Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

17 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhərində yaşıllıqların salınması və onların genişləndirilməsinə olan diqqət və qayğısının  bariz nümunəsidir ki, hər il paytaxtın rayonlarında minlərlə yeni ağaclar əkilir, onlara qulluq göstərilir, yeni-yeni yaşıllıq zonaları yaradılır, istirahət parkları salınır.
Bu işlər çərçivəsində paytaxtın bütün rayonlarında ağacəkmə aksiyasıyaları keçirilir. Belə ağacəkmə aksiyasının biri, paytaxtın Səbail rayonunda təşkil olunmuşdur. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, rayon ictimaiyyəti, təsərrüfat xidmətləri, idarə və təşkilatların nümayəndələrinin, YAP fəallarının, gənclərin  iştirakı ilə Şıx yaşayış massivindəki “Dostluq parkı”nda 200 nəfərin iştirakı ilə keçirilmişdir.
Parkın ərazisində təmizlik işləri görülmüş, ərazi və mövcud ağacların dibi quru otlardan təmizlənmiş, yeni əkiləcək ağacların damcı üsulu ilə suvarılması üçün su xətləri çəkilmiş, köhnələri isə təftiş olunmuşdur.
Keçirilən iməclikdə Abşeron yarımadasının iqliminə uyğun 500 ədəd yeni zeytun və badam ağacları əkilmiş, əvvəl əkilən ağaclara qulluq göstərilmişdir. İlboyu göstərilən qulluq nəticəsində ötən il əkilmiş ağacların çox böyük əksəriyyətinin boy atdığı müşahidə olunmuşdur.
Səbail rayonunda keçirilən iməclik və ağacəkmə aksiyaları ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonun daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı   olmuşdur.
Mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.

 

Keçidlər