonda keçirilən tədbirlər və görülmüş işlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
2 Fevral – Azərbaycan Gəncləri günü ənənəvi olaraq Səbail rayonunda geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonda bir sıra tədbirlər və idman yarışları keçirilmişdir. Azərbayan Gəncləri günü ərəfəsində isə Heydər Əliyev Fondu tərəfindən Səbail rayon gənclərinə böyük töhfə bəxş olunmuşdur. Fondun həyata keçirdiyi xoşməramlı işlərdən biri kimi Səbail rayon sakini, valideyn himayəsindən məhrum olmuş Tofiq Əhədov üçün toy mərasiminin keçirilməsinə hərtərəfli dəstək göstərilməsi olmuşdur.
Yetkinlik yaşına çatmayan Tofiq Əhədov uzun müddət idi ki, İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən himayəyə alınmış, onun yaşayışına, təhsilini başa vurmasına, sonradan isə işlə təmin olunmasına köməklik göstərilmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Gəncləri günü ərəfəsində «Neolit» şadlıq sarayında Tofiq Əhədovun toy mərasiminə rayonun istehsalatda, təhsildə, ictimai, elmi-pedaqoci fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunmuşdur.
Təntənəli mərasimdə iştirak edən Heydər Əliyev Fondunun nümayəndələri Məhəbbət Mehdiyeva və İlqar Mustafayev yeni ailə həyatı quran gəncləri – Tofiq və Elinanı Heydər Əliyev Fondu və Fondun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyevanın adından təbrik etmiş, onlara xoşbəxtlik və ailə səadəti arzulamışlar. Heydər Əliyev Fondu tərəfindən gənc ailəyə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tədbirdə Səbail rayonunun ictimai-siyasi həyatında, təhsildə, idmanda fərqlənən bir qrup gəncə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı ilə davam etmişdir.
«Xocalı soyqırımının iyirminci ildönümü haqqında» Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2012-ci il tarixli sərəncamının icrası ilə bağlı rayonda faciənin ildönümünün keçirilməsi üçün tədbirlər planı hazırlanaraq RİH Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.
Təbirlər çərçivəsində Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə almaniyalı ictimai xadim, Maqdeburq şəhəri Bazar İqtisadiyyatı İnstitutunun rəhbəri, ilk dəfə olaraq alman dilində Xocalı faciəsinə həsr olunmuş «Xocalı» kitabının müəllifi Rolf Kunş, kitabın ərsəyə gəlməsində böyük rolu olmuş Almaniyanın Zaxsen-Anhalt Əyaləti Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev və Cəmiyyətin üzvü, peşəkar boks üzrə İBO İnterkontinental çempionu Azad Əzizov Bakıya dəvət olunmuş, səfərlə bağlı təşkilati məsələlər RİH tərəfindən həyata keçirilmişdir.
Fevral ayının 23-də «Hilton-Baku» mehmanxanasında rayon rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, ağsaqqallar, gənclər, müharibə veteranları, din xadimləri, bir çox ictimai təşkilat və birliklərin, həmçinin çoxsaylı mətbuat işçilərinin iştirakı ilə Rolf Kunşun «Xocalı» kitabının təqdimat mərasimi keçirilmiş, tədbirdən əvvəl iştirakçılar və qonaqlar mehmanxananın foyesində təşkil olunmuş Xocalı faciəsinə həsr olunmuş foto stendlər və kitab sərgisi ilə tanış olmuşlar. Tədbirdə həmin kitabın ingilis və rus dillərinə tərcümə olunması, ali və orta təhsil müəssisələrinə paylanması təklifləri olmuşdur.
RİH-nin tədbirlər planına uyğun olaraq fevral aynın 24-də rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Səbail rayon rəhbərliyi və Xocalı rayon İcra Hakimiyyətinin məsul işçilərinin iştirakı ilə rayonda məskunlaşmış Xocalıdan köçkün düşmüş 23 ailənin üzvləri ilə görüş keçirilmiş, onların problemləri dinlənilmiş, bu ailələrə yardımlar göstərilmişdir.
Rayonun idarə, müəssisə və təşkilatlarında Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilmişdir. Həmin tədbirlər çərçivəsində fevral ayının 22-də Səbail rayon Gənclər və İdman İdarəsi, «Qərb» Universiteti və «Nurlu sabah» Gənclərə Qayğı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş dəyirmi masa, fevralın 23-ü və 24-də Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Dövlət Pedaqoci Universitetində, Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Dəniz Akademiyasında anım tədbirləri keçirilmişdir.
Faciənin ildönümü ilə bağlı Bakı şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bakı şəhəri üzrə keçirilən «Mahir nişançı» birinciliyində Səbail rayonunun komandası qalib gələrək birinci yerə çıxmışdır.
Fevral ayının 26-da Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-publisist Vaqif Əlixanlının əsəri əsasında səhnələşdirilən «Əcəl atı» tamaşasına ictimai baxış keçirilmişdir.
Fevral ayının 24-də rayonun bütün ali və orta məktəblərində keçirilən ilk dərslər Xocalı faciəsinə həsr olunmuş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, divar qəzetləri buraxılmış, inşa müsabiqəsi keçirilmişdir.
Fevral ayının 26-da rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri Bakıda təşkil olunmuş ümumxalq yürüşündə iştirak etmiş, faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunmuş, abidə önünə çiçək dəstələri qoyulmuşdur.
Dövlət başçısı tərəfindən 2012-ci ilin «İdman ili» elan olunması ilə bağlı RİH tərəfindən hazırlanmış tədbirlər çərçivəsində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mart ayının 2-də rayon rəhbərliyi, rayon ictimaiyyətin nümayəndələrinin, ali və orta məktəblərin tələbə və şagirdlərinin, gənclərin və idmançıların, ümumilikdə 2000 nəfərin iştirakı ilə Əl Oyunları Sarayında 5 Mart-Bədən Tərbiyəsi və İdman günü»nə həsr olunmuş böyük bədii-kütləvi idman tədbiri keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanmışdır. İlk növbədə salonda səslənən vals musiqisi sədaları altında idman-bal rəqsləri klublarının cütlükləri rəqs etmiş, «Attila» İdman Klubu cüdoçuları, peşəkar «Rabitə» klubunun voleybolçuları, Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Gimnastika məktəbinin gimnast qızları və akrobatika gimnastları nümunəvi çıxışları, «Təbəssüm» rəqs qrupunun üzvləri isə rəqsləri ilə tamaşaçılar qarşısında çıxış etdilər. Daxili İşlər Nazirliyi Daxili Qoşunların Xüsusi təyinatlı dəstəsinin nümunəvi çıxışları tədbiri daha rəngarəng etmiş, tamaşaçıların alqışları ilə müşayiət olunmuşdur.
Tədbirdə idmanda fərqlənən bir qrup Səbailli gəncə və idman məşqçisinə rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuş, mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı ilə başa çatmışdır.
Mart ayının 7-də RİH tərəfindən 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı təşkil olunan tədbirlər çərçivəsində rayonun ictimai-siyasi həyatında fəal qadınların iştirakı ilə «FAYM» restoranında tədbir və konsert təşkil olunmuşdur. Həmçinin bayram münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil müəssisəsinin tələbə və əməkdaşlarının 700-dən artıq əl işlərindən ibarət sərgi keçirilmişdir.
Səbail rayonunda Novruz şənliklərinin keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanaraq təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.
Tədbirlər planı çərçivəsində mart ayının 14-15-də rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri DİN Daxili Qoşunlarının Bərdə şəhərindəki və rayonun hamilik etdiyi cəbhə bölgəsindəki «N» saylı hərbi hissənin Tərtər rayonunda xidmət edən şəxsi heyəti ilə görüşlər keçirmiş, əsgərlərə rayon məktəbləri və uşaq bağçaları tərəfindən hazırlanmış bayram şirniyyatları, hədiyyələr və əsgər məktubları çatdırılmış, xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupuna RİH-nin qiymətli hədiyyələri təqdim olunmuş, bayram konsertləri təşkil edilmişdir.
Mart ayının 17-də rayonda fəaliyyət göstərən bir sıra ictimai təşkilatların, o cümlədən Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, 20 Yanvar və Çernobıl cəmiyyətinin, Əlillər, Vətən Müharibəsi Veteranları Birliyinin, Veteran Təşkilatları və Ağsaqqallar Şuralarının, Gözdən əlillər cəmiyyətinin, Rus icmasının, «Sodrujestvo» cəmiyyətinin və s. təşkilatların rayon şöbələrinin nümayəndələrinin, rayonda məskunlaşmış məcburi köçkünlərin iştirakı ilə rayon İcra Hakimiyyəti rəhbərliyinin görüşü keçirilmiş, onlara ərzaq yardımlarının verilməsi təşkil olunmuşdur. Bayram payları rayondakı 27 yataqxanada məskunlaşmış məcburi köçkün, həmçinin Şəhid və Qarabağ müharibəsi əlili və veteranı ailəsinə, xəstə və kimsəsizlərə, yardıma daha çox ehtiyacı olan ailələrə, ümumilikdə isə 3500-ə yaxın ailəyə paylanmış, əlavə olaraq 300 ailəyə qurban əti çatdırılmışdır.
Əlavə olaraq martın 20-i və 23-də isə Bibiheybət qəsəbə nümayəndəliyi tərəfindən qəsəbədəki 50 saylı məktəbin həyətində və Badamdar qəsəbə nümayəndəliyi tərəfindən isə qəsəbədəki «N» saylı hərbi hissənin şəxsi heyəti üçün qəsəbələrin mədəniyyət evləri və tanınmış incəsənət xadimlərinin iştirakı bayram tədbirləri keçirilmişdir.
Rayonun iri ali təhsil müəssisələrindən olan Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Pedaqoci Universitetində tələbə və müəllim heyəti tərəfindən böyük bayram tədbirləri təşkil olunmuş, bayram ərəfəsində rayonun orta məktəb və məktəbəqədər tərbiyə müəssisələrində çoxsaylı ədəbi-bədii bayram şənlikləri keçirilmiş, 132-134 saylı Təhsil Kompleksi, 160 saylı Klassik gimnaziya, 49, 51, 91 və 190 saylı orta məktəblərin müəllim kollektivi və şagirdləri tərəfindən ətraf ərazidə yaşayan ahıl və kimsəsiz vətəndaşlara, 190 saylı orta məktəbin kollektivi isə əlavə olaraq 1 saylı Uşaq Nevroloji Mərkəzinə bayram sovqatları çatdırmışlar.
Səbail rayon Mərkəzi Kitabxana Sistemi tərəfindən 3 saylı filialda rayonun 49 və 203 saylı orta və Cövdət Hacıyev adına 3 saylı Uşaq Musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə «Xoş gəldin, Novruz!» mövzusunda musiqili bayram tədbiri keçirilmiş, martın 19-da Səbail RİH-nin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Tofiq Quliyev adına 12 saylı Uşaq Musiqi məktəbi şagirdlərinin fiziki cəhətdən qüsurlu, valideyn himayəsindən məhrum olmuş, aztəminatlı və əlil ailələrinin uşaqları üçün xeyriyyə konserti təşkil olunmuşdur.
20-24 mart tarixlərində İçəri şəhərdə «İçərişəhər» DTMQ İdarəsinin təşkilatçılığı ilə Novruz bayramı ilə əlaqədar «Meydan bazarı» tədbirləri keçirilmiş, bu tədbirlərdə paytaxtımızın minlərlə sakini və qonaqları iştirak etmişlər.
Xalqımızın tarixinə qanlı səhifə kimi yazılmış – 1918-ci il martın 30-31-də erməni daşnaklarının bolşeviklərlə birgə Azərbaycanlılara qarşı həyata keçirdikləri mart qırğınlarının 94 ili tamam olmuşdur. Bununla əlaqədar mart ayının 30-da Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki «Sinema-klub»da rayon rəhbərliyi, rayondakı idarə və təşkilat, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, ağsaqqallar, gənclər, müharibə veteranları, bir çox ictimai təşkilat və birliklərin nümayəndələrinin iştirakı ilə tanınmış kinorecissor Vahid Mustafayevin yeni çəkdiyi «Xoca» filminə ictimai baxış keçirilmişdir.
Tədbirin əvvəlində soyqırım qurbanlarının xatirəsi yad olunmuş, soyqırım tarixi barədə geniş məlumat verilmişdir. Nümayiş etdirilən «Xoca» filmini zala toplaşan ictimaiyyət nümayəndələri diqqətlə izləmişlər.
Aprel ayının 16-da rayondakı 132-134 saylı Təhsil Kompleksində rayon rəhbərliyi və pedaqoji ictimaiyyətin nümayəndələri, Millət vəkilləri, Avropa Şurası Baş Katibliyinin Azərbaycandakı xüsusi nümayəndəliyinin, UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin, hüquq mühafizə orqanlarının, bir çox qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Avropa Şurası tərəfindən «Uşaqlara qarşı zorakılıq» Proqramı çərçivəsində «Biz zorakılığa yox deyirik!» mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın «Uşaqlara qarşı zorakılıq» proqramının Azərbaycandakı parlament əlaqələndiricisi, Millət vəkili Sevinc Fətəliyeva mövzu ilə bağlı geniş məruzə etmiş, Səbail rayon orta məktəb şagirdləri tərəfindən uşaqlarla bağlı müxtəlif mövzularda məruzələr dinlənilmiş, Millət vəkilləri, UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin Uşaq Müdafiəsi şöbəsinin rəhbəri, Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi və başqaları mövzu ətrafında çıxış etmişlər.
Aprelin 18-də Azərbaycanda musiqi təhsilinin inkişafında mühüm rol oynayan qocaman sənət ocağı – Rəşid Behbudov adına 2 saylı onbirillik musiqi məktəbinin yaranmasının 80 illiyi böyük təntənə ilə qeyd olunmuşdur. Bu münasibətlə məktəbin konsert zalında yubiley tədbiri keçirilmişdir.
Yubiley tədbirində məktəbin ölkəmizin mədəniyyətinin inkişafı, gənc musiqiçilərin yetişdirilməsi istiqamətində görülən işlərdən və məktəb şagirdləri və məzunlarının qazandığı uğurlardan danışılmış, məktəbin pedaqoji kollektivinin işini yüksək qiymətləndirmiş və kollektivə yaradıcılıq uğurları arzulanmışdır.
Tədbirdə məktəbin şagirdlərinin ifasında bayram konserti keçirilmiş, məktəbin tarixinə həsr olunmuş film nümayiş etdirilmiş, məktəbə Səbail RİH-nin qiymətli hədiyyəsi təqdim olunmuşdur.
Aprelin 20-də Azərbaycan Dövlət Pedaqoci Universitetində bu ali məktəbin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Ölkəmizin ayrı-ayrı qurumlarının, Milli Məclis deputatlarının, Türkiyədən ölkəmizə gəlmiş təhsil işçilərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin təhsilimizə göstərdiyi qayğıdan bəhs etmiş, dahi rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamış, Azərbaycanın təhsil tarixində xüsusi yeri olan Universitetin fəaliyyəti barədə fikirlərini qeyd edən natiqlər Universitetin müəllim və tələbələrinə yeni nailiyyətlər arzulamışlar.
Bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının ildönümü ilə bağlı aprelin 24-də Səbail rayon İcra Hakimiyyətində qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinləri ilə görüş keçirilmişdir. Toplantıda qeyd olunmuşdur ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş 90 nəfərin 40-ı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd və müavinətlərlə, müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar. Son bir il ərzində rayonda 2 nəfər Çernobıl əlili mənzillə, 1 nəfər minik avtomobili ilə təmin olunmuş, 12 nəfər sanatoriyaya göndərilmişdir. Respublikamızda radiasiya şüalanmasından əziyyət çəkən vətəndaşlar üçün Mingəçevir şəhərində xüsusiləşdirilmiş müalicə mərkəzinin yaradılması ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin səyləri müsbət qarşılanmışdır.
Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olunmuşdur.
Aprelin 27-də rayonun 6 saylı tam orta məktəbinin akt zalında Azərbaycanın əməkdar elm xadimi, Tibb elmləri doktoru, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən «Zərifə Əliyeva – Ana, Qadın və Alim» mövzusunda inşa yazı müsabiqəsinin yekun tədbiri keçirilmişdir.
Müsabiqədə rayonun orta məktəblərinin hər birindən 1 ən yaxşı inşa yazı olmaqla 19 inşa yazı seçilərək münsiflər heyətinə təqdim olunmuşdur.
Tədbirdən əvvəl qonaqlar və iştirakçılar «Fəxri Xiyaban»da Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək, məzarları önünə tər çiçəklər düzüblər.
6 saylı məktəbdə keçirilən tədbirdə Milli Məclisin müavini Bahar Muradova, millət vəkilləri Rəbiyyət Aslanova, Calə Əliyeva, «Kaspi» qəzetininin rəhbəri, şairə Sona Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, TQDK-nin sədri Məleykə Abbaszadə, İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Elmira Süleymanova və digər elm və ictimai xadimlər iştirak etmişlər.
Tədbirin sonunda münsiflər heyətinə təqdim edilən inşalar içərisindən seçilən 16 inşa müəllifinə həvəsləndirici mükafatlar təqdim olunmuş, 1 nəfər 3-cü yer, 2 nəfər 2-ci yer tutmuş və həmçinin müsabiqənin qalibi elan olunmuş Bakı Oksford məktəbinin 10-cu sinif şagirdi İlkin Əsgərli Səbail rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
May ayının 2-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89 illiyi ilə əlaqədar Səbail rayonunda ənənəvi «Gül bayramı» keçirilmişdir.
Bu əlamətdar bayramla əlaqədar şəhərin mərkəzindəki «Sahil bağı»nda lazımi abadlıq işləri aparılmış, bayramın gözəl və yaddaqalan keçməsi üçün Dövlət Neft Şirkəti, rayonun orta məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən ciddi hazırlıq tədbirləri görülmüşdür. Rayonun orta və orta ixtisas məktəblərinin, Uşaq yaradıcılıq mərkəzinin şagirdlərinin müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, aplikasiyalar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilmiş, şagirdlərin fantaziyaları və imkanları nümayiş etdirilmiş, bütün bunlar isə bayramda iştirak edən Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının diqqətini cəlb etmişdir.
Tədbirdə iştirak edən rayon rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri «Sahil bağı»nı gəzmiş, maraqlı gül ekspozisiyaları ilə tanış olmuş, bayramın iştirakçıları ilə səmimi söhbətlər etmişlər. Sonra Bakı şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilmiş, əl işləri onlara xoş təsir bağışlamışdır.
Təsviri incəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdiyi şəkillər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri və məktəblilərin bütün gün ərzində davam edən konsert proqramı tədbiri daha baxımlı və maraqlı etmişdir. Konsertdə tanınmış incəsənət xadimləri ilə bərabər rayonun orta ümumtəhsil və musiqi məktəblərinin kollektivləri çıxış etmişlər.
Bakı şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyası tərəfindən Bakı şəhərinin rayonları üzrə keçirilən «Gül bayram»larına yekun vurulmuş, bu il ilk dəfə olaraq Səbail rayonunda keçirilən bayram tədbiri şəhər üzrə III yerə layiq görülmüşdür. «Gül bayramı»nda nümayiş etdirdikləri əl işlərinə görə 236 saylı orta məktəbin şagirdi Ülviyyə Əhmədova, 239 saylı orta məktəbin şagirdi Elnarə Mürsəlova, 35 saylı Texniki Yaradıcılıq Mərkəzinin şagirdi Gövhər Abbasova, Azərbaycan Dövlət Pedaqoji Universiteinin tələbələri Əminə Cəfərova və Aytən Dadaşova Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və pul mükafatı ilə mükafatlandırılmışlar.
Həmçinin Bakı Oksford məktəbinin və 91 saylı orta məktəbin gül geyimli uşaqları, 136 saylı Uşaq bağçası və Cövdət Hacıyev adına 3 saylı Musiqi məktəbi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla mükafatlandırılmışdır.
Azərbaycan xalqının Ümummmilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı rayonda keçirilən tədbirlər planına uyğun olaraq may ayının əvvəlində son illər ərzində rayonda sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, həyata keçirilən iri miqyaslı layihələr, görülən işlər, keçirilən tədbirlərə həsr olunmuş «Xalq nəzarəti» jurnalının xüsusi buraxılışı çapdan çıxmışdır.
Jurnalda Səbail rayonunda qazanılan uğurlar, görülən geniş miqyaslı işlərə həsr olunmuş «İntellektual potensial və mədəni irsin mərkəzi – Səbail rayonu» başlığı ilə məqalə dərc olunmuşdur. Məqalədə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin və o cümlədən, Səbail rayonunun inkişafı üçün gördüyü işlərdən söz açılmış, onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonuna göstərdiyi diqqət və qayğı, onun tapşırıq və göstərişlərinə əsasən rayon ərazisində aparılan misli görünməmiş işlər, həyata keçirilən layihələr, şəxsi iştirakı ilə açılışı keçirilən obyektlər barədə məlumat verilmişdir.
Ulu öndər Heydər Əliyevin 89-cu doğum günü ilə bağlı böyük tirajla işıq üzü görmüş jurnal səbaillilərin bu əlamətdar hadisəyə daha bir töhfəsi olmuşdur.
Ulu öndərin doğum günü ilə əlaqədar may ayının 10-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qərərgahında əlamətdar günə həsr olunmuş təntənəli tədbir təşkil olunmuşdur. Tədbirdə iştirak edən Səbail rayonunun və Daxili Qoşunların rəhbərləri çıxış edərək Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, onun ölkə kimi dünya miqyasında tanınması, inkişaf və tərəqqisi üçün gördüyü əvəzolunmaz işlərdən danışmış, onun müasir Azərbaycan tarixindəki rolunu yüksək qiymətləndirmişlər.
May ayı ərzində II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 67-ci ildönümü Səbail rayonunda çox geniş və təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar rayonun idarə və təşkilatlarında, ali və orta məktəblərində tədbirlər, veteranlarla görüşlər, rayonda yerləşən çoxsaylı mədəniyyət müəssisələrində, o cümlədən, muzey və kitabxanalarda, sərgi salonlarında sərgilər təşkil olunmuşdur.
Rayon ictimaiyyətinin və gənclərin nümayəndələrinin iştirakı ilə müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidələrin yerləşdiyi parklarda iməciliklər keçirilmiş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun, üç dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Vannikovun büstlərinin və Bibiheybət qəsəbəsində II Dünya Müharibəsində həlak olmuş döyüşçülərin şərəfinə ucaldılmış abidə kompleksinin önünə gül-çiçəklər qoyulmuşdur.
Rayonun orta məktəblərinin kollektivləri məktəbə yaxın ərazilərdə yaşayan Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları mənzillərdə olmuş, onlara bayram sovqatları çatdırmışlar.
May ayının 7-də ənənəvi olaraq Qələbə günü ilə bağlı Bayıl yaşayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan bağda Səbail rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir.
Tədbirdən əvvəl veteranlar keçən il əsaslı təmir olunaraq ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə açılışı keçirilmiş parkı gəzmiş, buradakı şəraitlə tanış olmuşlar. Hərbi Dəniz Qüvvələrinin orkestrinin ifasında müxtəlif marşlar səslənmişdir. Parkda ucaldılmış Qafur Məmmədovun büstünün önünə RİH adından əklil qoyulmuş, musiqi sədaları altında rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar, donanmanın zabit və əsgərləri və məktəblilər büstün önünə tər çiçəklər düzmüşlər.
Sonra tədbir parkın qarşısında yerləşən, müharibə illərində təxliyə hospitalının fəaliyyət göstərdiyi Səbail rayonu, 49 saylı «İntellekt» liseyinin yeni istifadəyə verilmiş tədris korpusunda davam etdirilmişdir. Veteranlar və qonaqlar yeni korpusla tanış olmuş, burada məktəblilər üçün yaradılan şəraitdən razı qalmışlar. Təntənəli tədbirdə əlamətdar gün münasibəti ilə veteranlara təbriklər çatdırılmış, müharibə illərində azərbaycanlıların döyüşlərdə iştirakından, arxa cəbhədə fədakar əmək nümunəsi göstərmələrindən, Bakıda çıxarılan neftin müharibədə qələbə qazanılmasında əvəzsiz rolundan danışılmış, Ulu öndər Heydər Əliyevin müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan söhbət açılmış, hazırda müharibə əlilləri, veteranları və arxa cəbhə iştirakçılarına Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən hörmət və ehtirama görə ölkə başçısına minnətdarlıq bildirilmişdir.
Tədbirin sonunda veteranlara RİH tərəfindən hədiyyələr və maddi yardım təqdim olunmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin «Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin iyirminci ildönümü haqqında» sərəncamının icrası ilə bağlı Səbail rayonunda tədbirlər planı hazırlanmış, rayonun idarə, təşkilatlarında, orta və ali məktəblərində, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilmişdir.
Tədbirlər planı çərçivəsində may ayının 8-də Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi ilə birlikdə «Sahil bağı»nda «Azərbaycan Xalqının Soyqırım Qurbanları» mövzusunda foto sərgi təşkil olunmuşdur. Rayon rəhbərliyinin, rayonun orta və ali məktəblərinin kollektivlərinin, müharibə veteranları və əlillərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə sərginin açılışı keçirilmiş, iştirakçılar mənfur ermənilər tərəfindən zaman-zaman xalqımıza qarşı törədilmiş amansız soyqırım hadisələrinin əks olunduğu fotolara baxmışlar.
Eyni vaxtda həmin gün Şuşa rayon Gənclər və İdman İdarəsi tərəfindən «Sahil bağı»nda gənclərin Şuşanın işğalı ilə bağlı etiraz aksiyası keçirilmiş, iştirakçılar tərəfindən əhaliyə, xüsusilə xarici vətəndaşlara Şuşa barəsində açıqcalar paylanmışdır.
Həmin gün Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı Dövlət Gənc Tamaşaçılar Teatrında Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə rayonda məskunlaşmış Şuşa rayonundan olan məcburi köçkünlərlə görüş keçirilmiş və Səbail rayonunda məskunlaşmış Şuşa rayonundan məcburi köçkün olan 91 ailəyə RİH tərəfindən yardımlar təqdim olunmuşdur.
May ayının 17-də Səbail rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə «Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər» mövzusunda növbəti seminar-treninq keçirilmişdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Dini məsələlər üzrə Komissiyanın üzvləri, Badamdar və Bibiheybət qəsəbələrinin icra nümayəndələri, Bələdiyyələrinin rəhbərləri və üzvləri, orta təhsil müəssisələrinin, ziyalıların nümayəndələri, həmçinin rayonda fəaliyyət göstərən dini qurumların rəhbərlərinin iştirak etdiyi seminarda rayondakı dini durum barədə məlumat verilmiş, görülən işlər və həyata keçirilən tədbirlər barədə danışılmışdır.
Seminarda rayondakı dini icmaların rəhbərləri, pedaqoji işçilər, bələdiyyə nümayəndələri çıxış etmiş, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirakçıların çoxsaylı suallarını cavablandırmışlar.
May ayının 19-da «Sahil bağı»nda ölkəmizdə keçirilən «Avroviziya» Beynəlxaq Mahnı Müsabiqəsinə dəstək çərçivəsində Səbail rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Maarifçi Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə «Avroviziya Mahnı Müsabiqəsi gənc rəssamların gözü ilə» mövzusunda tədbir-sərgi keçirilmişdir.
«Sahil bağı»nda yerləşən fəvvarənin ətrafına düzülmüş molbertlərdə İncəsənət Gimnaziyası və Rəssamlıq Akademiyasının gənc rəssamları rəngli boyalarla «Avroviziya» Mahnı Müsabiqəsində iştirak edən 42 dövlətin dövlət bayraqlarının rəsmini çəkmişlər.
Tədbirin sonunda rəssamlar Səbail rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsinin «Fəxri Fərman»ları ilə təltif olunmuşlar.
May ayının 31-də Səbail rayonunun bütün 17 orta məktəbində ənənəvi «Son zəng» tədbirləri təntənəli şəkildə qeyd olunmuşdur. Tədbirlərin keçirilməsi üçün məktəblərin rəhbərləri, valideynlər və şagirdlər böyük hazırlıq işləri aparmış, bilik bayramının yüksək səviyyədə, bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalacaq bir əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişlər.
«Son zəng» günü məktəblərin şagirdlərinin hazırladığı bədii kompozisiya, müasir bal və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuş, burada iştirak edən müəllimlər, valideynlər, tədbirlərdə iştirak edən rəsmilər və Millət vəkilləri, ictimaiyyətin nümayəndələri, ağsaqqallar, mədəniyyət xadimləri məzunları bu gün münasibəti ilə təbrik etmişlər.
Xalqımızın gələcəyi olan uşaqların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Hər bir məktəblinin səbirsizliklə gözlədiyi yay tətilləri ərəfəsində, eləcə də 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Səbail rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulmuşdur.
Tədbirlər planına uyğun olaraq 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı «Park Bulvar» Ticarət və İstirahət Mərkəzindəki «Park Sinema» kinoteatrında Uşaq filmlərinə baxış təşkil olunmuş, bu zaman rayonun orta məktəblərində təhsil alan aztəminatlı ailələrin, həmçinin müxtəlif uşaq tərbiyə müəssisələrində tərbiyə alan və əlil uşaqlara bir həftə ərzində hər gün 200 nəfər olmaqla pulsuz 3 D həcmli filmlər nümayiş etdirilmişdir.
Tədbirlər planına uyğun olaraq mayın 17-də rayonun müxtəlif orta təhsil müəssisələrində təhsil alan yeniyetmələrin Dənizkənarı Milli Bulvardakı «Yaxt-klub»dakı «Vətən» gəmisi ilə Xəzər dənizinin Bakı buxtasında gəzintisi təşkil olunmuşdur. Tədbirdə 150 nəfərə yaxın uşaq iştirak etmişdir ki, onların da çox hissəsi ilk dəfə idi ki, belə gəzintiyə çıxırdılar.
Keçirilən tədbir aztəminatlı ailələrdən olan uşaqların, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur.
Bayramla əlaqədar mayın 31-də Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə «Monte-Kristo» şadlıq sarayında əlil və sağlamlığı məhdud olan, İcma əsaslı reabilitasiya mərkəzində xidmət göstərilən, müxtəlif uşaq evlərində tərbiyə alan, həmçinin rayonun aztəminatlı ailələrindən olan ümumilikdə 150 uşağın iştirakı ilə əyləncəli bayram tədbiri keçirilmişdir. Tədbirdə populyar müğənnilərin ifasında konsert proqramı təşkil olunmuş, uşaqlara təşkilatçılar tərəfindən hədiyyələr paylanmışdır.
Həmin gün həmçinin «Sahil bağı»nda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən «Uşaqların İştirakçılığı üzrə Regional təşəbbüs Layihəsi» çərçivəsində Səbail rayon İcra Hakimiyyəti və «Save the children» Beynəlxalq təşkilatının Azərbaycan üzrə nümayəndəliyi ilə birlikdə «Uşaqların Beynəlxalq Müdafiəsi günü»nə həsr olunan tədbir təşkil olunmuşdur.
Tədbirin keçirilməsində məqsəd Uşaqların Beynəlxalq Müdafiəsi gününü qeyd etmək və «Uşaqların İştirakçılığı üzrə Regional təşəbbüs Layihəsi»nin yekunları haqqında cəmiyyəti məlumatlandırmaq olmuşdur. Bakı və Sumqayıt şəhərlərindən olan 150-dən çox uşağın, Millət vəkillərinin, Səbail RİH və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi rəhbərliyinin, bir çox ictimai təşkilat və birliklərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə uşaq hüquqları haqqında müxtəlif məlumatlar verilmiş və səhnəciklər göstərilmiş, uşaq rəqs və musiqi qruplarının çıxışları olmuşdur.
Tədbirdə layihə çərçivəsində keçirilən məqalə və rəsm müsabiqələrinin 6 nəfər qalibinə Səbail rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.
Hər il olduğu kimi iyun ayının 6-da dahi rus şairi A.S.Puşkinin anadan olmasının 213-cü ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və «Sodrucestvo» cəmiyyətinin birgə təşkilatçılığı ilə böyük rus şairinin abidəsi önündə keçirilən mərasimdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açılmışdır.
Səbail rayon İctimaiyyətinin, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, «Sodrujestvo» cəmiyyətinin, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin, ali və orta məktəblərin nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən ənənəvi tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin və başqaları iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildirdilər.
Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış etmiş, ölməz şairin şerləri Azərbaycan və rus dillərində səslənmişdir.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır – bu, Heydər Əliyevdir.
Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olmuşdur. Bu tarixi qayıdışın şərəfinə Azərbaycanda 1997-ci ildən etibarən Milli Qurtuluş günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunmuşdur. Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq iyun ayının 14-də Azərbaycan Dövlət İqtisad Universitetində əlamətdar günlə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə çıxış etmiş, qeyd etmişlər ki, yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda Ulu öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı.
Tədbirin rəsmi hissəsindən sonra Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət İqtisad Universitetinin artıq 7 ildir təşkil etdiyi Səbail rayonunun aztəminatlı ailələrindən olan 120-dən çox uşaq və yeniyetmə üçün 1 aylıq pulsuz kompyuter və xarici dil kurslarının başlanmasına start verilmişdir.
Universitetin müasir avadanlıqlarla təchiz olunmuş auditoriyalarında gənc müəllimlər məktəblilərlə məşğul olmuşlar. Təhsil günlərində uşaqlar həm də Universitetdəki dərs prossesi ilə yaxından tanış olmuşlar. Məşğələlərin fəaliyyəti dövründə uşaqlara gündə bir dəfə pulsuz nahar da verilmişdir. Qonaqlar, şagirdlərin valideynləri və rayonun pedaqoji işçiləri yaradılan şəraitdən razı qalmış, kurslar başa çatdıqdan sonra müdavimlərə sertifikatlar və xatirə hədiyyələri təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən elan olunmuş «İdman ili» ilə əlaqədar iyun ayının 19-da Səbail rayonunda keçirilən tədbirlər çərçivəsində 39 saylı uşaq bağçasında «Şən startlar» adlı əyləncəli bədii-idman tədbiri keçirilmişdir. Ötən il «Abad həyət» layihəsinə əsasən Səbail RİH-nin daxili imkanları hesabına əsaslı təmir olunmuş Ü.Hacıbəyov küçəsi 45 ünvanında yerləşən həyətdəki süni örtüklü stadionda təşkil olunmuş tədbirdə bağçanın uşaqları qonaqlar qarşısında müxtəlif idman nömrələri ilə çıxış etmişlər. Gənc akrobatların və gimnastların ifasında idman təmrinləri, məzhəkəli güləş yarışı nümayiş etdirilmişdir. Şən və əyləncəli musiqilərin müşayiəti ilə müxtəlif idman rəqsləri göstərilmiş, idman komandalarının iştirakı ilə estafet yarışları keçirilmişdir. Uşaqların ifa etdikləri mahnılar bayramı maraqlı və rəngarəng etmişdir.
İyun ayının 23-də Dövlət Qulluqçusu günü ilə əlaqədar ənənəvi olaraq Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları Ümummilli lider Heydər Əliyevin «Fəxri Xiyaban»dakı məzarını ziyarət etmiş, ulu öndərin məzarı önünə tər çiçəklər düzmüşlər. RİH nümayəndələri, həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət etmişlər.
İyun ayının 24-25-də öz ənənələrinə sadiq qalan Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin bir qrup nümayəndəsi 26 İyun – Azərbaycan Silahlı Qüvvələr günü münasibəti ilə cəbhə bölgəsində rayonun hamilik etdiyi Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissəsində, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgər və zabitlərimizin qonağı olmuşlar. İlk öncə rayonun nümayəndələri hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti ilə maraqlanmış, maraqlı söhbətlər aparmışlar. Sonra qonaqlar əsgər kazarmalarına, yeni inşa olunmuş yeməkxanaya baxmış və əsgərlərimizin məişət şəraiti ilə yaxından tanış olmuşlar.
Hərbi hissənin həyətində keçirilən tədbirdə qonaqlar Səbail RİH-nin və rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları sovqatları və cəbhə şəraitində əsgərlərimizin xidməti üçün vacib olan müxtəlif ləvazimatları şəxsi heyətə təqdim etmiş, xidmətdə fərqlənən zabit və əsgərlərdən bir qrupu Səbail rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələrlə mükafatlandırılmışlar.
Sonra respublikamızın tanınmış incəsənət ustaları döyüşçülərimiz üçün böyük bayram konserti vermişlər.
Bayram tədbirində Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə yanaşı Tərtər rayon İcra Hakimiyyətinin rəhbərliyi də iştirak etmişdir.
Cəbhə bölgəsində keçirilən tədbirlə yanaşı Səbail rayonunun nümayəndələri rayon ilə böyük dostluq və sıx əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki «N» saylı hərbi hissəsinin də qonağı olmuşlar.
Rayon nümayəndələri həmin hərbi hissədə də əsgərlərin şəraiti və hərbiçilərin döyüş hazırlığı ilə tanış olmuş, burada da böyük bayram konserti təşkil olunmuşdur.
İyul aynın 16-da Səbail rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumunu «Əlillərin Səbail rayon İcra Hakimiyyətində və Sağlamlıq İmkanları Məhdud olan İnsanların Hüquqlarının Müdafiəsi və onların cəmiyyətə inteqrasiyası» layihəsinin təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmişbütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, hüquqlarının qorunmasını təşkil etməkdir. Layihədən əsasən, əlilliyi olan uşaqlar və onların ailələri, sağlamlıq imkanları məhdud olan insanlar, o cümlədən müvafiq dövlət, icra və bələdiyyə qurumları, vətəndaş cəmiyyəti və media, eləcə də bütövlükdə ictimaiyyət faydalanacaqdır. Tədbirdə əlillərlə bağlı dövlət siyasətinin istiqamətləri, prioritetləri barədə məlumat verildi və vətəndaş cəmiyyəti institutlarının, QHT-nın fəaliyyətlərini dəstəklədiklərini nəzərə çatdırdı. Tədbir zamanı sağlamlıq imkanları məhdud olan vətəndaşların və müxtəlif QHT-nın nümayəndələrinin sualları cavablandırıldı.
İyul ayının 20-də kütləvi inflormasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verilən Səbail rayon İcra Hakimiyyətində Milli Mətbuat gününün 137 illiyi ilə bağlı «Mətbuat-cəmiyyət münasibətlərinin inkişafı» mövzusunda tədbir keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun və 30-dan çox TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə bildirilmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün onun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.
Dövlət başçısının dərindən düşünülmüş, müdrik siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanda bu gün medianın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayan icra başçısı ölkə başçısının sərəncamına əsasən tikintisi aparılan KİV nümyaəndələri üçün yaşayış binasının məhz Səbail rayonunda yerləşməsini də əlamətdar hal kimi qeyd etmişdir.
Bir il ərzində mətbuatla bağlı görülən işlərlə bağlı analitik hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə 30-dan çox KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələri təqdim olunmuşdur.
Tədbirdən sonra Fondun və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə «Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər» mövzusunda Fərdi jurnalist yazıları müsabiqəsinə start verilmişdir.
Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Cari ilin yay aylarında bu istiqamətdə bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir.
Yeniyetmələrin asudə vaxtlarının təşkili üçün RİH tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayondakı aztəminatlı, imkansız ailələrdən olan uşaqlar üçün Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki «Park Sinema» kinoteatrında pulsuz 3D həcmli uşaq filmlərinə baxışlar təşkil olunmuş və 1000-dən çox uşaq bu seanslarda iştirak etmişlər. RİH-nin təşkilatçılığı ilə yay ayları ərzində rayondakı orta məktəblərin, Uşaq-gənclər idman məktəbinin, yaradıcılıq mərkəzlərinin imkanlarından və bazalarından istfadə olunmaqla idman yarışlarının, müxtəlif müsabiqə və intellektual oyunların keçirilməsi, yeniyetmələrin rayondakı muzey və teatrlara ekskursiyaları təşkil olunmuşdur.
Həmin tədbirlərdən biri də Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü, Quba rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və “Çağ” Öyrətim Şirkətinin birgə layihəsi əsasında ənənəvi təşkil olunan «Şahinlər» yay istirahət düşərgəsinin yaradılması olmuşdur.
Yola salınmazdan əvvəl RİHBA-da düşərgəyə gedən uşaqlar, onların valideynləri, dəstə rəhbərləri, həmçinin uşaqların təhsil aldıqları məktəblərin müəllimlərinin rayon rəhbərliyi ilə görüşü keçirilmiş, düşərgədə yaradılan şərait, görülən hazırlıq işləri, daxili qaydalar, keçiriləcək tədbirlər barədə onlara ətraflı məlumat verilmiş, uşaqlar və valideynlərin istək və arzuları dinlənilmişdir.
İyulun 30-da ümumilikdə 250 nəfər yeniyetmə üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının bazasında yaradılmış hərbi-vətənpərvərlik təmayüllü, artıq 7-cı dəfə keçirilən «Şahinlər» yay istirahət düşərgəsinə yola salınma mərasimi keçirilmişdir.
Tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanmışdır. Səbail rayon rəhbərliyi, DİN Daxili Qoşunlar Komandanlığının, düşərgəyə yollanan yeniyetmələrin, onların valideynlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə «Sahil bağı»nda təşkil olunan yolasalma mərasimi keçirilmiş,yola düşməzdən əvvəl gənc «Şahinlər» Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə əklil qoymuş və tər çiçəklər düzmüşlər.
Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq Səbail RİH tərəfindən uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmış, Daxili Qoşunların Quba şəhərindəki «N» saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları, səhra yeməkxanası qurulmuş, Daxili Qoşunlar, DQ-ın yaranması, vəzifələri və döyüş yolu, buradakı xidmət, döyüş texnikası və təminatı barədə, həmçinin Milli Qəhrəman Mübariz İbrahimova və «Şahinlər» düşərgəsinin əvvəlki illərinə həsr olunmuş stendlər quraşdırılmışdır.
Uşaqların Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunmuş, məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçmiş, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olunmuş, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılmışlar.
Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbirdə Səbail rayon İcra Hakimiyyəti, Daxili Qoşunlar və “Çağ” Öyrətim Şirkətinin rəhbərliyi ilə birgə iştirak edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim etmişlər.
Respublikamızın tanınmış incəsənət xadimləri və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən bayram konsertində düşərgədə istirahət edən uşaqlar da öz məharətlərini göstərmişlər.
Mübarək Ramazan ayında imkansızlara yardımlar etmək, onlar üçün bayram süfrələrinin təşkilində yardımçı olmaq vacib əməllərdən sayılır. Bu istiqamətdə Səbail rayonunun qəsəbələrində və yaşayış sahələrində Ramazan ayı ərzində ənənəvi olaraq imkansız vətəndaşlar üçün iftar süfrələri təşkil olunmuş, onlara müxtəlif yardımlar göstərilmişdir. Avqust ayının 17-də rayonda keçirilən növbəti tədbir Mübarək Ramazan bayramı ərəfəsində Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin Səbail rayon şöbəsində təşkil olunmuş mərasim olmuşdur.
Tədbirin sonunda rayon İcra Hakimiyyəti tərəfindən əziz bayram münasibəti ilə hazırlanmış ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan ailələrə – şəhid, əlil, məcburi köçkün ailələrinə, tənha, kimsəsiz və s. aztəminatlı ailələrin üzvlərinə, həmçinin rayonun təsərrüfat xidmətlərinin texniki işçiləri də daxil olmaqla - ümumilikdə 1000-dən çox ailəyə təqdim olunmuş, bayram münasibəti iki gün ərzində ilə imkansızlara 500 paya qədər qurban əti də paylanmışdır.
Müqəddəs Ramazan ayında imkansızlara yardm göstərmək, onlara dayaq olaraq bayram sevinci yaşadılması üçün RİH-nin təşkilatçılığı ilə rayonun Badamdar, Bibiheybət, 20-ci yaşayış sahəsində, Azərbaycan Dövlət İqtisad Universitetində iftar süfrələri təşkil olunmuş, bu tədbirlərdə 1500 nəfərdən çox sakin iştirak etmişdir. İftar süfrələri həmçinin rayondakı Bibiheybət, İçəri şəhər «Cümə» məscidlərində də təşkil olunmuşdur.
Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzində olumuşdur. Rayonda 5 ali, 18 orta və 18 məktəbəqədər təhsil müəssisəsi mövcuddur ki, onların yeni dərs ilinə hazırlığı və yay mövsumu ərzində məktəblərdə aparılan təmir işlərinə RİH-nin tərəfindən nəzarət daha ciddi olmuşdur.
Sentyabr ayının 7-də Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur.
Toplantıda cari ilin yay aylarında Səbail rayonunda təhsil müəssisələrində aparılan təmir-yenidənqurma işləri barədə ətraflı məlumat verilmiş, məktəb kollektivlərinin qazındığı uğurlar, orta məktəblərin yeni dərs ilinə hazırlığı barədə geniş məlumat verilmişdir.
Sonda «Ən yaxşı ümumtəhsil məktəbi» respublika müsabiqəsinin qalibi olmuş məktəbə, «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri olan müəllimlərə, həmçinin qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuş, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 100 uşağa məktəbli forması hədiyyə olunmuşdur.
15 sentyabr - «Bilik günü» ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunmuşdur. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılmış, ilk dərs günü 18 orta məktəbdə dərslərə başlanmışdır.
«Bilik günü» münasibəti ilə rayon məktəblərində təşkil olunmuş tədbirlərdə rayon rəhbərliyi, RİHBA-nın məsul işçiləri, ağsaqqallar, veteranlar və ictimaiyyət nümayəndələri ilə yanaşı Milli Məclisin üzvləri iştirak etmiş, şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmişlər.
Tədbirlərdə rayonun təhsil müəssisələrində ötən tədris ilində qazanılan uğurlardan söz açılmış, məktəblərdə aparılan təmir-yenidənqurma işləri barədə ətraflı məlumat verilmişdir.
1 Oktyabr- Beynəlxalq Ahıllar günü ənənəvi olaraq Səbail rayonunda geniş şəkildə qeyd olunmuşdur. Rayon İcra Hakimiyyəti, Veteran Təşkilatları Şurası, Qızıl Aypara Cəmiyyəti rayon şöbəsi, rayon Sosial Müdafiə Mərkəzinin və bir sıra ictimai təşkilatların rayon şöbələrinin nümayəndələrinin iştirakı ilə Ahıllar gününün keçirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülmüşdür.
Əlamətdar günlə əlaqədar rayonun qədim qəsəbəsi olan Bibiheybət qəsəbəsindəki «Nar şərab» restoranında rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu üçün rayon İcra Hakimiyyəti tərəfindən bayram süfrəsi açılmış və görüşdə iştirak edən ahıllara RİH tərəfindən ərzaq bağlamaları təqdim olunmuşdur.
Tədbirdə respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə böyük konsert proqramı təşkil olunmuşdur.
Oktyabr ayının 5-də bu il sentyabrın 4-də ölkə başçısının iştirakı ilə rəsmi açılış mərasimi keçirilmiş Səbail rayonunu Badamdar qəsəbəsindəki 880 şagird yerlik yeni 329 saylı tam orta məktəbdə Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllim günü münasibəti ilə rayonun rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə böyük toplantı keçirilmişdir.
Əvvəlcə rayon rəhbərliyi və qanaqlar yeni istifadəyə verilmiş orta məktəb, onun sinifləri, fənn kabinələri, idman və akt zalları, yeməkxanası, idman meydançaları, məktəbin foyesində yaradılmış guşələrlə yaxından tanış olmuş, müasir təhsil üçün burada yaradılan şəraitdən çox razı qalmışlar.
Toplantıda Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verilmişdir.
Tədbirdə çıxış edənlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmiş, il ərzində fərqlənən 30 müəllimə Səbail RİH-nin qiymətli hədiyyələri təqdim olunmuşdur.
2012-ci ilin iyun ayında Milli Mətbuatın 137 illiyi ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətində keçirilən «Mətbuat-cəmiyyət münasibətlərinin inkişafı» mövzusunda tədbirdə rayonla bağlı jurnalist müsabiqəsinin keçirilməsi barədə razılaşma əldə olunmuş və müsabiqənin şərtləri barədə mətbuatda elan verilmişdir.
Müsabiqə Səbail rayonunun sosial-iqtisadi və ictimai-siyasi həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədi daşımışdır.
Oktyabr ayının 17-də Səbail rayon İcra Hakimiyyətində RİH və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi «Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər» mövzusunda Fərdi jurnalist yazıları müsabiqəsinin yekunu ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə yanaşı KİVDF-nun və respublikamızın aparıcı KİV-nin rəhbərləri və müsabiqədə iştirak etmiş jurnalistlər iştirak etmişlər.
Bildirilmişdir ki, 27 iyul – 31 sentyabr tarixlərində keçirilən müsabiqə ilə bağlı KİV-də 33 yazı dərc olunmuş, 29 yazı müsabiqədə iştirak üçün qəbul edilmişdir. KİVDF tərəfindən yaradılmış münsiflər komissiyası üzvləri tərəfindən yazılar yoxlanılmış, RİH-nin nümayəndələri də yazılarla tanış olaraq rəy vermişlər.
Münsiflər heyətinin qərarına əsasən I yerə «Paritet» qəzetinin müxbiri Asif Nərimanlı, II yerə «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Rüstəmov, III yerə «Bakı xəbər» qəzetinin baş redaktor müavini Samirə Səfərova layiq görülmüş, 21 nəfər isə həvəsləndirici mükafatlar almışlar. Qaliblərə və mükafatçılara Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Fəxri Fərmanları və müsabiqə şərtlərinə uyğun müvafiq pul mükafatları təqdim olunmuşdur.
Oktyabr ayının 19-da Səbail rayonunun 20-ci yaşayış sahəsindəki 6 saylı Bakı Peşə məktəbinin həyətində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülkı müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda Kompleks Mülki Müdafiə təlimi keçirilmiş, təlimdə rayonun müxtəlif idarə, təşkilat və xidmət sahələrinin 300-dən çox nümayəndəsi iştirak etmişdir. Həmin gün təlimə yekun vurulmuş və onun nəticələri müsbət qiymətləndirilmişdir.
Müsəlman dünyasının ən əziz bayramlarından olan Qurban Bayramı ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail rayonundakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən qurbanlar kəsilməsi təşkil olunmuşdur. Keçirilən tədbirlərdən biri Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin Səbail rayon şöbəsində rayonda fəaliyyət göstərən Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Səbail rayon Təşkilatının, rayonun Korlar, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətlərinin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinintəşkil olunmuş mərasim olmuşdur.
Tədbirdə bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulanmışdır. Bildirilmişdir ki, Qurban Bayramı ilə əlaqədar 2 gün ərzində Səbail rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə yerləşən 24 yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 3500-dən çox ailəyə qurban payları təqdim edilmişdir.
Qurban Bayramı ilə əlaqədar tədbirlər Badamdar və Bibiheybət qəsəbələrində, «Bibiheybət» ziyarətgahı və İçəri şəhərdəki «Cümə» məscidində də keçirilmiş, daha sonra məscidlərdə imkansızlar üçün bayram süfrələri təşkil olunmuşdur.
Noyabr ayının 8-də Azərbaycan Dövlət Pedaqoci Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmiş, Uşaq və yeniyetmələrin asudə vaxtlarının təşkili ilə bağlı Dənizkənarı Milli Parkdakı «Park Bulvar» Ticarət və İstirahət Mərkəzindəki «Park Sinema» kinoteatrında 3D həcmli uşaq filmlərinə pulsuz baxışı təşkil olunmuşdur.
Нойабр айынын 9-10-у тарихляриндя Тцркийя Республикасынын Газиантяп шящяриндя 35 юлкядян 250 нцмайяндясинин тямсил олундуьу Бейнялхалг «7-жи Ипяк йолу Бялядиййя Сядрляри Форуму»нда Азярбайжан нцмайяндя щейятинин тяркибиндя Район Ижра Щакимиййятинин рящбярлийи дя иштирак етмишдир. Бу топлантыдакы иштирак Сябаил районунун бейнялхалг ялагяляринин эенишлянмяси истигамятиндя эюрцлян ишляр чярчивясиндя нювбяти аддым олмушдур.
Noyabr ayının 25-nə təsadüf edən Aşura günündə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən respublikamızın bir çox dini ibadət yerlərində, o cümlədən Bakı şəhərin 7 məscidində könüllü qanvermə aksiyaları təşkil olunmuşdur.
Qanvermə aksiyalarının keçirildiyi yerlərdən 2-si Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda yerləşən İçəri şəhər «Cümə» və Bibiheybət məscidləri olmuşdur ki, məscidlərdə bu aksiya artıq 7-cı dəfədir ki, təşkil olunmuşdur.
Aşura günündə keçirilən qanvermə aksiyasında Bibiheybət məscidində 269 nəfər, İçəri şəhər «Cümə» məscidində isə 164 nəfər könüllü qanvermədə iştirak etmişdir.
3 Dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayondakı əlil uşaqlar, Daun Sindromlu Şəxslərin Assosiasiyası və UAFA əlil uşaqlar təşkilatının üzvləri, Saray qəsəbəsindəki uşaq evində tərbiyə alan, həmçinin 219 saylı evdə məktəbdə təhsil alan əlil uşaqlar - ümumilikdə 150-dən çox əlil uşaq üçün «Şərq saray» şadlıq sarayında müsiqili-əyləncəli tədbir keçirilmişdir. Tədbirdə dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışılmışdır. RİH tərəfindən 150 nəfər əlil uşağa hədiyyələr təqdim olunmuş və maddi yardım göstərilmiş, populyar incəsənət xadimlərinin iştirakı ilə konsert təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən «Sağlam həyat uğrunda» şüarı altında sağlamlıq aylığının keçirilməsinə ilk qoşulanlardan biri də Səbail rayonunun tibb işçiləri olmuşlar. Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə müvafiq qrafik hazırlanmış və rayondakı bütün idarə, müəssisə və təşkilatlarda çalışanların, həmçinin rayonun daimi əhalisinin müayinəsinin keçirilməsinə başlanmışdır. Müayinələrin aparacaq həkim briqadaları müəyyənləşdirilmiş və artıq RİH-nin tərtib etdiyi qrafikə əsasən müayinələrə başlanmışdır.
Aylıq ərzində rayondakı idarə və müəssisələrdə çalışan işçilər öz iş yerlərində, sakinlər isə rayonun poliklinikalarında müayinələrdən keçmişlər.
Dekabr ayının 10-da Ümummilli liderimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Səbail rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Filarmoniyasında Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş təntənəli anım mərasimi keçirilmiş, Ulu öndərin xatirəsi dərin hörmət və ehtiramla anılmışdır.
Dekabr ayının 20-21-də Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə ənənəvi olaraq irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım məqsədi ilə universitetin tələbələri və müəllimlərin iştirakı ilə ənənəvi qanvermə aksiyası keçirilmiş, 2 gün ərzində 400 nəfərə qədər tələbə və müəllim qanvermədə iştirak etmişdir.
Dekabrın 25-də Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Səbail rayon İcra Hakimiyyəti ilə birgə «Sağlam ailə gələcəyin təminatıdır» adlı aksiya çərçivəsində tədbir keçirilmiş, mövzu ərrafında geniş müzakirələr aparılmışdır.
Dünya Azərbaycanlılarının həmrəylik günü ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə «Park Bulvar» Ticarət və İstirahət Mərkəzindəki «Sinema-Klub»da tədbir keçirilmiş, tədbirdə böyük Azərbaycan mütəfəkkiri, Milli dramaturgiyanın banisi Fətəli Axundzadənin anadan olmasının 200 illiyi ilə əlaqədar çəkilmiş «Sübhün səfiri» filminə ictimai baxış keçirilmişdir.
Dekabrın sonunda isə Park Bulvar Ticarət və İstirahət Mərkəzinin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibəti ilə imkansız ailələrin uşaqları üçün bayram tədbiri təşkil olunmuşdur.
Ötən il ərzində rayonun orta məktəbələrində təhsil prossesi normal səviyyədə aparılmış, bir sıra tədbirlər həyata keçirilmişdir. Şagirdlərimiz bir sıra respublika və beynəlxalq müsabiqələr və olimpiadalarda layiqincə iştirak etmişlər.
Rayonumuzun orta məktəblərinin şagirdləri məktəblilərin Respublika miqyaslı fənn Olimpiadalarının fəal iştirakçılarından olmuşlar. Sevindirici haldır ki, şagirdlərimiz bu Olimpiadalarda yüksək nəticələr əldə etmişlər. Həmin bilik yarışmalarında 7, 91 və 190 saylı məktəblərdən – 1 nəfər, 236 saylı orta məktəbdən – 2 nəfər, 239 saylı orta məktəb, 160 saylı Klassik gimnaziya və 132-134 saylı Təhsil Kompleksinin hər birindən 3 nəfər şagird mükafata layiq yerlərə çıxaraq diplom və qiymətli hədiyyələrlə təltif olunmuşlar. Ümumilikdə rayon üzrə 14 nəfər şagird Respublika miqyaslı müxtəlif fənn olimpiadalarının qaliblərindən olmuşlar.
Xəzər Universiteti ilə Səbail rayonu arasında mövcud olan dostluq əlaqələrinin nümunəsi kimi fevral ayında rayonun 400 nəfər IX sinif şagirdi üçün Universitetdə sınaq imtahanları təşkil olunmuşdur. Bu ali təhsil müəssisəsi tərəfindən təşkil olunan Respublikanın tam orta məktəblərinin XI sinif şagirdləri arasında I – II – III – IV qruplara daxil olan fənlər əsasında ənənəvi Bilik Olimpiadalarında rayonumuzun şagirdləri yaxından iştirak etmişlər. Aprelin 28-29-da Universitetdə keçirilən Bilik Olimpiadasında I qrup üzrə 160 saylı Klassik gimnaziyanın şagirdi Sərkarova Kamilla I yerə, II qrup üzrə 189 saylı orta məktəbin şagirdi Əsədli Tərlan III yerə, həmin qrup üzrə 236 saylı orta məktəbin şagirdi Məmmədzadə Ramin diploma layiq görülmüşdür.
May ayının 5-də rayonun orta məktəblərinin yuxarı sinif şagirdlərinin böyük bir qrupu «Odlar Yurdu» Universitetində olmuş, buradakı şərait və dərs prossesi ilə yaxından tanış olmuşlar.
Azərbaycan Respublikası Fövqəladə Hallar, Gənclər və İdman, Təhsil Nazirlikləri tərəfindən 21 aprel tarixində məktəblilər arasında «Gənc Xilasedicilər və yanğınsöndürənlər» adı altında keçirilən Bakı şəhər Birinciliyində rayonun 190 saylı orta məktəbin komandası yarışlarda qalib gələrək I yerə çıxmışdır.
May ayında Səbail rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən Səbail rayon ümumtəhsil məktəblərinin XXIV Spartakiadasına yekun vurulmuş, yarışların nəticələrinə görə 160 saylı Klassik gimnaziya – I yerə, 189 saylı orta məktəb II yerə və 236 saylı orta məktəb isə III yerə layiq görülmüşdür.
Rayonumuzun gəncləri beynəlxalq yarışlarda da uğurlar qazanmışlar Belə ki, Heydər Məmmədəliyev 2012-ci ilin noyabr ayında Polşanın Krakov şəhərində Pankration üzrə dünya çempionatında I yerə çıxaraq Qızıl medala layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 iyun 2012-ci il tarixdə imzaladığı «2011/2012-ci tədris ilində keçirilmiş «Ən yaxşı ümumi təhsil müəssisəsi» müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında» sərəncamına görə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəb qaliblər sırasında olmuş, qeyd olunan müsabiqədə müvəffəqiyyət qazandığına görə məktəb birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 iyun 2012-ci il tarixdə imzaladığı «2011/2012-ci tədris ilində keçirilmiş «Ən yaxşı müəllim» müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında» sərəncamına görə Bakı şəhəri, Səbail rayonundan 11 müəllim - 6 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Xəlilova Elnarə Şəmxəlil qızı; 49 saylı «İntellekt» liseyin ibtidai sinif müəllimi Əsədova Tərminə Ağaəli qızı; kimya müəllimi Axundova Sevda İsrafil qızı; Azərbaycan dili-ədəbiyyat müəllimi Qəmbərova Xəyalə Nazim qızı; 132-134 saylı Təhsil Kompleksinin ingilis dili müəllimi Abbasova Sevinc Hüseyn qızı; Biologiya müəllimi Muradova Xanım Tacəddin qızı; 160 saylı Klassik gimnaziyanın biologiya müəllimi Əliyeva Nailə İlyas qızı; 189 saylı orta məktəbin rus dili müəllimi Mustafayeva Mehriban İsa qızı; 190 saylı orta məktəbin ibtidai sinif müəllimi İbrahimli Sevda Nəriman qızı; Musiqi müəllimi Hacızadə Reyhan Təvəkkül qızı; 236 saylı orta məktəbin informatika müəllimi Əhmədova Şəhla Novruz qızı qaliblər sırasına çıxmış və birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışlar.
Rayondakı orta məktəblərdə 2011-2012-ci təhsil ilinə müvəffəqiyyətlə yekun vurulmuş, şagirdlər buraxılış imtahanlarını verərək kamal attestatlarını almışlar. Sevindirici haldır ki, keçən il rayon məktəblərinin 6 məzunu «Qızıl», bir məzunu isə «Gümüş» medala layiq görülmüşdüsə, hazırki təhsil ilinin yekununa görə rayonun orta məktəblərinin 11 nəfər məzunu «Qızıl» medala layiq görülmüşlər. Bunlar: 2 saylı Texniki Humanitar Elmlər liseyinin məzunu: Hacı Eynaz Vüqar oğlu, 7 saylı orta məktəbin məzunları: Abdullayev Tamerlan Kamil oğlu, Bədəlova Günay Elman qızı, Rzayeva Ləman İrşad qızı, 132-134 saylı Təhsil Kompleksinin məzunları: Musayev Fərid Elçin oğlu, Əliyeva Pərvin Yasəf qızı, Vəkilov Zəkəriyyə Filip oğlu, 160 saylı Klassik Gimnaziyanın məzunları: - Əlizadə Mədinə Murad qızı, Hacıyev Zöhrab Fəxrəddin oğlu, Sərkarova Kamilla Kamil qızı, 236 saylı orta məktəbin məzunu: Həsənova Ləman Habil qızıdır.
2011-2012-ci tədris ilində rayonun orta məktəblərini 1448 nəfər bitirmiş, onlardan 1285 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 915 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 173 nəfəri 500-dən yuxarı, 41 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 87 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar.
Ali məktəblərə qəbul olunan 3 nəfər məzun Prezident təqaüdünə layiq görülmüşdür.
Keçən tədris ilində rayonun tədris müəssisələrində bir sıra tədbirlər keçirilmiş, təhsildə, ictimai həyatda, həmçinin keçirilən müxtəlif səviyyəli olimpiada və idman yarışlarında fərqlənən şagirdlərə və müəllimlərə rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif qiymətli hədiyyələr təqdim olunmuşdur.
Ölkəmizdə futbolun kütləviliyinin artırılması məqsədi ilə artıq ənənəyə çevrilən AFFA tərəfindən təşkil olunmuş 7-ci sinif şagirdləri arasında «Coca-Cola Məktəbli kuboku» turnirinin 2011-2012-ci illər mövsümü üzrə keçirilən yarışlarda rayon birinciliyində qalib gəlmiş 163 saylı orta məktəbin komandası uğurla iştirak etmişdir. May ayının 12-də Hövsan Olimpiya İdman Kompleksində keçirilən final mərhələsində bütün rəqib komandalara qalib gələrək final oyununda Mingəçevir şəhəri 15 saylı orta məktəbin komandasına 3:1 hesabı ilə qalib gələn 163 saylı orta məktəbin komandası «Coca-Cola Məktəbli kuboku» turnirində I yerə çıxmış, komandaya kubok, Fəxri Fərman və hədiyyələr təqdim olunmuşdur.
Səbail rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə keçirilən «Uşaq hüquqları aylığı» ilə əlaqədar uşaqların hüquq və azadlıqlarının təmin olunmasına, əhali, xüsusilə də uşaqlar və gənclər arasında öz hüquqlarının öyrənilməsinə diqqəti artırılmış, müxtəlif əlaqədar təşkilatların nümayəndələrinin iştirakı ilə bir sıra tədbirlər həyata keçirilmişdir.
Belə ki, aylıq ərzində rayonun 7, 51, 91, 189, 190, 236, 239 saylı orta məktəblərində, 49 saylı «İntellekt» liseydə, 132-134 saylı Təhsil Kompleksində, 160 saylı Klassik gimnaziyada Səbail rayon İcra Hakimiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının təşkilatçılığı ilə Uşaq hüquqlarının müdafiəsi, uşaqların normal inkişafına və sağlamlığına mənfi təsir göstərən hallardan və zərərli vərdişlərdən qorunmaq məqsədilə maarifləndirmə kompaniyası çərçivəsində tədbirlər keçirilmişdir.
Səbail rayon Gənclər və İdman İdarəsi tərəfindən aylıq çərçivəsində «Mənim hüquqlarım» mövzusunda inşa yazı müsabiqəsi təşkil olunmuş, qaliblər mükafatlandırılmışdır.
Aylıq ərzində 3 xəstə uşağın pulsuz cərrahiyyə əməliyyatı olunması və 5 uşağın tibbi müayinəsi təşkil olunmuş, ATV kanalında yetim uşaqlarla bağlı gedən verilişdən sonra Səbail rayon İcra Hakimiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyası tərəfindən Göranboy rayonunun Dəliməmmədli qəsəbəsində yaşayan, ataları avtomobil qəzasında həlak olmuş, analarının isə imtina etdiyi 3 azyaşlı uşağın – Zeynəb, Hilal və Həsən Vəliyevlər Xətai rayonundakı «SOS-Uşaq kəndində» yerləşdirilmiş və bu uşaqlar Komissiyanın nəzarətinə götürülmüşdür.
Aylıq çərçivəsində Səbail rayon İcra Hakimiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə səyyar iclası keçirilmiş, təhsildən yayınmış, çətin tərbiyə olunan, yetkinlik yaşına çatmamış Emin Hüseynovun məktəbdə təhsili bərpa olunmuş, onun valideynləri, məktəb rəhbərliyi, digər şagirdlərin valideynləri ilə müvafiq söhbətlər aparılmış, E.Hüseynov Komissiyanın nəzərətinə götürülmüşdür.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq avqust ayının 21-dən sentyabr ayının 21-nə kimi keçirilən «Sülh aylığı» çərçivəsində sentyabrın 19-21-i tarixlərində rayonun 91, 189, 190, 236, 239 saylı orta məktəblərində, 132-134 saylı Təhsil Kompleksində və 160 saylı Klassik Gimnaziyada «Biz sülh istəyirik», «Müharibəyə yox deyək», «Müharibə insanlığın faciəsidir» və s. mövzularda tədbirlər, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanalarında, Badamdar qəsəbə Mədəniyyət evində «Beynəlxalq sülh günü»nə həsr olunmuş dəyirmi masa, Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının «Uşaq dünyası» rəsm qalereyasında «Mən sülh Elçisiyəm» mövzusunda rəsm sərgisi, rayonun digər məktəblərində isə açıq dərslər keçirilmişdir.
Səbail rayon Gənclər və İdman İdarəsi tərəfindən yanvar ayında rayon Hərbi Komissarlığı ilə birgə gənclərin hərbi xidmətə yola salma mərasimi təşkil olunmuş, rayonun orta məktəblərinin şagirdləri arasında «Tariximizin 20 Yanvar faciəsi» mövzusunda inşa yazı və rəsm müsabiqəsi, yanvar ayının 26-da «N» saylı hərbi hissədə «Vətənin keşiyindəyəm» mövzusunda toplantı, fevralda «Xocalı harayı» mövzusunda inşa yazı və rəsm müsabiqəsi, 21 Fevral – «Beynəlxalq ana dili günü»nün keçirilməsi ilə əlaqədar «Mənim doğma dilim» mövzusunda inşa yazı müsabiqəsi, Azərbaycan Dövlət İqtisad Universitetində Xocalı soyqırımı ilə bağlı anım mərasimi və martda «Azərbaycan qadını dünən və bu gün» mövzusunda dəyirmi masa, oktyabr ayında «Azərbaycanda idmanın inkişafı» mövzusunda tədbir, martda Azərbaycan Dövlət Pedaqoji Universitetində «Bədən tərbiyəsi və idman günü»nə həsr olunmuş «Sağlam bədəndə sağlam ruh olar» mövzusunda musiqili-əyləncəli tədbir və «Nəsillərarası münasibətlərin cəmiyyətin formalaşmasında rolu» mövzusunda toplantı, «Qərb» Universitetində Xocalı faciəsi və 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı, Silahlı Qüvvələr günü ərəfəsində Badamdardakı «N» saylı hərbi hissədə «And yerimiz vətəndir» mövzusunda toplantı, 12 avqust – Beynəlxalq gənclər günü ilə bağlı «Qərb» Universitetində dəyirmi masa, Azərbaycan Dövlət Pedaqoji Universitetində «Mənəvi-əxlaqi dəyərlərimizin formalaşmasında İslam dininin rolu» mövzusunda, 21 sentyabr – Beynəlxalq Sülh gününə aid, oktyabrda “Müstəqilliyimiz əbədidir, sarsılmazdır və dönməzdir» mövzusunda tədbir, oktyabr ayında «Narkomaniya gənclərin gözü ilə» mövzusunda rəsm müsabiqəsi, «Narkomaniyaya qarşı mübarizədə birləşək» mövzusunda inşa yazı müsabiqəsi, noyabr ayında Dövlət Bayrağı günü və Konstitusiyüa günü münasibəti ilə silsilə tədbirlər ilə əlaqədar tədbirlər, dekabr ayında «Ümümdünya QİÇS-ə qarşı mübarizə günü» ilə bağlı «QİÇS-lə mübarizə və sağlam həyat tərzi» mövzusunda toplantı, dekabr ayında ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbirləri, ilin sonunda isə «Qərb» Universitetində «Dünya Azərbaycanlılarının Həmrəyliyi günü» münasibəti ilə tədbir keçirilmişdir.
Hesabat dövründə ölkəmizdə elan olunmuş «İdman ili» çərçivəsində çox saylı tədbirlər və Səbail rayon məktəblilərinin XXIV Spartakiadası çərçivəsində voleybol, şahmat, dama, basketbol, şahmat və cüdo üzrə yarışlar keçirilmiş, qalib komandalar və şəxsi yarışlarda fərqlənənlər diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
Ümumilikdə isə, rayon Gənclər və İdman İdarəsi tərəfindən keçən il ərzində gənclər sahəsi üzrə 58, bədən tərbiyəsi və idman sahəsi üzrə isə 40 tədbir keçirilmiş, tədbirlərdə daha çox gəncin cəlb olunması təmin edilmişdir.
Rayon ərazisində qeydiyyatdan keçən 4631 nəfər qaçqın (850 ailə) və 9170 nəfər (2801 ailə) məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli daim RİH-nin diqqət mərkəzində olmuşdur.
Məcburi köçkünlərdən 3014 nəfəri 24 yığcam yaşayış obyektlərində, o cümlədən yataqxanalarda, ictimai binalarda, məktəblərdə, sanatoriya və başqa yerlərdə, digərləri isə fərdi evlərdə və zəbt olunmuş mənzillərdə məskunlaşmışlar.
Köçkünlərin yığcam yaşadıqları obyektlərdə, eləcə də fərdi mənzillərdə yaşayanların fasiləsiz olaraq su, qaz, elektrik enerjisi ilə təhciz olunması və kanalizasiya xəttinin normal işləməsi üçün gündəlik tədbirlər həyata keçirilmişdir.
Hər il olduğu kimi Novruz, Ramazan, Qurban bayramları ərəfəsində rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə RİH tərəfindən ərzaq bağlamaları təqdim olunmuşdur.
Bakı-Ələt yolunun çəkilişi və Dövlət Bayrağı Meydanı ətrafının abadlaşdırılması işləri çərçivəsində mart ayında həmin ərazidə məskunlaşmış 16 nəfərdən ibarət 4 məcburi köçkün ailəsi kommunal şəraitli mənzillərə köçürülmüş, ilin sonunda isə həmin ərazinin abadlaşdırılması çərçivəsində burada yaşayan 11 məcburi köçkün ailəsi və su basmadan ziyan çəkmiş 6 ailə Mehdiabad qəsəbəsində tikilmiş yaşayış mənzillərinə kökürülmüşdür. Həmçinin avqust ayında Gülbala Əliyev küçəsi 2 ünvanda yerləşən yataqxanada yaşayan Gəmi Təmiri zavodunun işçiləri də yeni mənzillərə köçürülərək həmin yataqxana sökülmüşdür.
Rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar hazırlanmış təkliflər sırasına şəhid ailələri, müharibə veteranları və əlilləri üçün yeni yaşayış binasının tikintisi salınmış və bu planın həyata keçirilməsi üçün müvafiq işlər aparılır.
Səbail rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyəti çərçivəsində görülən işlər sırasında rayon sakinlərinin sosial vəziyyətlərinin nəzərə alınaraq daxili imkanlar hesabına müxtəlif yardımların edilməsi, çətin vaxtlarda onlara yardımçı olunması, müxtəlif yubiley və bayram tədbirlərinin keçirilməsi ilə bağlı işlər həyata keçirilmişdir. Belə ki, 20 Yanvar, Xocalı, Çernobıl faciələrinin, II Dünya müharibəsində Qələbənin ildönümü, Ahıllar və Əlillər günü ilə bağlı tədbirlərdə 400 iştirakçıya 8950 manat maddi yardım göstərilərək ərzaq bağlaması təqdim olunmuş, 2 nəfərə əlil arabası verilmiş, 7 nəfər məcburi köçkünün dəfn mərasimi təşkil olunmuş, Erməni silahlı qüvvələri tərəfindən Şuşanın işğalının 20 illiyinə həsr olunmuş tədbirdə, Novruz, Ramazan, Qurban və digər bayramlar ərəfəsində rayonda yaşayan aztəminatlı, kimsəsiz, Şəhid ailəsi və əlil, məcburi köçkünlərin, həmçinin rayon təsərrüfat xidmətlərinin işçilərinə – ümumilikdə 7150 ailəyə ərzaq bağlamaları, Ramazan ayı ərzində rayonun müxtəlif yaşayış sahələrində 1200 nəfər üçün iftar süfrələri təşkil olunmuş, RİH tərəfindən keçirilən müxtəlif tədbirlərdə 1368 nəfərə qiymətli hədiyyə və 7100 manat məbləğində mükafat verilmişdir.
RİH-nin təşkilatçılığı ilə mütəmadi olaraq aztəminatlı ailələrə ət paylanır ki, il ərzində 5800 pay ət paylanmış və 450 nəfərə maddi yardım göstərilmiş, RİH-nin dəstəyi ilə 2 nəfərin həcc ziyarətinə göndərilməsi üçün lazımi təşkilati tədbirlər görülmüşdür.
Məktəblilərin asudə vaxtlarının təşkili ilə bağlı keçirilən tədbirlərdə 1200-dən çox uşaq və yeniyetmə iştirak etmiş, 150 uşaq dəniz gəzintisinə aparılmış, il ərzində Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki «Sinema Klub»da 2000-dən çox uşağın pulsuz 3 D formatda uşaq filmlərinə baxışı və 600 məktəblinin rayon ərazisindəki muzeylərə pulsuz ekskursiyaları, avqust ayında 250 nəfər yeniyetmənin Quba rayonunda «Şahinlər» yay istirahət düşərgəsində pulsuz istirahəti təşkil olunmuşdur.
Ümumilikdə, keçən il ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 15718 olmuşdur.
Hesabat dövrü ərzində ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə rayonun bir sıra nümayəndələri yüksək dövlət mükafatlarına layiq görülmüşlər. Belə ki, Azərbaycanın Təhlükəsizlik orqanlarının yaranmasının 93-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin 27 mart 2012-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuçuluq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiyinə görə Milli Təhlükəsizlik Nazirliyi Səbail rayon İdarəsinin rəisi, polkovnik Elçin Ərsalan oğlu Əliyev «Vətən uğrunda» medalı ilə təltif edilmişdir.
23 iyun – Dövlət Qulluqçularının peşə bayramı ilə əlaqədar ölkə başçısının müvafiq sərəncamı ilə «Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə» – Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının aparıcı məsləhətçisi Böyükağa Cəlal oğlu Seyidov «Tərəqqi» medalı ilə təltif edilmişdir.
Polis günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli sərəncamına əsasən Cinayətkarlığa qarşı mübarizədə, hüquq qaydasının möhkəmləndirilməsində, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar İsa oğlu Mahmudov «Vətən uğrunda» medalı ilə təltif edilmişdir.
İyul ayının 2-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı günü ilə əlaqədar, dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Səbail Bələdiyyəsinin üzvü, Xəzər Dəniz Gəmiçiliyi MKTD-nin rəisi Aslanov Səmədağa – «Tərəqqi» medalı ilə təltif edilmiş, Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə Dənizçilərin Mədəniyyət evinin direktoru Babayev Nadir Əjdər oğluna «Əməkdar Mədəniyyət işçisi» fəxri adı verilmişdir.
Oktyabr ayının 19-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan energetikasının inkişafında xidmətinə görə Səbail rayon Enerji təchizatı və satış idarəsinin rəisi Zeynalov Səbuhi Əvəz oğlu – «Tərəqqi» medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Rəşid Behbudov adına 2 saylı Onbirillik Musiqi Məktəbinin şagirdi Məlikov Əli Həsən oğlunun adı Azərbaycanın gənc istedadlarının «Qızıl kitabı»na yazılmış və o, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünə layiq görülmüşdür.
Həmçinin 15 Oktyabr – Müəllim günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2012-ci il tarixli sərəncamı ilə 2 saylı Texniki-Humanitar Elmlər liseyinin direktoru Mustafayev Bəkir Məmiş oğlu, 236 saylı orta məktəbin direktoru İmaməliyev Xanlar Əmirqulu oğlu, 236 saylı orta məktəbin müəllimi Əfəndiyeva Azadə Əhməd qızı, 239 saylı orta məktəbin müəllimi İbrahimova Fəridə İbrahim qızı, 132-134 saylı Təhsil Kompleksinin müəllimi Təhmasib Leyla Arif qızı «Əməkdar müəllim» fəxri adına layiq görülmüşlər.
Son 3 il ərzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Səbail rayonunun orta məktəblərinin 9 nəfər müəlliminə «Əməkdar müəllim» fəxri adı verilmiş, 3 nəfər müəllimi isə «Tərəqqi» medalı ilə təltif olunmuşdur. Hazırda rayonun orta məktəblərində 23 nəfər «Əməkdar müəllim» çalışır.
Hazırda Səbail rayonunda 19 partiyanın rayon şöbələri və özəkləri fəaliyyət göstərir. Rayon şöbələrinin işi daim izlənilir, onlar barədə məlumatlar toplanır, yeniləşir, RİH-nə olan müraciətlərinə qanun və imkan çərçivəsində köməklik göstərilir.
Rayonda ən çox özəyi olan partiya Yeni Azərbaycan Partiyasıdır. Partiya üzvlərinin sayı 23500 nəfər təşkil edir. Digər partiyaların üzvlərinin sayı çox azdır, onlar tərəfindən hər hansı siyasi tədbirlər keçirilməmişdir.
Keçən il ərzində İctimai Palata, həmçinin digər siyasi paprtiyalar tərəfindən mitinq keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə edilən müraciətlərə cavab olaraq mitinq keçirilməsi üçün yer Səbail rayonu, 20-ci yaşayış sahəsi, E. Əzizov küçəsində yerləşən 6 saylı Peşə məktəbinin həyəti təklif olunmuş və kütləvi tədbirlərin keçirilməsi üçün burada müvafiq şərait yaradılmışdır.
İlin əvvəlində Peşə məktəbinin ərazisində 3 icazəli mitinq keçirildikdən sonra mitinqlərə daha çox iştirakçı çəlb etmək və mitinqlərin kütləviliyi görüntüsünü yaratmaq üçün müxalif partiyalar tərəfindən şəhərin mərkəzində, əhalinin ən çox toplaşdığı istirahət yerlərində 22 dəfə icazəsiz tədbirlərin keçirilmələrinə cəhdlər olmuş, cəhdlərin qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınmışdır.
Ümumilikdə partiyaların rayon təşkilatları tərəfindən «Siyasi partiyalar haqqında» Qanuna riayət olunması qənaətbəxşdir.
Səbail rayonu ərazisində fəaliyyətdə olan 100-dən çox qeyri-hökumət təşkilatı vardır ki, bunlardan 12-i respublika miqyaslı təşkilatların rayon şöbələridir. Əksər hallarda ictimai birlik və təşkilatların işi hər hansı tarixi hadisə və bayramı qeyd etmək və müəyyən vaxtlardan bir yığışmaqdan ibarət olmuşdur. Maliyyə baxımından zəif olduqlarından tədbir keçirilməsi üçün yer və bəzi işlərə köməklik göstərilməsi üçün RİH-nə müraciət olunur.
RİH tərəfindən rayonda fəaliyyət göstərən ictimai təşkilatların rayon şöbələri ilə sıx əlaqələr yaradılmışdır. Hesabat ilində Veteran Təşkilatları Şurası, rayon Ağsaqqallar Şurası, AVMVB Səbail rayon şöbəsi və onun ilk təşkilatları, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Qızıl Aypara cəmiyyəti rayon şöbəsi, Gəncliyə Yardım Fondu, Milli QHT Forumu, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyi, 20 Yanvar və Çernobıl cəmiyyətləri, Əlillər, Korlar, Vətən Müharibəsi Veteranları Birliyi, Azərbaycan Maarifçi Gənclər Təşkilatı, «Sodrujestvo» cəmiyyəti, «Ətraf Mühitin Mühafizəsi Alyansı» ictimai birliyi, Azərbaycandakı Rus icması və s. ictimai təşkilat və birliklərlə birgə tədbirlər tədbirlər təşkil olunmuş, həmin təşkilatların nümayəndələri rayon tədbirlərinə dəvət olunmuşlar.
Səbail rayonunda 6 məscid, 1 ibadət yeri, 1 dini mədrəsə fəaliyyət göstərir. 5 dini icma müvafiq dövlət qeydiyyatından keçmiş, 2 icma isə (Badamdar qəsəbəsi dini icması və İçəri şəhər, Aşur məscidi dini icması) Dini Qurumlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmamışdır.
İçəri şəhər, Firdovsi küçəsi 3 ünvanda yerləşən Mir Mövsüm ağanın mənzili də həmçinin ziyarət yeri kimi fəaliyyət göstərir.
Müntəzəm olaraq ərazisindəki məscid və binalara baxış keçirilir, Dini Qurumlar üzrə Dövlət Komitəsinin əməkdaşları ilə birlikdə burada baş verən prosseslər izlənilir, mütəmadi olaraq məscidlərdə keçirilən cümə namazlarında iştirak edilir.
«Şəhidlər Xiyabanı»nda yerləşən «Şəhidlər məscidi» təmir-bərpa işləri ilə əlaqədar 2009-cu ilin may ayından fəaliyyətini dayandırmış və hazırda bura fəaliyyət göstərmir.
İslam dininə aid icmalardan əlavə, rayonda «Yeni Həyat» Xristian İncil dini icması da fəaliyyətdədir ki, bu icmanın üzvləri keçmiş alman kilsəsinin (Kirxa) binasında və ya icma rəhbərinin evində toplaşırlar.

2012-ci ildə 2 nəfər – Şakir Səlimov və Xanoğlan Abbasov RİH-nin dəstəyi ilə həcc ziyarətinə göndərilmişdir.
Hazırda rayondakı məscid və ziyarət yerlərində dini vəziyyət stabildir. Son il ərzində rayonun dini ibadət yerlərində heç bir insident qeydi alınmamışdır. Ümumilikdə, rayon ərazisində fəaliyyət göstərən dini ibadət obyektlərində vəziyyət qənaətbəxş olmuşdur.
Hesabat dövründə Səbail rayon İcra Hakimiyyətinin İnternet ünvanına bir sıra məktublar daxil olmuş, həmin müraciətlər araşdırılaraq cavablandırılmışlar. Rayonda görülən işlər, keçirilən tədbirlər, baş verən hadisələr barədə məlumatlar RİH-nin İnternet saytına yerləşdirilir, bu da görülən işlər və həyata keçirilən layihələr barədə daha çox vətəndaşın məlumatlandırılmasına şərait yaradır.
Декабр айында 20-жи йашайыш сащəсинин 6-жы мəдəн əразисиндə йашайан сакинлəрин мцражиəтлəри илə баьлы РИЩ тəрəфиндəн Азəрбайжан Республикасы Нəглиййат Назирлийинə мцражиəт олунмуш вə щəмин əразидəн Байыл даирəси, Гурбан Аббасов кцчəсинə кими йени автобус маршрутунун ачылмасы тəмин едилмишдир.
RİH tərəfindən TV və qəzetlərin nümayəndələri ilə sıx əməkdaşlıq edilir, onlara rayon, onun müəssisə və təşkilatlarında gedən prosseslər barədə vaxtaşırı məlumatlar verilir, jurnalistlər keçirilən tədbirlərə dəvət olunurlar.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhaliyə ucuz kənd təsərrüfatı məhsullarının satışının təşkili məqsədi ilə rayonun Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbin yaxınlığında hər həftə respublikanın müxtəlif rayonlardan gəlmiş kəndli təsərrüfatları nümayəndələrinin iştirakı ilə açıq meyvə-tərəvəz yarmarkasının keçirilməsi təşkil olunmuş və RİH tərəfindən yarmarkanın ərazisi asfaltlaşdırılmış, burada piştaxtaların üstü bağlanmış, öz məhsulunu satmaq üçün gələn fermerlərə bütün şərait yaradılmışdır.
Rayon ərazisində olan dövlət torpaqlarının inventarlaşdırılmasının aparılması ilə əlaqədar olaraq məlumatların toplanması, xəritələrin araşdırılması və yaradılmış komissiya tərəfindən yerində baxış keçirilərək zəbt hallarının aşkarlanması və müvafiq tədbirlərin görülməsi işi davam etdirilmişdir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsilə birlikdə rayonun elektron xəritəsi hazırlanmışdır.
2012-ci il ərzində Səbail rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən rayon ərazisində 540 cinayət hadisəsi qeydə alınmış, onlardan 446-nın və ya 80,8 %-nin açılması təmin olunmuşdur. Həyata keçirilən profilaktiki tədbirlər nəticəsində baş verən cinayətlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 139 fakt və ya 20,5 % azalmış, cinayətlərin açılması isə 70,4%-dən 80,8%-ədək artaraq 10,4% yaxşılaşmışdır.
Ağır və xüsusi ilə ağır cinayətlərin sayı da əvvəlki illə müqayisədə 104-dən 61-ədək və ya 43 fakt azalmış, cinayətlərin açılma faizi 64,8%-dən 74%-ədək artaraq, açılma 9,2% yaxşılaşmışdır.
Qeyri-aşkar şəraitdə baş vermiş cinayətlər 317-dən 216-adək azalmış, onlardan 125-nin və ya 55,3%-nin açılması təmin edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə açılma faizi 45,8%-dən 55,3%-ədək artaraq, 9,5% yaxşılaşmışdır.
Mülkiyyət əleyhinə cinayətlər 286-dan 203-ədək və ya 83 fakt azalmış, onların 137-nin və ya 65,6%-nin açılması təmin edilmiş, əvvəlki ilə müqayisədə isə bu cinayətlərin açılma faizi 49,6%dən 65,6%-ədək artaraq, 16% yaxşılaşmışdır.
Baş vermiş oğurluq cinayətləri 174-dən 121-ədək və ya 53 fakt azalmış, onların 56-nın və ya 48,7 %-nin açılması təmin edilərək açılma faizi əvvəlki ilin müavifq dövrü ilə müqayisədə 30%-dən 48,7 %-ədək artaraq, 18,7 % yaxşılaşmışdır.
Hesabat dövründə ümumilikdə 40 mənzil oğurluğu qeydə alınmış və onlardan 9-nun və ya 28,1 %-nin açılması təmin edilmişdir.
Keçmiş illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində aparılan işlər davam etdirilmiş, keçirilən tədbirlər nəticəsində 12 cinayətin açılması mümkün olmuşdur.
Hesabat ilində xarici vətəndaşlara qarşı törədilən cinayətlərin qarşısının alınması və cinayətlərin açılması rayon Pois İdarəsi tərəfindən daimi nəzarətdə saxlanılmışdır. Həmin vaxt ərzində xarici vətəndaşlara qarşı 9, onlar tərəfindən isə 2 cinayət hadisəsi qeydə alınmışdır. Bu cinayətlərin 5-nin və ya 55,5%-nin açılması təmin edilmişdir.
2012-ci ildə rayon ərazisində yetkinlik yaşına çatmayan şəxslər tərəfindən yol verilmiş 2 cinayət hadisəsi qeydə alınmışdır. Rayon Polis İdarəsinin icraatında 14 profilaktiki iş vardır ki, onlardan 2-si uğursuz ailələr barədədir.
Hesabat dövründə Polis İdarəsi əməkdaşların keçirdikləri tədbirlər nəticəsində 107 cinayətkardan 73-nün və ya 68,2%-nin, o cümlədən ölümə suiqəsdə görə 2-dən 1-nin, oğurluğu görə 9-dan 8-nin, dələduzluğa görə 36-dan 21-nin, xuliqanlığa görə 15-dən 12-nin, mənimsəməyə görə 15-dən 9-nun, soyğunçuluğa görə 1-dən 1-nin və digər cinayətlərə görə 29-dan 21-nin həbs olunması təmin edilmişdir. Eyni zamanda keçmiş illərdən axtarışda olan 46 nəfərdən 19-nun və ya 41,3%-i saxlanılaraq məhkəmə və istintaq orqanlarına təhvil verilmişdir.
2012-ci il ərzində Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotiklərlə bağlı müəyyən olunmuş faktların sayı əvvəlki illə müqayisədə 48 faktdan 41-ə azalmışdır. Aşkar edilmiş 41 faktdan 13-ü satış, qalanları isə narkotik vasitələrin qanunsuz saxlanılması və qəbulu ilə əlaqədar olmuşdur. 5 fakt üzrə külli miqdarda narkotik maddələrin götürülməsi təmin edilmişdir. Ümumilikdə aşkar edilmiş faktlar üzrə 6 kq 678 qram narkotik vasitə götürülərək qanunsuz dövriyədən çıxarılmışdır ki, bunun da 171 qramı heroin, 4 kq 326 qramı qurudulmuş marixuana, 1 kq 126 qramı həşiş və 1 kq 031 qramı tiryək olmuşdur.
İl ərzində aparılan tədbirlər nəticəsində 4 ədəd tapança, 1 ədəd ov tüfəngi və 1 ədəd əl qumbarası aşkar edilib görürülmüşdür.
İl ərzində istintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş maddi ziyanın məbləğinin 509.664 manat olması müəyyən edilmiş və bu məbləğin 385.298 manatı və ya 76,6%-i ödəniltmişdir.
2012-ci ildə rayon ərazisində ümumilikdə 198 yol nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 15 nəfər ölmüş, 68 nəfər isə xəsarət almışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin sayı 58-dən 66-ya kimi artmış, hadisələr zamanı xəsarət alanların sayı 8 nəfər, ölənlərin sayı isə 4 nəfər artmışdır.
2012-ci ildə Səbail rayonu ərazisndə 164 müxtəlif yanğın hadisəsi qeydə alınmış və Səbail rayon Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən söndürülmüşdür. Yanğındlar zamanı 5 nəfər vətəndaş tüstüdən xəsarət almışdır.
Hesabat ili ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Həqiqi hərbi xidmətə çağırış kompaniyaları ərəfəsində RİH Başçısının sərəncamları ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, çağırış müddətində komissiyaya lazımi şərait yaradılmış, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunmuşlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsi tərəfindən gənclərin ilkin hədbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keirilmiş, 75 nəfər gənc hərbi-texniki ixtisaslar üzrə hazırlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanlarına əsasən 2012-ci il ərzində rayonda keçirilmiş 4 həqiqi hərbi xidmətə çağırışlar zamanı Səbail rayonunda vətəndaşların həqiqi hərbi xidmətə göndərilməsi tapşırığına 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
2012-ci il ərzində «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı və qəsəbə nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
Hesabat dövründə RİH Başçısı Aparatına vətəndaşlardan 2135 ərizə və müraciət daxil olmuşdur. Onlardan – 408-i Prezident Administrasiyasından, 23-ü Milli Məclisdən, 44-ü Nazirlər Kabinetindən, 331-i Mərkəzi orqanlardan və Bakı şəhər İcra Hakimiyyətindən, 1329-u (62,2%-i) vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla 647-i təkrar, 174-ü kollektiv ərizələrdir.
«Respublika vətəndaşlarının müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Rəhbəri cənab Ramiz Mehdiyevin 2/202 saylı, 09 mart 2011-ci il tarixli məktubunda qeyd olunan tövsiyyələrlə əlaqədar irəli gələn vəzifələrin icrası istiqamətində Səbail rayon İcra Hakimiyyəti tərəfindən 2012-ci il ərzində məqsədyönlü işlərin aparılması davam etdirilmişdir.
İl ərzində vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri diqqət mərkəzində saxlanmış, hər rübün yekununa görə ərizə və şikayətlərə baxılmasının vəziyyəti araşdırılaraq RİH Başçısı yanında Şuranın yığıncağında məlumatlar verilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri cənab Süleyman İsmayılovun «Azərbaycan» qəzetinin 09 fevral 2012-ci il tarixli buraxılışında «Müstəqilliyin 20-ci ildönümü, inkaredilməz uğurlar, vətəndaşların müraciətlərinə artan diqqət və qayğı» sərlövhəli məqaləsində vətəndaşların müraciətləri ilə bağlı dərc edilmiş geniş təhlillər rayon İcra Hakimiyyəti, struktur bölmələr tərəfindən ətraflı öyrənilmiş, tövsiyyələr və iradlar bu sahədə işlin təkmilləşdirilməsi üçün əsas götürülmüşdür.
Vətəndaşların qəbulu zamanı qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsinə diqqət artırılmışdır. RİH Başçısı tərəfindən yerlərdə keçirilən çoxsaylı səyyar qəbullar və gündəlik keçirilən görüşlər zamanı rayonda görülən işlər barədə onlara ətraflı məlumat verilmiş, irəli sürülən müraciətlərə operativ baxılması, müraciətlərə əsasən görüləcək işlərin müəyyənləşdirilməsi, rayon İcra Hakimiyyəti tərəfindən daxili imkanların səfərbər olunaraq həlli vacib məsələlərə yönəldilməsi işləri davam etdirilmişdir. Görülmüş tədbirlərin nəticəsi olaraq 2011-ci ilə (2604 ərizə) nisbətdə hesabat dövründə müraciətlərin sayı azalaraq 82,0 % təşkil etmişdir.
Daxil olan müraciətlərin 1925-i (90,2 %) ərizə və təklif, 210-u (9,8 %) şikayət xarakterli olmuşdur. Bütün ərizələrə müəyyən olunmuş vaxtda baxılaraq 576-ı (27,0 %) müsbət həll olunmuş, 69-u (3,2%) qismən həll edilmiş, 1095-i (51,3 %) barədə müvafiq tədbirlər görülmüş, 303-ü (14,2 %) aidiyyəti üzrə göndərilmiş, 38-nin (1,8%) icradadır və icrası nəzərdə tutulmuş, 54-ü (2,5%) əsassız sayılmışdır.

 

 

 


N

 

 

2012-ci ildə
daxil olub

Daxil olan müra
ciətlə
rin ümu-mi sayı

Müraciətlərin növü

İcra barədə məlumat

Ərizə

Şika yət

Müs-
bət həll olun ub

Qis-
mən həll olun ub

Müva-
fiq izahat verilib

Əsas-
sız sayı
lıb

İc-ra-
da-dır

İcrası nəzər
də tutu-lub

Baxılmaq üçün göndərilib

Tabelı qrum-
lara

Aidiy-
yətı orqan-
lara

1

2

3

4

5

9

10

11

12

13

14

15

16

I

Dövlət orqanlarından və digər qrumlardan daxil olan müraciətlərin ümumi sayı

806

708

98

92

26

496

20

9

9

21

133

-

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasın-dan, cəmi

408

365

43

42

3

285

4

2

4

14

54

o cümlədən nəzarətlə

37

26

11

12

-

20

1

-

2

-

2

-

Milli Məclisdən

23

20

3

3

-

13

2

2

-

-

3

-

Nazirlər Kabinetindən

44

41

3

5

2

28

-

2

-

-

7

-

Respublikanın digər qurumlarından

331

282

49

42

21

170

14

3

5

7

69

II

Respublika vətəndaşlarından bilavasitə təşkilata ünvanlanan müraciətlər

1329

1217

112

484

43

599

34

8

12

21

128

 

Yekun

2135

1925

210

576

69

1095

54

17

21

42

261

Müsbət və qismən həll olunmuş müraciətlərin əvvəlki hesabat dövrü ilə müqayisədə ümumi saydakı payı artmış, şikayət xarakterli müraciətlərin sayı isə azalaraq 9,8 % təşkil etmişdir.
Rayon ərazisində ardıcıl abadlıq və quruculuq işlərinin aparılması, küçə və məhəllədaxili yolların, kommunikasiya xəttlərinin təmiri, həyətlərin abadlaşdırılması əhalini narahat edən bir sıra məsələlər üzrə, xüsusilə kommunal məsələlər, o cümlədən enerji, qaz, su və kanalizasiya ilə bağlı müraciətlərin sayının əvvəlki dövrlə müqayisədə 32,2% azalmasına səbəb olmuşdur.
Müraciətlərin 30,9 %-i mənzil məsələsi; 30,5 %-i tikinti-təmir; 4,3 %-i torpaq məsələsi; 6,7%-i yardım göstərilməsi məsələsi; 6,2 %-ə qədəri qəyyumluq, addəyişmə, qeydiyyat, təqaüd; 2,7 %-i enerji, su və qaz məsələsi; 1,7 %-i əmək və yerdə qalanları isə digər məsələlərə aid olmuşdur.

Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olmuş
müraciətlərin məzmunu barədə
MƏLUMAT

 

 

Müraciətlərin məzmunu

 

2010

 

2011

 

2012

2011-ci ilə nisbətdə

+ ; -

%

 

Daxil olmuş müraciətlər
onlardan:

 

2032

 

2604

 

2135

 

-469

 

82,0

- qəbul məsələsi

28

17

26

+9

152,9

- torpaq məsələsi

56

117

91

-26

77,8

- əhalinin sosial məsələsi (qəyyumluq, addəyişmə, qeydiyyat, təqaüd və s.)

90

99

132

+33

133,3

- mənzil məsələsi ( o cümlədən sənədləşdirmə məsələləri)

543

987

660

-327

66,8

- tikinti məsələsi

722

698

651

-47

93,3

- əmək (işsizlik,ə/h) məsələsi

53

45

37

-8

82,2

- enerji, su, qaz məsələsi

107

84

57

-27

67,8

- qaçqın və məcburi köçkün məsələsi

43

46

36

-10

78,3

- birdəfəlik yardım

115

107

143

+36

133,6

-digər məsələlər

275

404

302

-102

74,7

Müraciətlərin məzmunu ilə bağlı aparılmış təhlil göstərir ki, mənzil məsələləri, xüsusilə mənzil şəraitinin yaxşılaşdırılması və mənzil ilə təmin olunmaya dair ərizələr çoxluq təşkil edərək, ümumi müraciətlərin 30,9 %-ni təşkil etmişdir. Bu məsələ ilə bağlı vətəndaşların müraciətlərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavablandırılmasına və onlara müvafiq izahatlar verilməsinə baxmayaraq çoxsaylı təkrar müraciətlər edilməsi halları davam etmişdir. Əlizadə Sevda, Tofiqə Zamanova, Həbibəyova Fatma və digərlərinin müraciətlərinə müfəssəl cavablar, qəbullarda izahatlar verilməsinə baxmayaraq təkrar ərizələri daxil olmaqdadır.
Müraciətlərdə digər çoxluq təşkil edən məsələ tikinti-təmir işlərinin aparılmasına, tikililərin sənədləşdirilməsinə aid olmuşdur. Belə ki, 2012-ci il ərzində bu məsələ ilə bağlı müraciətlər 30,5 % təşkil etmişdir. Rayon İcra Hakimiyyətinin şöbələri, rayonun müvafiq xidmət sahələri tərəfindən araşdırılaraq bu müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydalara əsasən baxılmışdır. «Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 30.08.2007-ci il tarixli, 624 nömrəli Fərmanının icrası ilə bağlı inşaat işləri üçün nəzərdə tutulmayan, dövlət fondunda və ümumi istifadədə olan ərazilərin tikinti üçün ayrılması, ekoloci və sanitar normaların tələblərinin pozulması, mövcud kommunikasiya xətlərinin təhlükəsizlik zolaqlarında qanunsuz tikintilər aparılması və bu kimi nöqsanların aradan qaldırılması istiqamətində 2012-ci ildə tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. Qeyd edirik ki, icazə sənədləri olmadan tikinti və yenidənqurma işlərinin aparılmasına, torpaqların zəbt olunmasına cəhdlərin qarşısının alınması bir sıra hallarda iş aparan şəxslər tərəfindən mərkəzi orqanlara əsassız və böhtan xarakterli təkrar müraciətlərin ünvanlanması ilə nəticələnmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində, paytaxt Bakıda, o cümlədən Səbail rayonunda həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri sakinlər tərəfindən dərin rəğbət və ölkə rəhbərliyinə minnətdarlıq hissləri ilə qarşılanır. Dövlət Bayrağı Meydanı ətrafındakı abadlıq və Dənizkənarı Bulvar ərazisinin genişləndirilməsi ilə bağlı aparılan quruculuq işləri çərçivəsində ərazidə hazırlıq işləri, o cümlədən ərazinin köhnə tikililərdən təmizlənərək boşaldılması, sakinlərin köçürülməsi davam etdirilmişdir. Bu prosesdə sakinlərin köçürülməsi, təzminatların ödənilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilmişdir. Bir sıra hallarda ayrı-ayrı vətəndaşlar hüquqverici sənədləşmə əsasında aparılmış əmlakın qiymətləndirilməsi nəticəsində ödənilən təzminatdan daha çox məbləğ ödənilməsi istəyi ilə əsassız təkrar müraciətlər etmişlər.
Ölkədə sosailyönümlü iri layihələrin həyata keçirilməsi və nəticədə əhalinin rifahının daha da yaxşılaşması insanların maddi-məişət məsələləri ilə bağlı dövlət qurumlarına ümidlə müraciət etmələrinə zəmin yaradır. 2012-ci ildə belə məsələlərə aid müraciətlərin sayı əvvəlki ilə nisbətən 33,6 % artmışdır. Əhalinin aztəminatlı təbəqəsinə dövlət qayğısı çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən bu qəbildən olan insanlara diqqət nəzarətdə saxlanılaraq il ərzində mütəmadi olaraq 15718 nəfərə yardımlar, maddi köməkliklər, məişət şəraitlərinin yaxşılaşdırılması, o cümlədən mənzillərin təmiri üçün inşaat materiallarının ayrılması, müalicə-cərrahiyyə əməliyyatları, yay-istirahət düşərgələrinin təşkili və digər məsələlər üzrə köməkliklər göstərilmişdir.
Görülən işlərin daha bir müsbət nəticəsi olaraq təkrar və kollektiv ərizələrin sayı 2011-ci ilə nisbətən azalmasıdır.

 

2010-cu
il

2011-ci
il

2012-ci
il

2011-ci ilə nisbətdə

+ ; -

%

Müraciətlərin sayı, cəmi:

 

2032

 

2604

 

2135

- 469

81,9

o cümlədən

 

 

 

 

 

Təkrar

712

736

647

-89

87,9

Kollektiv

192

176

174

-2

98,8

Hesabat dövründə RİH Başçısı tərəfindən 283 nəfər qəbul edilərək onların müraciətlərinə müvafiq qaydada baxılmışdır. Qəbullarda qaldırılan məsələlərin araşdırılması və qanunvericiliklə müəyyən olunmuş qaydada cavablandırılması diqqət mərkəzində saxlanmışdır.
Keçən il ərzində rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş sərəncamların böyük əksəriyyəti vətəndaşların müracitlərinin müsbət həlli ilə bağlı olmuşdur.
«Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 458-IUQ nömrəli Qanununu, «Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 458-IUQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2570 nömrəli 29 noyabr 2012-ci il tarixli Sərəncamını, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnaməni rəhbər tutaraq RİH Başçısının 284 saylı 03 dekabr 2012-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Səbail rayon inzibati ərazi vahidi tərkibindəki rayon ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində 1 nömrəli və 2 nömrəli sahə inzibati ərazi dairələri üzrə Səbail rayon İcra Hakimiyyəti Başçısının nümayəndəlikləri yaradılmışdır. 1 nömrəli sahə inzibati ərazi dairəsi rayonun Mərkəz və Dövlət Bayrağı Meydanı ərazilərini, 2 nömrəli sahə inzibati ərazi dairəsi isə rayonun Bayıl, 20-ci sahə və «Şıx» ərazilərinin əhatə edir.
2013-cü il Azərbaycan Respublikası Prezidenti seçkiləri ilidir. Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizə və məktubların təhlili, insanlarla görüşlər onu deməyə tam əsas verir ki, Azərbaycanda Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi və iqtisadi inkişaf yolunun alternativi yoxdur və xalqımız bu yolu uğurla davam və inkişaf etdirən hörmətli Prezidentimiz İlham Əliyevin siyasətini dəstəkləyir. Bizim borcumuz isə ondan ibarətdir ki, azad, demokratik seçkilərin keçirilməsi ilə bağlı üzərimizə düşən, mövcud qanunvericilikdə nəzərdə tutulmuş bütün vəzifələrin vaxtında və tam həcmdə yerinə yetirilməsini, hər bir seçicinin seçmək huququnu sərbəst surətdə həyata keçirməsi üçün lazımi şərait yaradılmasını təmin edək. Bütün dünya görməlidir ki, Azərbaycan dövləti bölgədə liderlik mövqeyinə çıxaraq, dünyada ən yüksək inkişaf tempinə nail olmaqla yanaşı, həm də ən demokratik, şəffaf seçkilər keçirməyə qadir olan bir dövlətdir.
Dövlətimizin və xalqımızın gələcəyinə biganə olmayan hər bir Azərbaycan vətəndaşı ölkəmizin indiyədək misli görünməmiş inkişafını, prezidentimiz tərəfindən aparılan quruculuq işlərinin mahiyyətini və məqsədlərini insanlara çatdırmağa çalışmalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamış və öz gündəlik fəaliyyəti ilə göstərir ki, hakimiyyətin xalqa qulluq etməkdən, onun rifah halının gündən-günə yaxşılaşması üçün çalışmaqdan vacib işi yoxdur. Onun həyata keçirdiyi siyasətin və gördüyü işlərin nəticəsidir ki, doğma Azərbaycanımız günügündən inkişaf edir, çiçəklənir, iqtisadi qüdrətini artırır. Əldə olunan uğurlar sayəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu da möhtərəm Prezident İlham Əliyevin apardığı düzgün siyasətin parlaq təzahürüdür.

Keçidlər