Şriftin ölçüsü :

Saytın rəngi :

Səbailli məktəblilər qədim Gəncəyə yollanır

15 noyabr 2017 | 16:00

Məktəblilərin yola salınması ilə bağlı Səbail RİH-nin iclas zalında mərasim təşkil olunmuşdur. Əvvəlcə iştirakçılar RİH-də Ümummilli Liderin büstü önünə tər güllər düzüb, dahi rəhbərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Məktəblilər, onların valideynləri, rayonun orta məktəblərinin kollektivlərinin, veteranların və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Səbail Rayon İcra hakimiyyəti başçısının müavini Abit Əliyev iştirakçıları salamlayaraq Ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu müstəqil Azərbaycanın nailiyyətləri, ulu öndərin siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində bu gün ölkəmizdə xalq təsərrüfatının bütün sahələrində əldə olunan nailiyyətlərdən, ölkə başçisinin rəhbərliyi ilə hәyata keçirilən dinamik sosial-iqtisadi inkişafdan, yeni qlobal layihələrdən,  gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb.
Toplantıda çıxış edən Səbail RİHBA İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov Səbail rayonunda son 4 il ərzində təşkil olunan tur aksiyalar barədə məlumat verib. Bildirilib ki, keçirilən aksiyalar çərçivəsində ümumulikdə 230 səbailli məktəbli  Lənkəran-Masallı-Astara, 2 dəfə Naxçıvan və daha 1 dəfə Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə gəzintidə olmuşdur. Eyni zamanda Səbail RİH-nin əməkdaşları 2 ildir ki, tur aksiya çərçivəsində Naxçıvandan Bakıya gələn yeniyetmələrin paytaxtın görməli yerləri, muzey və sərgi salonları ilə tanışlıqları işində yaxından iştirak etmişlər. Turun keçirilməsi ilə bağlı bütün təşkilati məsələlər həll olunub, səfərdə şagirdləri 4 müəllim və 1 həkim müşayət edir.
Tədbirdə 189-190 №-li orta məktəbin direktoru, əməkdar müəllim Ceyran Kuliyeva, 163 №-li orta məktəbin şagirdi Aysel Əliyeva, 91 №-li orta məktəbin şagirdi Taleh Əhmədov, valideyn Emiliya Mustafayeva  və başqaları çıxış edərək bildirmişlər ki, bu layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünya görüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaq.
Tur-aksiya iştirakçıları dörd gün ərzində Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr, Nizami Gəncəvi adına mərkəz və Gəncə avtomobil zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və “Nəfis çörək zavodu”na, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyinə baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiya edəcəklər. Onlar həm də səfər çərçivəsində təşkil olunacaq intellektual oyunlarda və “İDEA” İctimai Birliyi xətti ilə keçiriləcək ağacəkmə kompaniyalarında iştirak edəcəklər.
Sonda məktəblilərə RİH-nin xatirə hədiyələri paylan, yeniyetmələr xatirə şəkili çəkdirdilər.

Keçidlər