Səbail Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.
08 noyabr 2018 | 16:00
Noyabrın 8-də, Badamdar qəs. 329 nömrəli məktəbdə Səbail Rayon İcra Hakimiyyətinin başçısının rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Qəbulda, rayon sakinlərinin problemlərinin bir hissəsi yerində həll edilib. Bəzi müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.
Qəbulu aparan rayon icra başçısı Vuqar Zeynalov müvafiq qurumlara, vətəndaslardan gələn istək və sikayətlərə daha diqqətli yanaşmalarını tapşırıb.
Görüşdə Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.