Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc Heydərçilər” Xaçmaz şəhərinin görməli yerləri ilə tanış olublar

24 iyul 2018 | 16:00

Səbail Rayon İcra Hakimiyyətinin Müdafiə Nazirliyi ilə birgə Qusarda təşkil etdiyi “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsinin iştirakçıları Xaçmaz şəhərinin görməli yerləri ilə tanış olublar.
Düşərgə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Heydər Əliyev Mərkəzində layihə iştirakçılarına Ulu Öndərin mənalı ömür yolu, ölkəmizin inkişafı naminə gördüyü əvəzsiz işlər barədə ətraflı məlumat verilib.
Açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyi ilə yaxından tanış olan layihə iştirakçıları daha sonra Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə gəliblər. Diqqətə çatdırılıb ki, 2013-cü ildə bu muzeyin açılış mərasimində dövlətimizin başçısı şəxsən iştirak edib. Muzeydə ölkəmizin, o cümlədən Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxsaylı eksponatlar var. Muzeyin ikinci mərtəbəsində tarix-etnoqrafiya bölməsi fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yerləşdirilib.
Düşərgə iştirakçıları, həmçinin Xaçmaz şəhərindəki parkları gəzib, xatirə şəkilləri çəkdiriblər.

 

Keçidlər