Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda müharibə veteranları ilə görüş keçirilib.

21 dekabr 2018 | 16:00

Dekabrın 21-i Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin «Şəhidlər Xiyabanı»ndakı qərargahında Səbail Rayon İcra Hakimiyyəti , Qarabağ müharibəsi veteranları ilə görüş keçirilib.
Öncə torpaqlarımızın bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükütla yad edildi.
Görüşdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları   Birliyinin Bakı şəhəri Səbail rayon şöbəsinin sədri İlham Əliyev son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər haqqında danışıb. Bildirib ki, bu istiqamətdə görülmüş tədbirlər çərçivəsində ünvanlılıq prinsipinə əməl olunub, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, müharibə əlilləri və veteranları, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.
Görüşdə  çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Vuqar Zeynalov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev hərbçilərə həmişə diqqət və qayğı ilə yanaşıb, müharibə veteranları, şəhid ailələrinə xüsusi diqqət göstərilməsi onun tərəfindən birbaşa vəzifə kimi bütün dövlət strukturlarının qarşısına qoyulub . “Prezident İlham Əliyev tərəfindən müharibə veteranları və şəhid ailələrinə göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür”. Rayonda veteranların problemlərinin həlli istiqamətində fəaliyyət göstərən ictimai təşkilatlarla əməkdaşlıq edildiyini, rayon veteranlarının məişət problemlərinin aradan qaldırılmasında yaxından köməklik göstərildiyini diqqətə çatdırıb.
Daha sonra, Azərbaycan Respublikası Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov çıxış edərək tədbir iştirakçılarına öz minnətdarlığını bildirmiş və bu cür görüşlərin vacibliyini qeyd etmişdir. Ölkə başçısı tərəfindən Qarabağ veteranlarına, əlillərinə və şəhid ailələrinə  göstərilən diqqətdən danışdıqdan sonra, veteranlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızın azad edilməsinə hər zaman hazır olduqlarını bildirmiş və dövlətimizin başçısının siyasətini dəstəklədiklərini bildirmişlər.

Keçidlər