Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda daha bir yeni kitab çap olunub

23 dekabr 2017 | 16:00

Səbail Rayon İcra Hakimiyyəti, YAP Səbail Rayon təşkilatı və Səbail Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə «İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə» adlı kitab hazırlanmış, və möhtərəm prezidentimiz İlham Əliyevin ad günü ərəfəsində çıxmışdır.
Nəfiş tərtibatlı, çoxsaylı foto şəkillərin daxil edildiyi kitabda keçən il dekabr ayının 24-də Səbail gənclərinin təşkil etdikləri «İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə» mövzusunda dəyirmi masanın yekunlarına uyğun olaraq bu tədbir üçün rayonun müxtəlif sahələrində çalışan və ali məktəblərdə təhsil alan ölkədəki iqtisadi, siyasi, elm və mədəniyyət, idman və digər sahələrə həsr olunmuş 42 gənc tədqiqatçının elmi məqalələri toplanmışdır. “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru hüquq üzrə fəlsəfə doktoru Araz Qədiməliyevdir.
Dənizkənarı Milli Bulvardakı Beynəlxalq Muğam Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyətinin başçısı Eldar Əzizov bildirmişdir ki, müasir dövrdə ölkədə görülən işlər, həyata keçirilən layihələr, əldə olunan nailiyyətlər, qazanılan uğurlara nəzər salsaq bu siyasətə rəhbərlik edən Prezident İlham Əliyevin bu günki zamanda dünyada 1 nömrəli Azərbaycanlı olduğunu əminliklə bildirmək olar. 
Möhtərəm Prezidentimiz İlham Əliyev dünya siyasətçiləri arasında öz siyasəti və gördüyü işlərlə xüsusi olaraq seçilən dövlət rəhbəridir. Ona görə bu   dahi insanın siyasətini öyrənib təbliğ etmək vacib məsələdir. O, Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyətdir. Bu gün Prezident İlham Əliyevin siyasi xətti hazırki mürəkkəb dövrdə yeganə və alternativsiz siyasətdir və Azərbaycanımızın gələcək inkişaf və tərəqqisinə təminat verir. Ona görə də gənclər tərəfindən ölkə başçısının fəaliyyətinin müxtəlif istiqamətlərinə həsr olunan məqalələrinin toplandığı bu kitabın nəşri təqdirəlayiqdir.
Mərasimdə gələcəkdə də müxtəlif sahələrdə çalışan gənc tədqiqatçıların, ali məktəb tələbələrinin iştirakı ilə konfrans, dəyirmi masa, seminar və s. toplantıların keçirilməsi və nəticə olaraq yeni kitabların nəşri qərara alınmışdır.

Keçidlər