Şriftin ölçüsü :

Saytın rəngi :

Səbailli məktəblilər növbəti dəfə tur aksiyada iştirak edir

14 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan «Ölkəmizi tanıyaq» maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonunun təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən 40 nəfər məktəblisi Lənkəran- Masallı-Astara  marşrutu ilə yola salınıblar.
Səbail RİH-nin  binasında yola salınma mərasiminə toplanan  məktəblilər və valideynlər, rayon ictimaiyyəti nümayəndələri və veteranlar, Azərbaycanın Dövlət Himni sədaları altında ümummilli lider Heydər Əliyevin büstü önünə  güllər düzüb.
Səbail rayon icra hakimiyyətinin başçısı Vugar Zeynalov iştirakçıları salamlayaraq ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu müstəqil Azərbaycanın  siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində bu gün ölkədə neft və qeyri-neft sektorunda  əldə olunan nailiyyətlərdən,  hәyata keçirilən dinamik sosial-iqtisadi inkişafdan, yeni qlobal layihələrdən,  gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb, bu baxımdan  məktəbliləri, gəzinti turunun  məqsədidə Azərbaycanın bölgələrini daha yaxından tanımaq fürsəti olduğunu qeyd edib.
Tədbirin sonunda, məktəblilərə RİH-nin xatirə hədiyələri təqdim edilib və  xatirə şəkilləri  çəkilib.
Qeyd edək ki, tur-aksiya iştirakçılarının dörd gün ərzində Lənkaran şəhərinin  müasir üslubda inşa olunan Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanına, Gənclər Mərkəzinə, yeni salınan parklara  həmçinin  şəhərin  qədim tarixini əks etdirən   “Qoşa Qala" qapılarına, Dairəvi qalaya, Mayak binasına , Hirkan Milli Parkına, Həzi Aslanovun ev muzeyinə, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına, ekskursiyaları təşkil ediləcək.

Keçidlər