Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə səyyar qəbul-görüş keçirib.

29 noyabr 2018 | 16:00

Noyabrın 29, 91 nömrəli məktəbdə Səbail  Rayon İcra Hakimiyyətinin başçısının rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Qəbulda, rayon  sakinlərinin problemlərinin bir hissəsi yerində həll edilib.    Bəzi müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.
Qəbulda, rayon icra başçısı Vuqar Zeynalov, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, yerlərdə mütəmadi səyyar qəbul və görüşlər keçirildiyini qeyd edib və belə görüşlərin, əhalini narahat edən problemlərin yerində oyrənib operativ həllində önəmli məqsəd daşıdığını bildirib. Müvafiq qurumlara, vətəndaslardan gələn  istək və sikayətlərə daha diqqətli yanaşmalarını tapşırıb.

Görüşdə Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Keçidlər