Şriftin ölçüsü :

Saytın rəngi :

Səbailli məktəblilərin Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyası uğurla başa çatıb

20 noyabr 2017 | 16:00

Paytaxtın Səbail, Xətai, Suraxanı rayonlarından, eləcə də Abşeron, Neftçala, Salyan, Şirvan, Cəlilabad və İmişlidən olan məktəblilər noyabrın 19-da Gəncə şəhərindən yaşadıqları şəhər və rayonlara yola düşüblər.

Şagirdlər Gəncə Şəhər İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin məsul işçiləri tərəfindən yola salınıblar.
Qeyd edək ki, 9 şəhər və rayondan olan 360 məktəbli noyabrın 16-dən 19-dək Gəncə şəhərinin, eləcə də Göygöl və Şəmkir rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında məlumat verilib.
Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.
Səbailli məktəblilər “Nə? Harada? Nə zaman? Oyununda II yeri tutmuşlar.

 

Keçidlər