Səbail rayonunda Ağsaqqallar Şurası hesabat vermişdir
Bu gün ağsaqallarımız gənc nəslin tərbiyəsində, onların hərbi-vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar. Azərbaycanımızın müstəqil dövlət kimi dünyanın böyük, nəhəng dövlətləri ilə bir cərgədə addımladığı dövrdə ağsaqqal sözü və məsləhəti gənclərə hələ çox lazımdır.Bayıl yaşayış sahəsində yerləşən 49 saylı «İntellekt» məktəb-liseydə səbail rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilmişdir. Hesabat konfransında çıxış edənlər ölkəmizdə ahıllara, ağsaqqallara göstərilən dövlət qayğısından, Azərbaycanın son illərdəki inkişafından danışmış və qarşıda duran vəzifələrdən söz açlmışdır. Səbail rayon Ağsaqqallar Şurasının sədri Mirhəbib Seyidov hesabat məruzəsində qeyd etmişdir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızın regionlarına, şəhər və qəsəbələrinə səfərləri zamanı mütəmadi olaraq ahıl vətəndaşlarla, ağsaqqal və ağbirçəklərlə görüşür,onların arzu və istəkləri ilə maraqlanır, təklifləri ilə əlaqədar yerli icra orqanlarına lazımi göstərişlər verir. Təbii ki, ağsaqallar da öz işlərini qurur, dövlətin inkişaf etməsinə öz töhfələrini verirlər. Ölkə başçısı 2011-ci ildə Badamdar qəsəbəsində olan zaman sakinlərimizin, o cümlədən ağsaqqallarımızın xahişi nəzərə alınaraq Badamdar qəsəbəsində yeni məktəb və uşaq bağçasının tikintisi və Heydər Əliyev parkının əsaslı təmiri ilə bağlı sərəncam və tapşırıq vermiş, 2012-ci ildə isə həmin obyektlərin istifadəyə verilməsi mərasimlərində iştirak etmişdir. Hesabat dövrü ərzində Səbail rayon Ağsaqqallar Şurası tərəfindən rayonda yaşayan ağsaqqal, veteran, ahıl vətəndaşların huquqlarının qorunması, onlara köməklik göstərilməsi istiqamətində xeyli işlər görmüşdür. Şura üzvləri RİH-nin keçirdiyi və təşkil etdiyi tədbirlərdə, həmçinin rayondakı idarə və təşkilatlarda, xüsusilə ali və orta tədris müəssisələrində yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi ilə bağlı tədbirlərdə, rayondakı hərbi hissələrdə, Daxili Qoşunların hərbi hissələrində, çağırışçıların ordu sıralarına yola salınması mərasimlərində fəal iştirak etmişlər.Qeyd elunmuşdur ki, son illər ərzində rayonda sakinlərin, ilk növbədə isə ağsaqqal və veteranların sosial problemlərinin həlli ilə bağlı xeyli işlər həyata keçirilmişdir. Belə ki, 20-ci yaşayış sahəsində rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış «Veteran Neftçilər Klubu» məhsuldar fəaliyyət göstərmişdir. Bu klubda ağsaqqal və veteranlarımızın toplaşması və istirahətinin təşkili üçün hər cür şərait yaradılmışdır. Hər il Qələbə günü ərəfəsində II Dünya müharibəsi iştirakçıları rayon İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul olunur, bir çox tədbirlərdə onlara maddi və digər yardımlar göstərilir. Son 3 ildə 6 nəfər agsaqqal RİH-nin maddi dəstəyi ilə Həcc ziyarətinə göndərilmişdir.Ağsaqqalların Şuraya müraciətləri ilə bağlı onlara lazımi məsləhətlər verilir, müvafiq dövlət qurumlarına müraciətlər olunur.Konfransda çıxış edən Badamdar qəsəbə sakini Allahverdi Bəndəliyev, əməkdar müəllim Aliyə Təhmasib, əməkdar mühəndis Telman Hacıyev, müharibə veteranı Cəbrayıl Əliyev, Bibiheybət qəsəbə ağsaqqalı Hacı Qərib Şamilov və başqaları rayonda görülən işləri və Ağsaqqallar Şurasının ötən dövrdəki fəaliyyətini müsbət qiymətləndirmiş, qarşıda duran, xüsusən bu il keçiriləcək Prezident seçkiləri ilə bağlı vəzifələrdən danışmışlar. Konfransın işində Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov iştirak edərək son illərdə rayonda aparılan iri miqyaslı quruculuq-abadlıq işləri, həyata keçirilən yeni layihələr barədə məlumat vermiş, qeyd etmişdir ki, yaşlı nəslə, xüsusən də qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyələnməsi üçün bunlar vacib şərtlərdən biridir.Bu gün Səbail rayonunda yaşayanların 6,5 %-ni (6184 nəfər) yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Müxtəlif növ və kateqoriyalar üzrə rayonda 2549 nəfər sosial müavinət, 13190 nəfər təqaüd alır. Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 372 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir. Ağsaqqalların müraciətləri nəzərə alınaraq rayonun bir neçə yaşayış sahəsində, o cümlədən Bibiheybət qəsəbəsi, 20-ci yaşayış sahələrində yeni bankomatlar quraşdırılmışdır. 2 il ərzində 6 nəfər Böyük Vətən müharibəsi iştirakçısına yeni mənzillər verilmişdir. Azərbaycandakı iqtisadi inkişaf ölkə rəhbərliyinə imkan vermişdir ki, son illər ərzində pensiya və minimum əmək haqlarının məğləği dəfələrlə qaldırılsın.İclasda iştirakçıların çoxsaylı sualları cavablandırılmış, konfransda ağsaqqallar adından Azərbaycan Respublikasının Prezidentinə müracəit qəbul olunmuşdur. Mirhəbib Seyidov isə yenidən Səbail rayon Ağsaqqallar Şurasının sədri, həmçinin respublika Ağsaqqallar Şurasının qurultayına 5 nəfər nümayəndə seçilmişdir.