Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə doqquz ayın yekunları müzakirə olunub

18 oktyabr 2018 | 16:00

Rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açan  Səbail Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən – RİH başçısının müavini Abit Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayınin sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxundu, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələr və konkret tapşırıqlar, həmçinin cari ilin 9 ayında Səbail rayonunda görülən işlər, həyata keçirilən layihələr, sosial-iqtisadi inkişafda əldə olunmuş uğurlar və mövcud problemlər və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verdi.
Bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə doqquz ay ərzində ümumi daxili məhsul 0,8 faiz,  qeyri-neft sektoru 1 faiz,  sənaye istehsalı 2 faiz, qeyri–neft sənayesi 10,8 faiz, kənd təsərrüfatı 4,3 faizdən çox artmışdır.
Bu müddət ərzində ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulmuşdur. İnflyasiya cəmi 2,6 faizdir. Əhalinin pul gəlirləri 9,5 faiz artmış, 85 min yeni iş yeri yaradılmışdır.
İlin əvvəlindən ölkənin valyuta ehtiyatları 3 milyard dollar artaraq 45 milyard dollara çatıb.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev rayonda 2018-ci ilin doqquz ayının yekunlarından danışaraq qeyd etmişdir ki, 9 ay ərzində rayonun iri sənaye  müəssisələri tərəfindən 23 milyard 267,5 milyon manatlıq məhsul istehsal edilmiş,  nəqliyyat  müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 413,5 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 21,6  faiz çox, rabitə müəssisələri  tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 149.2 milyon manat və ya 52,3 faiz çox olmuşdur.   
Əsas kapitala 3 milyard 563 milyon 423.5 min manat məbləğində vəsait yönəldilmiş, 2 milyard 204 milyon 019.5 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
9 ayda ödənişli xidmətlərin həcmi 258 milyon 771,0 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artmış, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 36 milyon 142,7 min manat təşkil etmişdir.
Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 893 milyon 602,5 min manatlıq əmtəə satılmış, bu da  əvvəlki ilin eyni dövrünə nisbətən 0,6 faiz artım deməkdir. 
Hesabat dövründə iaşə müəssisələrinin ümumi dövriyyəsi  179,5 milyon manat olmuş, əhaliyə 139 milyon 524,9 manatlıq iaşə xidmətləri göstərilmişdir.
2018-ci ilin 9 ayında Səbail rayonu ərazisində 4355  yeni daimi iş yeri açılmışdır.
Qeyd olundu ki, bu ilin mart ayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bayıl yaşayış sahəsində yerləşən 157 nömrəli uşaq bağçası sökülərək yenidən tikilmiş, mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak etmişdir. Martda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində Badamdar qəsəbəsi Abbasqulu Abbaszadə küçəsində yerləşən 4 ədəd 9 mərtəbəli yaşayış binasının əhatəsindəki məhəllə əsaslı təmir olunaraq iştifadəyə verilmişdir.
Hesabat dövründə Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail  Rayon İdarəsinin yeni inzibati binasının da açılışı olmuşdur.
May ayının 11-də ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə  “Dinamo” otelinin və iyunun 7-də isə,  əsaslı təmir və yenidənqurmadan sonra “Bakı Metropoliteni”nin “Sahil” stansiyasının açılışları olub.
Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakı bulvarının tarixi rəmzlərindən biri olan və yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksinin  və Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışında iştirak ediblər.
Sentyabr ayının 12-də Prezident İlham Əliyevin tapşırığına əsasən RİH tərəfindən əsaslı təmir olunmuş Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseyin açılışı olmuş və mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.
Hazırda rayon ərazisində bir sıra müxtəlif təyinatlı obyektlərin, 1 yeni mehmanxananın tikintisi, İncəsənət muzeyinin əsas binasının əsaslı təmiri davam edir,   Bülbül adına orta ixtisas və 2 saylı musiqi məktəbləri, 46 nömrəli uşaq bağçasında əsaslı təmir başa çatıb.
Bayıl yayayış massivində 110 №-li uşaq bağçasının yerləşdiyi 100 il əvvəl tikilmiş bina rayonda həyata keçirilən pilot layihələr tikintisi ərazisinə düşdüyündən, bina inşa etdirən sahibkar tərəfindən bağça ünvana yaxın ərazidə kirayə tikiliyə köçürülmüş, tikinti işləri başa çatdıqdan sonra isə yeni binanın 1-ci mərtəbəsində hər cür şəraitli, mövcud sahəsindən daha artıq sahəsi olan bağça fəaliyyətini davam etdirəcəkdir.
İlin əvvəlindən şəhər mərkəzində yerləşən yaşayış binalarının fasadlarında təmir-rəngləmə işləri aparılmışdır. Eyni zamanda mərkəzdəki bütün əsas küçələrdə və istirahət parklarında səkilər təmir olunur, panduslar və məhəccərlər quraşdırılır.
Rayonun ən böyük qəsəbəsi olan Badamdar qəsəbəsində sosial layihələrin həyata keçirilməsi  davam edir. RİH tərəfindən qəsəbənin əsas küçəsi olan Badamdar yolunun müasir standartlara uyğun yenidənqurulması ilə bağlı işlər aparılır.
«Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması və genişləndirilməsi» layihəsi çərçivəsində  qəsəbənin su və kanalizasiya şəbəkələrinin yenidənqurulması işləri də davam edir və yayın sonuna kimi işlərin tam başa çatması nəzərdə tutulub.
2018-ci ilin avqust  ayında Badamdar qəsəbəsi, Cəmil Hasilov küçəsindəki həyətdə və Badamdar yolu, 95 ünvanındakı həyətdə yeni “Abad həyət” salınmasına başlanılıb. Burada binaların 1-ci mərtəbə səviyyəsində  fasadları və blok girişləri əsaslı təmir edilmiş, bütün bloklarda seyf qapılar quraşdırılmış, bir ədəd uşaq oyun   və bir neçə idman qurğuları quraşdırılmışdır. Yaşıllıq meydançaları salınmış, bordyurlar yenilənmiş, 2 ha əraziyə asfalt örtüyü çəkilmişdir. Həyətdə yeni oturacaqlar quraşdırılib və hazırda işlər davam etdirilir.
Avqust ayında RİH tərəfindən 20-ci sahə Ömər Faiq Nemanzadə küçəsi 90-98 ünvanlarında yerləşən “Vətən bağı”nda 500 kv.metr sahəyə asfalt örtüyü salınıb.
Ölkə başçısının təşəbbüsü ilə rayonda tam yenidənqurmaya ehtiyacı olan,  köhnəlmiş  yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı son bir ildə 14-dən çox müasir layihə təsdiq olunub.  Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar,  Fuad Əbdülrəhmanov, Aqil Əliyev, Rastropoviçlər küçələrində çoxmənzilli yaşayış binalarının tikintisi sürətlə davam edir. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir.
Eyni zamanda şəhər mərkəzindəki parklarda və əsas yolların kənarlarında abadlıq işləri davam etdirilmiş, burada mövsümi güllər əkilmiş, yaşıllaşdırma işləri görülmüşdür. Bu işlər davam etdirilir.
Vətəndaşların müraciətlərinə baxılması məsələləri hər zaman Səbail Rayon İcra Hakimiyyətinin ciddi diqqət və nəzarətində olmuşdur.  Məlumat üçün bildirirəm ki, son 9 ayda Rayon İcra Hakimiyyəti başçısı və hazırda onun səlahiyyətlərini icra edən Abit Əliyev tərəfindən İcra aparatında  və hər həftə yerlərdə keçirilən səyyar qəbullar zamanı ümumilikdə  328, onun müavinləri və şöbə müdirləri tərəfindən isə 1907 nəfər vətəndaş qəbul edilmişdir.    
Bu görüşlərdə sakinlər tərəfindən qaldırılan hər bir irad və təklifə Rayon İcra Hakimiyyəti tərəfindən diqqətlə yanaşılmış, onların əksəriyyəti yerində həll olunmuş, digərləri isə cari və perspektiv fəaliyyət proqramında öz əksini tapmışdır.
Görülən işlərlə yanaşı həmçinin rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif mövzularda xeyli tədbir, dəyirmi masa, görüş və s. təşkil olunmuş, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinın 100 illiyi və digər əlamətdar hadisələrlə bağlı silsilə tədbirlər, görüş, dəirmi masa, sərgilər təşkil olunmuş,  yeniyetmələrin yay istirahətinin səmərəli və yaddaqalan təşkili məqsədi ilə   Səbail Rayon İcra Hakimiyyəti və  DİN Daxili Qoşunların birgə layihəsi əsasında təşkil olunan «Şahinlər» və Müdafiə Nazirliyi ilə birgə Qusar rayonunda «Gənc Heydərçilər» yay istirahət düşərgələri yaradılmış, bu düşərgələrdə 380 nəfər yeniyetmə istirahət edərək xoş təəssüratlarla evlərinə qayıtmışlar.
Həmçinin yay aylarında yeniyetmə və gənclərin yay istirahəti və asudə vaxtlarının təşkili üçün rayonun orta məktəb şagirdlərinin Muzey Mərkəzinə, İçəri şəhərə və Şirvanşahlar Saray Kompleksinə, Miniatür Kitab və Milli Azərbaycan Tarixi Muzeylərinə ekskursiyaları, 20-ci sahədəki İdman və istirahət parkında basketbol və mini futbol üzrə turnirlər  təşkil olunmuşdur.
Hesabat dövründə təhsil sahəsində  də bir sıra uğurlar əldə olunmuşdur.   2017-2018-cü təhsil ilinin yekununa görə  Səbail rayonu üzrə 11 məzun qızıl və 2 məzun gümüş medala layiq görülmüşdür. 
2017-2018-cü təhsil ilində rayonun orta məktəblərini 1280 nəfər bitirmiş,   onlardan   947 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 185  nəfəri 500-dən yuxarı, 73 nəfəri 600-dən, 24 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 219 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar.
Yığıncaqda çıxış edənlər yerli  infrastruktur layihələrinin icra olunması,  nəzərdə tutulan yeni abadlıq-quruculuq layihələri, mərkəz ərazilərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanılması, qanunsuz tikinti halları və bu işlərə rəvac verənlərlə mübarizənin daha da gücləndirilməsi, ərazidə pilot layihələrin icrası zamanı vətəndaşların mənafeyinin qorunması, sakinləri narahat edən amillərə qol verilməsinin qarşısının alınması və tikintidə təhlükəsizlik qaydalarına riayət olunması, ekoloji məsələlərin həllinə diqqətin artırılması, sakinlərlə keçirilən səyyar görüşlər  və s. məsələlərə toxundular, vətəndaşları narahat edən suallar cavablandırıldı, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər