Səbail rayonunda Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilmişdir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, elm, təhsil, mədəniyyət və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimiz əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin və çoxsaylı qonaqların iştirakı ilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş klassik musiqi gecəsi keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin Dövlət Filarmoniyası ilə birgə təşkil etdikləri bu gecədə qeyd olunmuşdur ki, Ulu öndərin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdə onun təşəbbüsü ilə mədəniyətin bir çox sahələrinə, o cumlədən klassik və simfonik musiqiyə insanların marağının və bu sahədə biliklərinin artırılması, bu musiqini geniş tamaşaçı kütləsinə sevdirmək məqsədi ilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında respublikanın dövlət xadimləri, xalq təsərrüfatının bütün sahələrinin rəhbər işçilərinin, elm və mədəniyyət xadimlərinin, partiya, həmkarlar ittifaqları və komsomol sahələrində çalışanların, bir sozlə o vaxtkı siyasi elitanın iştirakı ilə klassik musiqi gecələri təşkil olunurdu. Dünya və Azərbaycan bəstəkarlarının simfonik və klassik əsərləri səslənən bu gecələrdə ulu öndər hər zaman özü, çox vaxt isə ailə üzvləri ilə birlikdə iştirak edirdi.
Ulu öndərin doğum günü ərəfəsində onun əziz xatirəsinə bir ehtiram olaraq həm də ötən əsrin 70-ci illərinindəki klassik musiqi gecələrini xatirələrdə əks etdirən və ulu öndər Heydər Əliyevin ən çox sevdiyi klassik əsərlərin yer aldığı proqram təşkil olunmuşdur.
Səhnədəki monitorlarda Ulu öndər Heydər Əliyevin portreti canlandırılmışdı. İlk olaraq Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri və baş dirijoru olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi” səsləndi.
Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayəti və İlahə Hüseynovanın dirijorluğu ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev, Niyazi, Cahangir Cahangirov, Firəngiz Babayeva, Polad Bülbüloğlu, Emin Sabitoğlu, Kamal, Musa Mirzəyevin ölməz əsərləri respublikanın əməkdar artistləri Zemfira İsmayılova, Almaz Orucova Aqşın Abdullayev və İlham Nəzərovun, tanınmış incəsənət xadimləri ifalarında Nurlan Əzizbəyli, Rövşən Əziz, Kazım-Nizat Fəxri, Lətifə Soyuözün ifalarında səslənmişdir.
Mərasim çox təsirlı və yaddaqalan keçdi və tamaşaçılar zalı göz yaşları ilə tərk etdilər.