Səbail rayonunun orta məktəblərində yeni dərs ili başlanmıdır
15 sentyabr – “Bilik günü” ənənəvi olaraq Səbail rayonunun bütün orta məktəblərində təntənəli şəkildə qeyd olunmuşdur. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri görülmüş, təhsil ocaqlara dərslərə hazır vəziyyətə gətirilmişdir.
Görülən işlər çərçivəsində Səbail rayon İcra Hakimiyyəti tərəfindən Həbib Mahmudbəyov adına 2 №-li Texniki-humanitar elmlər liseyi əsaslı təmir olunmuş və sentyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev burada yaradılan şəraitlə tanış olmuşdur.
Sentyabrın 15-də rayondakı 16 orta məktəbdə “Bilik günü” tədbirləıri keçirilmiş, tədbirlərdə RİH-nin və bələdiyyələrin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.