Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Azərbaycanın Dövlət Müstəqilliyi Gününü qeyd edilib

15 oktyabr 2018 | 16:00

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə oktyabrın 15-də Səbail rayon ictimaiyyətinin iştirakı ilə  Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tədbir keçirib.
Əvvəlcə Azərbaycanın müstəqilliyindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb. Bildirib ki, bu gün Azərbaycan dünya dövlətləri sırasında özünə layiqli yer tutub. Bu inkişaf və tərəqqi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış müstəqillik gününün bəhrələridir.
Müstəqilliyin ilk illərində Azərbaycanın bütün sahələrdə dərin böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşdiyini vurğulayan Ş.Hacıyev deyib ki, xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və dahi şəxsiyyətin yürütdüyü müdrik siyasət nəticəsində ölkəmiz məhv olmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtuldu. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu, bütün sahələrdə uğurlu islahatların həyata keçirilməsinə zəmin yaradıldı. Ümummilli Liderin Azərbaycanın zəngin, qüdrətli ölkəyə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilir.
Qeyd edilib ki, bu gün Azərbaycan qlobal transmilli layihələrin təşəbbüskarı və iştirakçısı kimi dünyanın diqqət mərkəzinə çevrilib.
Çıxışdan sonra Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olunmuş şəxslərə vəsiqələri təqdim edilib.
Tədbir daha sonra bədii hissə ilə davam edib.

 

Keçidlər